Azərbaycan təhsilində
gözlənilən inkişaf
...Müəllimlər ilk növbədə təcrübələrini zənginləşdirməli, inkişaf etmiş ölkələrin təhsil proqramlarına inteqrasiya edərək aparılan islahat işlərində tələskənliyə yol verməyib təkamül yolunu seçməlidirlər.
Heydər ƏLİYEV
Çağdaş dövrdə informasiya-kommunikasiya
texnologiyaları cəmiyyətin inkişafında əsas amillərdən
birinə çevrilib. Bu
texnologiyaların bütün fəaliyyət
sahələrinə nüfuz etməsi,
yaşından asılı olmayaraq, hər
kəsin İKT biliklərinə yiyələnməsini zəruriləşdirir.
Yaşlı,
orta, gənc nəslin nümayəndələri
ilə yanaşı hər bir dövlətin
gələcəyi olan uşaqların da İKT sahəsində savadlı kadr kimi yetişdirilməsi,
bu sahədə onlara
lazımi bilik və bacarıqların
aşılanması üçün
İKT biliklərinin tədrisi, bu istiqamətdə müxtəlif nəşrlərin çap edilməsi və s.
informasiya cəmiyyəti quruculuğu
proseslərinin dinamik inkişafına
etibarlı zəmin yaradır.
Bu
gün dünyanın müxtəlif
ölkələrində uşaqların İKT biliklərinə
yiyələnməsi, informatika fənnini
dərindən mənimsəməsi üçün
bu sahə ilə bağlı dəyərli
məlumatların əldə edilməsi məqsədinə
xidmət edən müxtəlif dərs vəsaitləri, kitablar,
ensiklopediyalar və s.
hazırlanır.
Artıq Azərbaycanın
bir çox məktəblərində
elektron avadanlıqlardan istifadə olunur. Əhalinin maariflənməsi, elektron resursların bolluğu
yaradılması üzərində iş
aparılır. Xarici təcrübələrə
istinad edilərək tədris prosesinin məqsədləri üçün
xüsusi resurslar
hazırlanır və istifadəyə verilir.
Dərsdənkənar və dərs məşğələləri üçün
oyun tipli, inkişafetdirici, tərbiyəedici və
öyrədici xarakterli resurslar,
mətndaxili hiperkeçidlər, təsviri resurslar, səs resursları (səsli
nağıllar, səsli öyrədici, tədqiqata sövqedici resurslar)
videoroliklər, multimedialar artıq çoxluq təşkil edir.
Dərslərdə skype və sosial şəbəkələrdən istifadə
edilməsi, xüsusilə
tele-körpülər
ölkədaxili və ölkəxarici çox
mühüm informasiya
və fikir mübadiləsi rolunu oynayır. Bu zaman inteqrativlik üstünlük təşkil edir. Bu işdə biz müəllimlərə ən çox kömək olan İnnovativ Tədris Mənbələri
şirkətinin hazırladığı multimedia tədris resurslarıdır. Multimedia tədris
resurslarının fləş kartlarda internetsiz istifadəsi biz
müəllimlərin rayonlarda təlimlər
zamanı dərsləri maraqlı
quraraq istənilən məqsədə
çatmağımız üçün
çox əhəmiyyətlidir. Modern Məktəbində biz
Smart, mimio löhvələri
ilə yanaşı, multimedialardan da çox istifadə edirik. Fləş dərslərdən
olduğu kimi
ardıcıl deyil, məqsədimizə uyğun müəyyən hissəsini motivasiya mərhələsində,
müəyyən hissəsindən yönəldici suallar kimi, bəzi hissələrindən
tədqiqatın aparılması zamanı istifadə edirik. Şagirdlərin
ən çox sevdiyi
hissə sayı çox olan maraqlı tapşırıqlar olan hissəsidir. Biz bu tapşırıqlardan fərdi və
yaradıcı tətbiqetmə zamanı lazer
mauslardan istifadə edərək keyfiyyətli
dərs qura bilirik.
Yaradıcı tətbiqetmə tapşırıqları tekstoqrafik, multimedia xarakterli tapşırıqlar olduğundan
çox bəyənilir. Tekstoqrafik
xarakterli elektron tədris resursları mövzunu
açıqlayan mətn və illüstrasiyalardan
ibarət resurslardur. Bu
tip resurslara həmçinin
cədvəllər, diaqramlar və s. aiddir. Fləşlərdə bunlar
xüsusi yer tutur. Əvvəl hissəsində, yəni
girişdə mətn xarakterli multimedialar əsas
yer tutur. Multimedia xarakterli elektron tədris resurslarında video,
animasiyalar, audio məzmun,
interaktiv üsulların
düzgünlüyünə xüsusi
diqqət yetirilmişdir.
Online dərslərdə, layihələr, şagird resurs
bazasını yaradarkən fləş multimedialar
çox köməyimizə gəlir. Hətta bəzi müəllimlərin ev tapşırığı problemini
həll etmələri üçün bu fləşləri
məsləhət görərdim. Şagird həm sərbəst öyrənə,
həm də bezmədən, sıxılmadan evdə bu tapşırıqları həll edə bilər.
Sevinc ƏLİYEVA,
Bakı Modern Məktəbinin müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
Azərbaycan
müəllimi.- 2014.- 28 noyabr.- S.9.