Bakıda təhsil almaq
arzusu gerçək olub
Eldəniz Ələkbərzadə
1996-cı ildə Bakıda anadan olub. 1999-cu ildə ailəliklə Sankt-Peterburq şəhərinə
köçüblər. Valideynləri uşaqlıqdan musiqiyə olan həvəsini görüb,
onu 2004-cü ildə Sankt-Peterburq
şəhərindəki Andreyev adına musiqi məktəbinin
fortepiano sinfinə qoyublar.
Burada təhsil aldığı müddətdə məktəbdaxili və şəhər
üzrə müxtəlif tədbirlərdə, konsertlərdə
solo proqramlarla
çıxış edib. Dəfələrlə
mükafatlara, diplomlara
layiq görülüb. 2009-cu ildə Sankt-Peterburq şəhərində
keçirilən "Rojdestvenskiye assamblei" adlı beynəlxalq müsabiqədə
iştirak edərək II yeri
tutub. 2011-ci ildə həmin musiqi məktəbini qırmızı diplomla bitirib. Həmin ildə Sankt-Peterburq
Konservatoriyası nəzdində M.P.Musorqski
adına Musiqi Kollecinə qəbul olub. 2011-ci ildə "Peterburqskaya
vesna" adlı müsabiqədə iştirak edərək I yerə layiq görülüb.
Bakıda təhsil almaq, doğma vətənini möhtəşəm səhnələrdə təmsil etmək uşaqlıqdan onun ən böyük arzusu olub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin və
Azərbaycan Milli
Konservatoriyasının rektoru, xalq artisti
Siyavuş Kəriminin köməyi ilə,
təhsil nazirinin 16.01. 2013-cü il tarixli məktubu əsasında
o, M.P. Musorqski
adına Musiqi Kollecindən fortepiano
ixtisası üzrə Azərbaycan Milli
Konservatoriyası tərkibində Musiqi
Kollecinə köçürülüb.
Kollecdə təhsil
aldığı müddətdə də Eldəniz müxtəlif
tədbirlərdə iştirak edib. Belə ki,
18-19 dekabr
2013-cü il tarixlərində
görkəmli pedaqoq, pianoçu
və ictimai xadim H.Neyqauzun anadan
olmasının 125 illik yubileyinə həsr olunmuş
gənc pianoçuların ümumşəhər
festivalında istedad və məharətini
nümayiş etdirərək diplomla təltif olunub.
24-26 aprel 2014-cü il
tarixlərində İSESCO-nun və
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən
İslam Dünyası Gənclərinin klassik musiqi
ifaçılarının III Beynəlxalq festival
müsabiqəsində III yerə layiq
görülərək laureat adını qazanıb.
Hazırda o, təhsilini Azərbaycan Milli
Konservatoriyası tərkibində Musiqi Kollecinin III kursunda
qabaqcıl təhsil işçisi Azadə
Bədəlbəylinin sinfində davam etdirir.
Sifai
Səfərova
Azərbaycan
müəllimi.- 2014.- 28 noyabr.- S.10.