Dünyanın ən
yüksək reytinqli
universitetlərində təhsil
alan azərbaycanlı tələbələr
Fərman
FƏRMANOV,
Oksford
Universitetinin tələbəsi
1993-cü ildə Rusiya Federasiyasında anadan olub. 2010-cu
ildə Bakı Özəl
Türk Liseyini bitirib.
2014-cü ildə "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester
Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi
alıb. Hazırda isə
Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində
informasiya texnologiyaları
ixtisası üzrə magistr
təhsilini davam etdirir.
Fuad
HÜSEYNOV,
Harvard
Universitetinin tələbəsi
1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakı
şəhəri 23 nömrəli orta məktəbi bitirib.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad
Universitetini mühəndis iqtisadiyyatı və idarəetmə
ixtisası üzrə bitirərək bakalavr dərəcəsi
alıb. 2014-cü ilin aprelindən "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Amerika Birləşmiş Ştatlarının Harvard
Universitetində dövlət idarəçiliyi ixtisası
üzrə magistr təhsili alır.
Cahangir
MƏMMƏDOV,
Oksford
Universitetinin tələbəsi
1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı
Özəl Türk Liseyini bitirib. 2014-cü ildə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester
Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi
alıb. Hazırda isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində
informasiya texnologiyaları
üzrə magistr təhsilini
davam etdirir.
Xəyalə
EYLAZOVA,
Kembric
Universitetinin tələbəsi
1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakıdakı 271 nömrəli tam
orta məktəbi bitirib.
2003-cü ildə Xəzər Universitetini beynəlxalq
iqtisadi münasibətlər ixtisası üzrə bitirərək
bakalavr dərəcəsi alıb. 2005- 2007-ci illərdə
Norveç Biznes Məktəbində
beynəlxalq menecment ixtisası üzrə təhsil
alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində biznesin idarə
olunması ixtisası üzrə magistr təhsilini davam etdirir.
Əlikram
İSAYEV,
Harvard
Universitetinin tələbəsi
1990-cı ildə İmişli rayonunda anadan olub. 2007-ci
ildə N.Gəncəvi
adına 2 nömrəli tam orta
məktəbi bitirib. 2011-ci ildə
Bakı Dövlət Universitetini beynəlxalq hüquq
ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb.
Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Amerika
Birləşmiş
Ştatlarının
Harvard Universitetində
ictimai siyasət ixtisası üzrə magistr təhsili
alır.
Məsmə
NƏCƏFZADƏ,
Oksford
Universitetinin tələbəsi
1983-cü ildə Bakıda anadan olub. 2000-ci ildə
Bakıdakı 46 nömrəli tam orta məktəbi əla
qiymətlərlə başa vurub.
2004-cü ildə Ali Diplomatiya Kollecini beynəlxalq münasibətlər
ixtisası üzrə bitirərək
bakalavr dərəcəsi
alıb. 2012- 2014-cü illərdə Böyük Britaniyanın Oksford Universitetində
magistr təhsili alıb. Hazırda "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində şərqşünaslıq
ixtisası üzrə doktorantura təhsili alır.
Murad
İSMAYILOV,
Kembric
Universitetinin tələbəsi
1982-ci ildə Sumqayıtda anadan olub. 2000-ci ildə Sumqayıtdakı 11
nömrəli tam orta məktəbi əla qiymətlərlə
başa vurub. 2004-cü ildə Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər
ixtisası üzrə bitirərək magistr dərəcəsi
alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində siyasi elmlər
ixtisası üzrə doktorantura təhsili alır.
Günel HÜSEYNOVA,
Kembric
Universitetinin tələbəsi
1983-cü ildə Goranboy rayonunda anadan olub. 2000-ci ildə
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi
əla qiymətlərlə
bitirib. 2004-cü ildə
Azərbaycan Tibb Universitetini
(ATU) əczaçılıq ixtisası üzrə
başa vuraraq bakalavr dərəcəsi alıb. 2000-2006-cı
illərdə ATU-da əczaçılıq
ixtisası üzrə magistr təhsili
alıb. 2011-ci ildə Böyük
Britaniyanın Qlazqo
Universitetində magistr təhsilini
başa vurub. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində
Böyük Britaniyanın Kembric Universitetində biologiya
ixtisası üzrə doktorantura təhsili alır.
Nadir
HÜMBƏTƏLİYEV,
Kembric
Universitetinin tələbəsi
1985-ci ildə Bakıda anadan olub. 2001-ci ildə
Bakıdakı 129 nömrəli tam orta məktəbi bitirib.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini
istehsal və xidmət sahələrinin iqtisadiyyatı və
idarə edilməsi ixtisası üzrə başa vuraraq
bakalavr dərəcəsi alıb. 2005-2007-ci illərdə
ADİU-da magistr təhsili alıb. Hazırda "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Böyük Britaniyanın Kembric Universitetində
iqtisadiyyat ixtisası üzrə
magistratura təhsili alır.
Azərbaycan
müəllimi.- 2014.- 14 noyabr.- S.1.