Ev liseyi
Ailə təhsilinin rəsmi statusu 45 ölkədə tanınıb
Ailə təhsili keçmiş vaxtlarda adi hal olub, lakin icbari ümumi təhsilin yayılması ilə ələqədar olaraq köklü surətdə unudulub. Bu gün isə ailə təhsili bərpa olunur və 1992-ci ildən ona rəsmən icazə verilib. Uşaqlar müstəqil surətdə orta və ümumi təhsilin proqramlarını ailədə mənimsəyə bilərlər. Fənlərin tədrisi ilə isə valideynlər özləri və ya dəvət olunmuş mütəxəssislər məşğul ola bilərlər. Məktəbdə aralıq və yekun attestasiyanın aparılması nəzərdə tutulub. Əgər bu halda uşaqlar kifayət qədər biliklər ala bilmirlərsə, məktəb rəhbərliyi uşağın təhsil müəssisəsinə qaytarılması məsələsini qaldıra bilər. Ailə təliminə keçid istənilən sinifdən başlaya bilər.
Ailə təhsilini
evdə təhsillə qarışdırmaq olmaz. İkinci halda uşaqlar səhhətləri
ilə bağlı məktəbdə oxuya
bilmirlər.
Tez-tez belə bir sual ortaya
çıxır: xüsusi təhsili olmayan valideynlər bütün
dərsləri yuxarı siniflərə qədər
yaxşı səviyyədə tədris edə bilərlərmi? Bir çox hallarda valideynlər
öz uşaqlarını hələ ibtidai məktəblərdən başlayaraq ev şəraitində
təhsilə köçürürlər. Bu isə onlara davamlı olaraq
addım-addım məktəb kursunun bütün fənlərini mənimsəməyə
imkan verir. Bununla belə, istər yaşlılar, istərsə
də uşaqlar arasında konflikt və stres situasiyaları istisna olunur. Ailə məktəbi təcrübəsi göstərir
ki, valideynlər
dərslərə hazırlaşarkən, bir qayda olaraq, təkcə məktəb dərsliklərindən
deyil, digər didaktik materiallar və dərsliklərdən istifadə
etməklə özünütəhsillə fəal surətdə
məşğul olurlar. Bu və ya digər fənnin
tədrisi ilə bağlı hər hansı məsələ
ortaya çıxanda onlar
məsləhət üçün məktəb
pedaqoquna müraciət edə bilərlər.
Bir çox ailə məktəbləri
ayrı-ayrı fənlər üzrə repetitorların xidmətindən
yararlanır, onlar isə bir
qayda olaraq bir-iki fənni tədris edirlər. Bəzən
isə ailə məktəbləri öz
səylərini birləşdirir və öz
uşaqlarına ayrı-ayrı fənlər üzrə
repetitorları birlikdə tuturlar.
Ailə
məktəbinin effektivliyinə şübhə ilə yanaşanlar üçün
bir neçə fakt göstərək. 12 min ailədən olan 20 min uşaq arasında
aparılmış sorğunun nəticələri göstərib ki, ailə məktəbində iştirak edən
uşaqların 20 faizi intellektual və
psixo-emosional inkişaf
səviyyəsinə
görə özəl məktəblərdə,
xüsusən də dövlət təhsil müəssisələrində
təhsil alan uşaqları 1- 2 il üstələyirlər. Bu üstünlük birinci
sinifdən dördüncü sinfə qədər
tam 100 faiz təşkil
edir. Ailə məktəblərinin məzunları
tez-tez nüfuzlu ali məktəblərə
qəbul olurlar.
"Ailə məktəbi"ndən olan
uşaqlar, bir qayda olaraq, televizora az baxır, daha çox oxuyur, onların öz
valideynləri ilə daha xoş
münasibətləri var. Tədqiqatlara müvafiq olaraq, onlar daha intizamlı, nəzakətli və əməksevərdirlər
və ətraf mühitin
təsirinə daha az
dərəcədə məruz
qalırlar. Bu
cür uşaqlar
yaşlı insanlarla daha
asanlıqla psixoloji kontakt
və sosial münasibət qura bilir, daha
məsuliyyətlidirlər və nadir hallarda hüquq
pozuntularına yol verirlər.
Psixoloqların fikrincə, bu cür fenomenin səbəbi
ondadır ki, onların valideynləri ilə
ünsiyyəti prosesində dəyərlər
münasibətinin inkişafı baş verir. Nəticədə onlar
adi məktəblərdə
oxuyan həmyaşıdlarına nisbətən
daha nümunəvi davranış nümunələri göstərirlər. M.V. Lomonosov adına
Moskva Dövlət Universitetinin
professoru A.Antonovun fikrincə, ailə təhsili müasir sosium şəraitində
ən populyar tədris üsullarından biridir. Alim belə bir nəticəyə gəlir ki, valideynlərin repetitor tutmadan öz uşaqlarının müəllimlərinə çevrilməsi tamamilə təbii haldır. Valideynlərin öz uşaqlarının
inkişafını izləməsi,
onlarla ünsiyyətdə olması, zəif
və güclü tərəflərini
öyrənməsi üçün imkan yaranır ki, bu da ailənin sıx birliyinə və möhkəmlənməsinə, topladıqları təcrübə
və mənəvi ehtiyatın onlara ötürülməsinə xidmət edir. Bu isə uşaqların şəxsiyyətinin
formalaşması üçün çox mühümdür.
Ailə təhsilinin rəsmi
statusu artıq
45 dövlətdə tanınıb. Lakin bir
qism insanlar hesab edirlər ki, özünün bütün
müsbət keyfiyyətlərinə baxmayaraq
ailə təhsilinin bir mühüm
çatışmazlığı
var: bu cür uşaqlar öz həmyaşıdları ilə kontaktdan
məhrumdurlar və onlarla ünsiyyət
vərdişləri qazana bilmirlər. Lakin bu heç də belə deyil. Dünya təcrübəsi
sübut edir ki, əgər uşaqlar, məsələn,
idman bölmələrində və ya dərnəklərdə digər həmyaşıdları
ilə ünsiyyət qurarsa, sosiallaşma prosesi bu halda
da effektiv olacaq. Beləliklə də ailə təhsilini seçən
valideynlər öz uşaqlarının böyük və kiçik
sosial qruplarda, formal və ya qeyri-formal vəziyyətdə, müxtəlif yaşlı insanlar
, dostlar, qohumlar və tanımadıqları insanlar arasında zəruri sosial vərdişlər qazanmaları üçün zəruri şərait yarada
bilər və yaratmalıdırlar. Çox vaxt ailə məktəbləri birgə istirahət,
ekskursiyalar təşkil edirlər. Belə
ki, Arxangelsk vilayətində "Aist" birləşmiş ailə məktəbi birgə
istirahət - idman yarışları,
yürüşlər, bayramlar təşkil
edir. Bununla da uşaqların sonrakı sosiallaşmasında
heç bir problem yaranmır.
Adi bir ailə məktəbinin təcrübəsini
gözdən keçirək. Ailə tərkibi ata, ana və qız
övladlarından ibarətdir. Ata ali, ana isə orta təhsillidir. Ata
işləyir, ana isə evdar
qadındır. Onların qızları Alina isə V
sinifdə oxuyur.
Valideynləri Alinanı III sinifdən ailə təhsilinə
keçirməyə qərar veriblər. Onlar
məktəbin verdiyi
təhsilin keyfiyyətini qaneedici hesab etməyiblər.
Digər bir səbəb də olub, Alinanın sinif
yoldaşları ilə münasibətində çətinliklər
yaranıb və buna
görə də uşaq məktəb məşğələlərində
iştirakdan imtina edib. III-IV siniflərdə
uşaq anasından dərs alıb. V
sinifdə isə riyaziyyat fənnini
atası tədris edib. Məşğələlər
müntəzəm rejimdə gündüzlər, tərtib olunmuş cədvələ
uyğun keçilib. Dərslər
balanslaşdırılıb, yüngül dərslər daha
çətin dərslərlə növbələnib. Dərslər 10 dəqiqəlik
fasilə ilə 45 dəqiqə davam edib. Şənbə
və bazar
istirahət günləridir,
tətillər də nəzərdə tutulub.
Alinanın müvəfəqiyyət dərəcəsi əladır. Uşağın
sosiallaşması və idman hazırlığında heç
bir problem yoxdur. O, bədii yaradıcılıq və idman məktəbinə gedir. Alinanın 4 rəfiqəsi (onlardan 3-ü ilə bədii
yaradıcılıq məktəbində tanış olub) var.
Ailə
təhsili hələ bilik əldə etmənin ən gənc
formasıdır, buna görə də
bu cür valideynlərə
müəllimlər tərəfindən dəstək zəruridir.
Çox kədərli haldır ki, bəzən pedaqoqlar bu cür təhsilə
şübhə ilə yanaşır, bunda məktəbə münasibətdə rəqabət
görürlər. Əslində isə ailə təhsili
uşaqların yaxşı, möhkəm biliklər
almasında məktəbin köməkçisidir.
"Uçitelskaya qazeta"dan
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2014.- 28 noyabr.- S.6.