Azərbaycan dili fənni

üzrə dərs nümunəsi

 

Mövzu: "Felin qrammatik məna növləri haqqında ümumi məlumat"

Standart:  4.1.2; 1.2.4; 3.1.1

Məqsəd: 1.felin qrammatik məna növləri barədə ümumi məlumat vermək;

2. sözləri ümumi qrammatik mənalarına görə fərqləndirmək;

3. söylənmiş müxtəlif fikirlərə münasibət bildirmək;

4. verilmiş mövzunu müxtəlif formalarda ifadə etmək.

İnteqrasiya: Əd.1.2.4; Əd.1.2.1; Əd.2.2.3 / musiqi.

İş forması: bütün siniflə, kiçik qruplarla

.

İş üsulları: əqli hücum, klaster, diskussiya, esse.

Resurslar: kompüter, proyektor, slaydlar, işçi vərəqələri, sxemlər, şəkillər,  flamaster, yapışqan, ekran lövhəsi, rəngli vərəqələr.

Motivasiya məqsədi ilə ekranda şəkil (sıradakı I şəkil) animasiyalar nümayiş etdirilir. 

Şagirdlər tərəfindən müxtəlif fərziyyələr irəli sürülür. İrəli sürülən fərziyyələr təsdiq, inkar edilir. 

Uşaqlar müəllimin köməyi ilə belə bir nəticəyə gəlirlər ki, təsvir edilən hərəkətlər subyekt, obyekt hərəkətin arasındakı münasibətlərə görə müəyyən edilir:

Buradan tədqiqat sualı formalaşdırılır:

Tədqiqat sualı

Bəs subyekt, obyekt hərəkətin qarşılıqlı münasibəti dedikdə nələr başa düşülür? (fərziyyələr dinlənilir).

Tədqiqat sualı ətrafında axtarışlar - kiçik tədqiqat işi başlayır. Bu məqsədlə şagirdlər müəllimin tapşırığı ilə əvvəlcədən sinif nümayəndəsi tərəfindən onlara paylanmış rəngli vərəqələrə görə qruplara bölünürlər.  Qruplara müəllimin təklifi ilə "Məlum", "Məchul", "Qarşılıq", "Qayıdış", "İcbar" adları verilir onların liderləri seçilir.  Qruplara verilmiş tapşırıqlar (slaydlar) həm ekrana verilir, həm ayrıca olaraq hər qrupa təqdim edilir.

Qruplara slaydlardan çıxarılmış vərəqələri paylanır.

Tədqiqatın aparılması

Qruplar animasiyalarda təsvir edilən hərəkətlərin necə icra edildiyini müəyyən etməli yazı taxtasına çəkilmiş klasteri tamamlamalıdırlar.

Tədqiqatlar başa çatandan sonra qruplar öz təqdimatlarını edirlər.

Qrupların təqdimatlarından sonra yazı taxtasındakı klaster aşağıdakı kimi (sıradakı II şəkil) formalaşır:

Qrupların təqdimatları bütöv siniflə birlikdə geniş müzakirə edilir. 

Tədqiqatlardan sonra məlum olur ki, subyekt, obyekt hərəkətin qarşılıqlı münasibəti dedikdə subyektin məlum olması, məlum olmaması, işi öz üzərində görməsi, işi başqasına icra etdirməsi, işi digər subyektlərlə birgə ya qarşı-qarşıya icra etməsi s. əsas götürülür.

Beləliklə, tədqiqat sualına cavab tapılır. Şagirdlər öyrənirlər ki, hərəkətin subyekti məlum olanda - məlum fellər, məlum olmayanda - məchul fellər, subyekt hərəkətin öz üzərində icra edəndə - qayıdış fellər, hərəkət başqasına icra etdiriləndə -icbari fellər, hərəkət bir neçə subyekt tərəfindən birgə ya qarşı-qarşıya icra ediləndə - qarşılıq-birgəlik növ fellər formalaşır.

Sonra istirahət dəqiqələri başlayır. Şagirdlər məktəblilərin ifasında Vətənə həsr edilmiş mahnıya qulaq asırlar. Bu zaman ekranda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi qiymətli fikirlər nümayiş etdirilir.

Yaradıcı tətbiqetmədə şagirdlərə qrup formasında işləmək üçün tapşırıq verilir. Verilmiş nümunələrin içərisindən I qrup məchul fel, II qrup qayıdış fel, III qrup qarşılıq (birgəlik) fel, IV qrup icbar, V qrup isə məlum fellər olan cümlələri qruplaşdırır (qruplar adlarına uyğun felləri seçirlər).

Tapşırığın icrası başa çatandan sonra düzgün cavablar kompüter vasitəsi ilə yoxlanılır qruplar öz təshihlərini aparırlar.

Daha sonra qruplar şəkilli test işləməyə başlayırlar. Onlar adlarına uyğun hərəkətlərin əks olunduğu şəkilləri tapmalıdırlar (sıradakı sonuncu şəkil).

Tapşırıq başa çatandan sonra düzgün cavablar yenə kompüterin köməyi ilə nümayiş etdirilir.

Qiymətləndirmə əvvəlcədən şagirdlərə elan edilmiş meyarlar əsasında aparılır.

Evdə  dərs haqqında esse yazmaq bədii ədəbiyyatdan felin qrammatik məna növlərinə aid nümunələr (cümlələr) seçmək tapşırılır.

 

İmran VERDİYEV,

Oğuz rayon Yaqublu kənd T.Babayev

adına tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 21 noyabr.- S.10.