Siz də tanıyın, liseyin direktor müavinidir
Nuranə
Şıxəliyevanı liseylərində
keçirilən çoxsaylı
tədbirlərin birində
tanımışam. Bakının Xətai rayonu ərazisində yerləşən Heydər
Əliyev adına
lisey say-seçmə
tədris müəssisələrindən
olduğundan rayon üzrə
keçirilən təhsillə
bağlı əksər
tədbirlərə ev
sahibliyi edir. Nümunəvi baza şəraiti,
kütləvi tədbirlərin
təşkili sahəsində
zəngin təcrübəsi
və işgüzar kollektivi liseyə ümumrayon şeir, inşa müsabiqələrinin,
debatların, "dəyirmi
masa"ların keçirilməsi
üçün ən
yaxşı məkan imici qazandırıb.
Hər dəfə rayonun qırxa qədər təhsil müəssisəsindən
nümayəndələrin iştirak etdiyi belə tədbirlərdən
birinə mən də dəvət almışdım. Tədbir yüksək
səviyyədə hazırlanmışdı.
Hər şeydə dəqiq ölçü-biçinin, təşkilatçılığın
izi görünürdü.
Fikirlərim bununla məşğul
ikən diqqətimi digər iştirakçılardan
daha fəal, hər şeyə göz qoyan, hər məsələyə
qarışan, göstərişlər,
məsləhətlər verən
bir xanım müəllim cəlb etdi. Qonaqları qarşılamasından, işgüzar görkəmindən
hiss olunurdu ki, tədbirin təşkilatçılarındandır.
Liseyin foyesində təşkil olunmuş əl işləri sərgisi ilə qonaqları tanış
edən bir müəllimdən onun kimliyini soruşdum.
- Tanımırsınız, liseyimizin direktor müavini,
həm də ingilis dili müəllimimiz
Nuranə Şıxəliyevadır
də, - deyə cavab verdi. Onun səsində
bir qürur, razılıq hissləri duydum. Əlavə etdi:
-Od parçasıdır. Liseyimizin bütün
sinifdənxaric və məktəbdənkənar tərbiyə
işləri onun boynundadır. Cavan olmağına
baxmayın, hər şeyin yerini, hər kəsin dilini çox yaxşı bilir.
Sonralar
bir neçə dəfə də onun hazırladığı
tədbirlərdə iştirak
etdim. Bu tədbirlər hər şeydən əvvəl dərin məzmunu, təsirli olması, mükəmməlliyi ilə
iştirakçılarını razı salır, onlarda dərin təəssürat yaradırdı.
Bir
neçə dəfə
redaksiyamıza da gəlmiş, metodik məqalələr gətirmişdi. Onun qəzetimizin müxtəlif
nömrələrində dərc
olunan həmin məqalələri də
özünün məzmunu,
mövzunu tam əhatə
etməsi, ona innovativ yanaşma ilə diqqəti cəlb edirdi.
1983-cü il noyabrın 13-də anadan olmuş Nuranə Şıxəliyeva ixtisasca
ingilis dili müəllimidir. Azərbaycan Dillər
Universitetini bitirib.
12 ildir ki, Heydər Əliyev adına liseydə
işləyir. Bunun son 7 ilini
isə həm də təşkilat və təlim-tərbiyə
işləri üzrə
direktor müavinidir.
Bir
ingilis dili müəllimi kimi özünü artıq çoxdan təsdiq edib. Özünün metodikası var. Dərsdə
şagirdləri fəallaşdırmaq,
müasir təlim texnologiyalarından mövzunun
tələblərinə uyğun
istifadə etmək, xarici dilin öyrədilməsində
əsas yanaşmalardan
biri sayılan müqayisəli tədrisə
daha çox yer vermək bu metodikanın və ona müəllimi
kimi uğur qazandıran fəaliyyətin
əsas istiqamətlərini
təşkil edir.
Yeni
kurikulumun tələblərini
yaxşı mənimsədiyindən
onun tətbiqində çətinlik çəkmir,
bu sahədə topladığı təcrübəni
həmkarları ilə
tez-tez bölüşür,
"açıq dərs"lər
verir. Lakin Nuranə
müəllim liseylərində
də, rayonun təhsil müəssisələrinin
pedaqoji kollektivləri
arasında da daha çox təşkilat və təlim-tərbiyə üzrə
direktor müavini kimi tanınır və sevilir. Buna səbəb də,
qeyd etdiyimiz kimi, liseydə keçirilən ümumrayon
tədbirlərində həmişə
fəallığı, yüksək
təşkilatçılıq bacarığı nümayiş
etdirməsidir.
Liseydə
bir təşkilatçı,
direktor müavini kimi onun funksiyaları
çoxdur. Sinif
rəhbərlərinin gündəliklərinin
aparılmasına nəzarət,
müəllim və şagirdlər arasında
növbətçiliyin təşkili,
valideynlərlə görüşlər...
Əlbəttə,
kiməsə məsləhət,
tövsiyə vermək,
kiminsə işinə
nəzarət etmək
üçün gərək
həmin məsələləri
ən azı onun qədər bilməlisən. Kimdənsə qoyulmuş qaydalara əməl etməyi tələb edirsənsə,
ilk növbədə, özün
nümunə göstərməlisən.
Məhz bu baxımdan Nuranə müəllim öz vəzifə funksiyasını yerinə
yetirməkdə mənəvi
haqqı çatan insanlardandır.
N.Şıxəliyevanın
işinin böyük
bir qismini isə məhz təşkilati işlər,
sinifdənxaric, məkktəbdənkənar
tədbirlər, müəllimlər
tərəfindən təşkil
olunan belə tədbirlərin əlaqələndirilməsi,
bu işdə onlara dəstək göstərməsi təşkil
edir. Onun təşkilatçılığı
ilə liseydə tez-tez təşkilat saatları keçirilir, fənn gecələri, milli və dövlət
bayramlarımıza, tarixi
günlərə, tanınmış
elm, ədəbiyyat, incəsənət
xadimlərinin yubileylərinə
həsr olunmuş mərasimlər, ədəbi-bədii
kompozisiyalar təşkil
olunur. Liseydə
fəaliyyət göstərən
"Şagird parlamenti"nin
üzvləri ilə işləmək, onların
köməyi ilə seminarlar, disputlar, "dəyirmi masa"lar keçirmək, bu yolla şagirdlərə milli mənəvi dəyərlərin aşılanması,
onların vətənpərvərlik,
dövlətçiliyə hörmət ruhunda tərbiyəsi də Nuranə müəllimin daim diqqət yetirdiyi məsələlərdəndir.
Liseydə yaradılmış
"İstedad bankı"nı yeni-yeni istedadlar hesabına zənginləşdirmək də
onun fəaliyyət sferasına daxildir. İstedadları isə məhz
məktəb tədbirlərində
üzə çıxarmaq
daha asan olur.
Hazırda
bu işgüzar, yenilikçi müəllim
- direktor müavinini gələcəkdə liseylərindən
beynəlxalq olimpiadalarda
iştirak edəcək
şagirdlərin yetişdirilməsi
üçün şəraitin
yaradılması məsələsi
düşündürür.
Liseyin,
onun müəllim və şagird kollektivinin bir çox uğurları Nuranə müəllimin də adı ilə bağlıdır. İndiyələk iki dəfə
Böyük Britaniyanın
paytaxtı Londonda olub. Liseyin istedad qrupu ilə. Oradan yüksək balla,
diplom və sertifikatlarla qayıdıb.
Liseylərində fəaliyyət göstərən
"Zərifə" rəqs
qrupu ilə Türkiyənin İstanbul,
Ankara, Eskişehr şəhərlərində
festivallarda iştirak edib, I və II yerlərə layiq görülüb, diplomlarla
mükafatlandırılıb. Norveçdə müəllimlərin təkmilləşdirilməsi ilə
bağlı treninqdə
iştirak edərək
diplom alıb.
Daim
öz üzərində
işləmək, innovasiyaları
öyrənmək, irəli
getmək onun həyat kredosudur.
Özünü
artıq direktor müavini kimi də təsdiq etmiş N.Şıxəliyeva
məktəb direktorları
və gələcəkdə
bu vəzifədə çalışmaq arzusunda
olan pedaqoji kadrların peşəkarlıq
səviyyəsini artırmaq
məqsədilə Təhsil
Nazirliyi tərəfindən
keçirilən müsabiqədə
iştirak edir.
İnanırıq
ki, nə vaxtsa onun yaxşı
direktor kimi də sədasını eşidəcəyik.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.- S.6.