Təhsil müəssisəsi
fəaliyyətini
müasir tələblər səviyyəsində qurur
Azərbaycanda
təhsilin inkişafına yönəlmiş kompleks
islahatlar, qabaqcıl ideyalar
və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət siyasətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təhsili əsas prioritetlərindən biri hesab etməsi təsadüfi
deyildir. Son illərdə dövlət
başçısının rəhbərliyi ilə ölkəmizdə
təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza
atılmışdır. Neft
kapitalının insan kapitalına
çevrilməsi hədəfi dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil
edir. Möhtərəm Prezident
vurğulayıb: "Biz maddi
dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına
çevirməliyik". Bu mənada
"Təhsil əsri" elan edilən
XXI əsrdə yüksək intellektə malik
insan kapitalının formalaşması və
güclü iqtisadiyyatın qurulmasında
təhsilin rolu heç
vaxt indiki qədər
aktual olmamışdır. Azərbaycan təhsil
sistemində islahatların aparılması dünya
təhsil sisteminə inteqrasiya
imkanlarını genişləndirmişdir. Qarşıya qoyulan hədəflərə çatmaq
üçün bir
sıra tədbirlər həyata keçirilmişdir.
Təhsil sistemində şəffaflığın təmin
edilməsi, yeni yanaşmaların tətbiqi,
müasir idarəetmə modelinə
keçilməsi və başqa məsələlərə
xüsusi diqqət yetirilmişdir.
Bu baxımdan son iki ildə həyata keçirilən məqsədyönlü
islahatlar ölkə təhsilinin səviyyəsinin
yüksəldilməsinə xidmət
edir.
Ölkə
ictimaiyyətini düşündürən, təhsil sahəsi
ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən, təhsil
islahatlarının daha sistemli
aparılmasını qarşımıza vəzifə qoyan Dövlət
Strategiyası təhsil sistemində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə
və məqsədlərimizi müəyyənləşdirməyə
imkan verir.
Strategiyanın məqsədi ölkədə səriştəli
təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura
malik, keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya
ölkələri sırasında qabaqcıl mövqe
tutan təhsil sistemini
yaratmaqdır.
Strategiyada müəllim
amilinə xüsusi yanaşma var. Azərbaycan
Respublikasının təhsil
naziri cənab Mikayıl Cabbarovun qeyd etdiyi kimi,
təhsilalanın savadlı
və səriştəli
şəxs kimi formalaşması, əsasən
müəllimin biliyindən,
peşəkarlığından, tədris təcrübəsindən
asılıdır. Ən
yüksək səviyyədə infrastruktur,
tədris vəsaiti maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil.
İlkin müəllim
hazırlığı və
diplomdansonrakı təhsil
sahəsi ilə
məşğul olan Azərbaycan Müəllimlər İnstitutunun
Mingəçevir filialında əsas məqsəd müasir dövrün tələblərinə
cavab verən, yüksək akademik bacarıqları olan müəllim yetişdirməkdir. Strategiyada
qeyd olunduğu kimi, əsas məqsəd, məsuliyyətini dərk
edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan
hüquq və azadlıqlarına hörmət
edən, azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş
və şəxsiyyət
yetişdirmək, milli
mənəvi və ümumbəşəri dəyərləri
qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüsləri və
yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü
və rəqabətqabiliyyətli
kadrlar hazırlamaq və sistemləşdirilmiş
bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini və
əlavə təhsili
təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaqdır.
Bunun üçün
filialda hər cür şərait yaradılmışdır. Azərbaycan
Müəllimlər İnstitutunun
Mingəçevir filialına
direktor təyin edildiyim ilk gündən qarşımıza qoyulan vəzifələrin
həlli üçün
mühüm addımlar
atılmışdır. Görülən
işləri aşağıdakı
kimi qruplaşdırmaq
olar:
- kollektivdə işgüzar, sağlam mühitin yaradılması;
- tədris-metodik
işlərdə yol verilən nöqsanların
aradan qaldırılması;
- əmək intizamının
gücləndirilməsi;
- tədris sənədlərini mövcud
normativlərə uyğun
hazırlamaq;
- semestr və
dövlət imtahanlarının
keçirilməsində şəffaflığın və obyektivliyin təmin olunması;
- əlavə təhsil sahəsində mövcud olan nöqsanları aradan qaldırmaq;
- filialın maddi-texniki imkanlarını
gücləndirmək;
- tələbələrin
elmi işə marağını artırmaq
üçün Tələbə
Elmi Cəmiyyətinin işini canlandırmaq.
2014/2015-ci tədris ilinə hazırlıqla əlaqədar dərs bölgüsü vaxtında
aparılmış və
maddi-texniki bazanın gücləndirilməsi üçün
bir sıra addımlar atılmışdır. Tədris prosesinə informasiya-kommunikasiya
texnologiyalarının tətbiq
edilməsi tədrisin
keyfiyyətinin səviyyəsinin
yüksəlməsinə yeni
imkanlar açmışdır.
Təlimin müasir metodlarından istifadə edən
müəllimlərimiz dərsləri
müasir tələblər
baxımından
qururlar. Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin təşəbbüsü
ilə 2014/2015-ci tədris
ilində "Ümumtəhsil
kurikulumunun əsasları"
fənni tədris planlarına salınmışdır. Bu çox
vacib bir qərardır. Belə
ki, məzunlarımız artıq
orta məktəb kurikulumlarını
ali məktəbdə
mənimsəyib orta məktəbə hazır
müəllim kimi gedəcəklər və
fəaliyyətlərinin başlanğıcında
onların əlavə
kurslara cəlb olunmasına heç bir ehtiyac qalmayacaq.
Qabaqcıl təcrübənin
öyrənilməsi AMİ-nin Mingəçevir filialının metodiki iş sistemində əsas istiqamətlərdən
biri sayılır. Filialın dislokasiyasına aid olan təhsil şöbələrinin
orta məktəbləri
ilə sıx əlaqələr qurulmuşdur.
Filialın əməkdaşları
Mingəçevir şəhər
təbiət-riyaziyyat və
humanitar elmlər təmayüllü liseyin ibtidai sinif müəllimi
Jalə Hüseynovanın
iş təcrübəsini
öyrənmiş və
o, direktoryanı şurada
geniş müzakirə
edilərək və yayılması tövsiyə
olunmuşdur.
Azərbaycan Müəllimlər
İnstitutu Mingəçevir
filialı gənclərlə bağlı
öz fəaliyyətini Azərbaycan Respublikasının "Təhsil
haqqında", "Gənclər
siyasəti haqqında"
qanunlarına və Azərbaycan Gəncliyi Dövlət Proqramından
irəli gələn vəzifələrin həllinə
yönəltmişdir. İlk
növbədə, gənclərin
vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik,
dünyəvilik prinsipləri
əsasında, Azərbaycan xalqının
tarixinə, mədəni
irsinə, adət-ənənələrinə,
dövlət dilinə
və rəmzlərinə,
milli mənəvi və ümumbəşəri
dəyərlərə hörmət
ruhunda tərbiyə olunması daim diqqət mərkəzindədir.
Azərbaycan Müəllimlər
İnstitutu Mingəçevir
filialında ümummilli
lider Heydər Əliyevin tövsiyələri
əsasında gənclərlə
bağlı işi daha məqsədyönlü qurmaq məqsədilə hər
cür şərait yaradılmışdır.
Tələbələrin dünyagörüşünün formalaşmasına təsir
edən müxtəlif
məzmunlu tədbirlərin
keçirilməsinə xüsusi
diqqət ayrılmışdır.
Tarixi hadisələr,
əlamətdar günlər,
ictimai-ideoloji məzmunlu
mərasimlər və
s. həsr edilmiş elmi-nəzəri,
elmi-praktik, tədris-metodik
konfranslar, müsabiqələr,
yubiley tədbirləri
və s. keçirilməsində
məqsəd tələbə
gənclərə Azərbaycan
xalqının şərəfli
tarixini daha dərindən öyrətmək,
müstəqil dövlətimiz
tərəfindən aparılan
uğurlu siyasəti təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil
etmək olmuşdur.
Filial kollektivinin hər
bir üzvü öz məsuliyyətini dərk edir və dövlətimizin çiçəklənməsi üçün bütün
qüvvəsi ilə çalışır.
Rasim
ŞÜKÜROV,
AMİ-nin Mingəçevir filialının direktoru, dosent
Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.7.