Uşaqlarımızı
xəstəliklərdən necə qoruyaq?
Artıq havaların soyuduğu və qışın
qapımızı çaldığı ayları
yaşayırıq. Soyuq aylar
bərabərində bir çox
xəstəlikləri də gətirir. Xüsusilə də uşaqlar (məktəblilər) arasında yoluxucu xəstəliklərin sayı artır.
Bəs uşaqlarımızı bu xəstəliklərdən
qorumaq üçün
hansı qabaqlayıcı tədbirlər görməliyik?
Türkiyəli pediatr İsmayıl
Gönən deyir ki, bunun üçün
uşaqların peyvəndini vaxtlı-vaxtında etmək
lazımdır:
- Bu
aylarda məktəblilər arasında ən
çox yayılan xəstəliklərdən
biri qripdir. Qrip adətən tənəffüs yolları
vasitəsi ilə keçir. Bu xəstəliyin
ən çox yayıldığı aylar sentyabr və mart aylarını əhatə edir.
Əgər qripin qarşısı
vaxtında alınmasa o, ağciyər
infeksiyasına, sinusitə (burun və
gözətrafı iltihablanma) və orta qulaq infeksiyası kimi xəstəliklərə gətirib
çıxara bilər. Bütün
bunların qarşısını almaq üçün 6 aydan böyük bütün uşaqlara mövsümə uyğun
qrip peyvəndi edilməlidir.
Uşaqların
arasında yayılan tək xəstəlik qrip
deyil. Sarılıq və su
çiçəyi də keçici və
çox yayılan xəstəliklərdən
biridir. İ.Gönən deyir
ki, A tipli
sarılıq məktəblilər arasında çox
yayılır:
- Uşaqlar
arasında yayılan bir başqa
xəstəlik hepatitdir (sarılıq).
Əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində
baş verən xəstəlik məktəblilər
arasında çox yayılır. Buna səbəb isə onun
ağız yoluyla keçməsidir. Ondan qorunmağın ən əsas vasitələri
düzgün qidalanma
və əl təmizliyidir. Amma bütün bunlardan da vacib peyvəndlərin
vaxtında vurulmasıdır. Hepatit A peyvəndi
vurulmayan uşaqlara
mütləq 6 aydan bir
iki doza peyvənd
vurulmalıdır.
Həkim pediatrın
sözlərinə görə, suçiçəyinin də
qarşısını almaq üçün mütləq peyvənd vacibdir. Təbii ki, bu xəstəlikləri önləmək üçün əl təmizliyinə də
diqqət yetirilməldir:
- Yoluxucu
xəstəliklər yalnız tənəffüs və hava yolu ilə deyil, həmçinin əl vasitəsiylə də
keçir. Buna görə
də əl təmizliyinə mütləq diqqət edilməlidir.
Əgər uşaqların tualet və əl
təmizliyinə kifayət qədər diqqət edilməsə,
bu bağırsaq qurdlarının
yaranmasına da gətirib çıxara
bilər. Bağırsaq
qurdları olan uşaqlarda
burun qaşıntısı,
ağızdan yastığa su axması, zaman-zaman qarın ağrısı, çəkisinin
artmaması kimi hallar
yaşanır. Bu halların
yaşanmaması üçün
qabaqlayıcı tədbirlərin başında əllərin
tez-tez sabunla yuyulması,
açıq havada satılan qidaların
yeyilməməsi, tərəvəz və meyvələrin çox yaxşı yuyulması gəlir. Xəstəliklərdən
qorunmaq üçün
həmçinin havalandırma yaxşı olmayan,
adamların çox olduğu
mühitdən qaçmaq lazımdır.
Qələm, kitab, kompüter
və stəkan kimi əşyalar ortaq istifadə edilməməlidir. Dəsmalın
başqalarının istifadə etməsinə yol verilməməlidir. Bol-bol
meyvə, tərəvəz yeyilməli və su
içilməlidir. Bundan başqa,
bu qaydalara təkcə
evdə deyil, məktəblərdə də
riayət edilməlidir.
Uşaqların təhsil mühitləri gigiyena
qaydalarına uyğun olmalıdır. Gigiyena qaydalarını vərdişə
çevirmək təhsil proqramlarına daxil
edilməlidir.
Əziz valideynlər
həkim deyir ki,
uşaqlarınız xəstə olanda
onları məktəbə göndərməyin. Bu uşağınızın ətrafında olan digər uşaqların
sağlamlığı üçün
də zərərlidir:
- Yoluxucu
xəstəlik diaqnozu qoyulan
uşaq həkimin təklif etdiyi müddət boyunca məktəbə
göndərilməməlidir. Əgər
uşağınızda belə bir xəstəlik
varsa, bu barədə
məktəbə xəbər verməlisiniz. Xəstəyə yaxın olan digər uşaqlar da yoxlanılmalıdır ki,
qabaqlayıcı tədbirlər görülsün.
Həmin uşaq isə sağalana
qədər yataq rejimində
olmalıdır.
Hazırladı: Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.- S.5.