Ölkəmizi layiqincə
təmsil edəcəyinə
əmindir
Emil Əhmədzadə
2000-ci ildə Bakıda
anadan olub. Paytaxtdakı Rauf Hacıyev
adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinfində
fortepiano ixtisası üzrə əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın
sinfində təhsil
alır. Yaşıdlarından
istedadı ilə fərqlənən, bir çox beynəlxalq müsabiqə və festivalların qalibi olan Emil Əhmədzadə
ilk uğuruna 2011-ci ildə
imza atıb. O, Rusiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi Azərbaycan Respublikasının
Dövlət müstəqilliyinin
20 illiyinə həsr olunan VII Respublika baxış müsabiqəsində rus klassik musiqisinin ən parlaq ifaçısı kimi II yerə layiq görülüb. 2012-ci ildə
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən
gənc pianoçuların
II Respublika müsabiqəsində iştirak edərək laureat adını qazanıb. Həmin il Almaniyada
keçirilən "Münhen
ulduzları", Macarıstanda "Macar oyunları" və
"Budapeşt ulduzları"
beynəlxalq müsabiqələrində
uğurlu iştirakına
görə diplomlarla mükafatlandırılıb. Gənc
istedad xalq artisti Zəhra Quliyevanın rəhbərlik
etdiyi "İstedad" mərkəzinin
üzvüdür. O, Azərbaycan
Respublikasının Ailə,
Qadın və Usaq Problemləri üzrə Dövlət Komitəsinin təskil etdiyi "İstedadlı usaqlar festivalı-2013" layihəsi
üzrə qazandığı
uğurlarına, Moskvada
V.Spivakov adına XI Beynəlxalq festivalda və Çelyabinsk şəhərində
"Dostluğun ipək
yolu: mədəniyyətlərarası
dialoq" adlı layihə çərçivəsində
keçirilən festivallarda
uğurlu ifalarına görə diplomlarla təltif edilib.
2014-cü ildə isə
Azərbaycan Dövlət
Filarmoniyasının Kamera
və Orqan zalında Gənclər gününə həsr olunmuş "Gəncliyin
səsi " festivalında,
həmçinin Gürcüstanda
keçirilən pianoçuların
VI beynəlxalq
müsabiqəsində uğurlarına
görə diplomlarla mükafatlandırılıb.
Hazırda Emil Əhmədzadə Bakıdakı
214 nömrəli
tam orta məktəbin
IX sinfində təhsil
alır. Gələcəkdə də
beynəlxalq və
müxtəlif nominasiyalar
üzrə keçiriləcək müsabiqələrdə
ölkəmizi layiqincə
təmsil edəcəyinə
tam əmindir.
Sifai Səfərova
Azərbaycan müəllimi.-
2014.- 28 noyabr.- S.10.