Bakı Pedaqoji
Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun 75 yaşı
tamam olur
Təkzibolunmaz
həqiqətdir ki, cəmiyyətimizin inkişafında
təhsil zəncirvari
bir sistem kimi mühüm rol oynayır. Bünövrəsi ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan müstəqil Azərbaycanın yeni Təhsil Strategiyası bu
gün ölkə Prezidenti
cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və
qayğıdan ruhlanan,
yaradılmasının 75 illik yubileyini qeyd etməyə
hazırlaşan Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu da ölkə
təhsilinin inkişafına potensial gücünü əsirgəmir. İnstitutumuzun fəaliyyəti tarixinin bəzi məqamlarını oxucularla bölüşmək istərdim.
XX əsrin
30-cu illərində Bakı şəhərinin ümumtəhsil
məktəblərində işləyən müəllimlərin
ixtisasının artırılmasına, təkmilləşdirilməsinə
və yenidən hazırlanmasına böyük
ehtiyac yaranmışdı. Bu ehtiyacı nəzərə alaraq,
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 aprel 1939-cu il tarixli qərarı ilə Bakı şəhər
Müəllimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu.
İkinci Dünya müharibəsi
illərində müəllimlərin böyük
bir hissəsi səfərbərliyə
alındığı üçün məktəblərdə
pedaqoji kadr
çatışmazlığı yarandı. Bu
çatışmazlığı aradan
qaldırmaq məqsədilə kurslarda və
seminarlarda pedaqoji kadr hazırlığına
başlanıldı.
İnstitut 1945-ci ildən fəaliyyətini Bakı
Maarif Şöbəsinin yanında metodkabinet kimi davam etdirdi. Metodkabinetin müxtəlif fənlər üzrə
əməkdaşları pedaqoji kollektivlərlə müntəzəm təmasda
olur, metodik göstərişlərlə
fənn müəllimlərinə, məktəb rəhbərlərinə
kömək edirdilər. Bir qədər sonra ümumtəhsil fənləri üzrə
kabinetlər yaradıldı və texniki
vasitələrlə, elmi-metodik ədəbiyyatla,
əyani vəsaitlə təchiz olundu. İstehsalatdan ayrılmamaqla və
ayrılmaqla ixtisasartırma kurslarının kütləvi təşkilinə
başlanıldı.
İxtisasartırma
kurslarında institutun metodist
mütəxəssisləri ilə bərabər
respublikanın tanınmış alim-pedaqoqları, yüksək
ixtisaslı mütəxəssisləri də fəaliyyət
göstərirdilər. Onların
sırasında Azərbaycanın tanınmış alimləri
Cəfər Xəndan, Mehdi Mehdizadə,
Əşrəf Hüseynov, Əbdüləzəl
Dəmirçizadə, Abbas Abbaszadə, Şövqi Ağayev, Mərdan
Muradxanov, Zahid Xəlilov,
Fikrət Seyidov, Əliheydər Həşimov
və başqalarının adlarını xüsusi
qeyd etmək lazımdır. Məhz bu cür
yanaşma kurslarda
mühazirələrin elmi səviyyəsini
artırır, praktik miqyasını
genişləndirirdi. İnstitutda Azərbaycan
Elmlər Akademiyasının görkəmli alimlərinin, Maarif Nazirliyinin rəhbərlərinin
və işçilərinin bilavasitə iştirak
etdikləri elmi-praktik konfranslar,
seminarlar, müşavirələr keçirilirdi.
Sovet dövründə təhsil sistemi qarşısında SSRİ-ni
dünya miqyasında aparıcı
mövqeyə çıxara biləcək nəhəng
miqyaslı islahatların həyata keçirilməsinə
hesablanmış qlobal vəzifələr
qoyulmuşdu.
Fəaliyyətin birinci onilliyində institutun
əməkdaşları əsasən reproduktiv
xarakterli pedaqoji-təşkilati və elmi-metodik xidmət tədbirləri həyata
keçirmişlər. Onlar məktəb, məktəbəqədər və məktəbdənkənar
uşaq tərbiyə müəssisələrinin
tədris proqramları, müxtəlif təlimat və
tövsiyələrlə təmin edilməsində bilavasitə
iştirak etmiş, təlim-tərbiyə
mexanizmlərinin, nəzəriyyələrinin, texnologiyalarının
həyata keçirilməsini təmin etmiş,
şagirdlərlə, valideynlərlə, ictimaiyyətlə
sıx əlaqə
saxlamışlar.
İkinci onillikdə institut kollektivinin fəaliyyəti nisbətən
yaradıcı məzmun kəsb etdi. İyirminci əsrin 50-ci illərinin sonunda Sovet İttifaqında
ümumtəhsil məktəblərində islahatlar
aparılması prosesinə başlandı.
İslahatların müvəffəqiyyətlə yerinə
yetirilməsi üçün təkmilləşdirmə
institutlarının ştat vahidləri
artırıldı, maddi-texniki
bazası gücləndirildi, yerli təhsil
şöbələrinin nəzdində bilavasitə təkmilləşdirmə
institutu ilə birgə fəaliyyət
göstərən metodkabinetlər,
məktəblərdə isə metodbirləşmələr və
onların metodbölmələri təşkil edildi.
Beləliklə, institutun yaxından
iştirakı ilə Bakı Xalq Təhsili
Şöbəsində vahid elmi-metodik xidmət qurumu
yaradıldı. Məhz bu dövrdə metodist əməyi ilə müəllim əməyinin
inteqrasiyasına başlanıldı.
Həmin illərdə
(1964-1972) instituta Validə Mirzəyeva rəhbərlik
etmişdir.
Heydər Əliyev Azərbaycan
KP MK-nın birinci katibi
seçildikdən sonra təhsilin bütün pillələrinə, o cümlədən ixtisasartırmaya xüsusi əhəmiyyət verildi.
Təhsilin keyfiyyətinə təsir edən ən mühüm amili
ixtisasartırma təhsili hesab edən Heydər
Əliyev Azərbaycan müəllimlərinin IX qurultayında demişdi: "Müasir
şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi
və onların ixtisasının artırılması sisteminin rolu yüksəkdir.
Bu sistem qabaqcıl təcrübəni
yaymaq, müasir tədris
metodologiyasını öyrənmək, müəllimin bilik səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir...
Bu yaxınlarda Azərbaycan KP MK institutun maddi-tədris bazasını möhkəmləndirmək,
orada tədrisin səviyyəsini yüksəltmək
haqqında da qərar qəbul etmişdir. MK-nın qərarında
nəzərdə tutulan tədbirlər
qısa müddətdə həyata keçirilməli, partiya orqanlarımız və sovetlər, respublika Maarif Nazirliyi, yerli xalq maarif orqanları
müəllimlərin təkmilləşdirilməsinə və
onların ixtisasının artırılmasına ciddi nəzarət etməlidirlər".
1975-ci ildən
SSRİ Maarif Nazirliyi İttifaq məktəblərində fənn
kabinetlərinin təkmilləşdirilməsini bir vəzifə kimi
qarşıya qoydu. Bu dövrdən başlayaraq kabinet sistemi məktəb praktikasında
aparıcı təşkilati-metodik atribut
oldu. İnstitut İttifaq tərəfindən tərtib edilən
nomenklatur siyahı əsasında səkkizillik
və orta məktəblərdə fənn
kabinetlərinin təşkili, onların dövrün
tələbinə, elm və texnikanın
inkişafına uyğun
xüsusi cihazlarla, təlimin
texniki vasitələri ilə təchiz
edilməsində Bakı məktəblərinə metodik kömək göstərirdi. Ümumiyyətlə,
bu illərdən başlayaraq
institutun əməkdaşları normativə
uyğun sinif-kabinetlərin, fənn
kabinetlərinin yaradılmasında müəllimlərin, məktəb
rəhbərlərinin yaxın məsləhətçiləri
oldular. İnstitutda
ixtisasartırma kursları ilə yanaşı, qısamüddətli
kurslar, mühazirə-məsləhətlər,
seminarlar, təlimati müşavirələr,
elmi-praktik konfranslar, operativ tədris-metodik və elmi-informatik
tədbirlər geniş vüsət
aldı. Sovet İttifaqında müəllimlərin
kütləvi attestasiyasına
başlanıldı. Hər dərs ilində keçirilən
bu işin
başlıca məqsədi birinci beş ildə ümumtəhsil məktəblərində
çalışan müəllim korpusunun
peşəkar hazırlıq keyfiyyətinin yüksəldilməsinə
nail olmaq idi. Həmin illərdə (1972-1978)
Bakı şəhər Müəllimləri Təkmilləşdirmə
İnstitutuna Qurban
Kazımov rəhbərlik edirdi.
Sonrakı beşillikdə
də ümumtəhsil müəssisələrinin bütün kateqoriya pedaqoji işçiləri elə həmin məqsədlə
kütləvi attestasiyadan keçirilirdilər.
Altı
yaşdan təlimə başlamaqla
əlaqədar iyirminci yüzilliyin
70-80-ci illərində İttifaqda on ildən artıq keçirilən eksperimentdə
institutun metodistləri Moskva,
Leninqrad (Sankt-Peterburq),
Kiyev, Minsk, Tbilisi, Alma-Ata, Lvov və Ryazanın
müvafiq institutlarının alimləri
ilə əməkdaşlıq etmiş,
Bakıda 50-dən çox məktəbdə bu problem sınaqdan keçirilmişdir.
1978-1985-ci illərdə
instituta əməkdar müəllim Arif Muradov rəhbərlik etmişdir. 1985-ci ildə A.Muradov
Maarif Nazirliyinə məsul vəzifəyə
təyin olunduqdan sonra
instituta bir il (1985-1986) Qalina Kurkina rəhbərlik etmişdir.
1982-ci
ildən başlayaraq Sovet
İttifaqının ali rəhbərliyi
ümumtəhsil məktəblərində əsaslı islahat keçirilməsini zəruri saydı. Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1983-cü il iyun plenumunda
təhsil islahatı üzrə dövlət komissiyası
yaradıldı. SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev komissiyanın sədri təyin
edildi. Qısa müddətdə
Dövlət proqramı, ümumiyyətlə, bütün
sənədlər toplusu Heydər
Əliyevin bilavasitə rəhbərliyi altında işlənib
hazırlandı. İslahatın sənədlər toplusunun nəzərdə tutduğu
tədbirlər içərisində pedaqoji
kollektivlərə elmi-metodik xidmətlərin
göstərilməsinə xüsusi
əhəmiyyət verilirdi.
1985-ci ildə institutda pedaqogika-psixologiya
kabineti yaradıldı və fəaliyyətə
başladı. Bakı ümumtəhsil məktəblərində
praktik psixoloji xidmətin
təşkili, bu istiqamətdə ilk eksperimentlərin aparılması həmin kabinetin fəaliyyəti ilə bağlı idi.
İslahatın
tələblərinə uyğun olaraq ümumi orta təhsilin məzmununda müvafiq
yeniliklər həyata keçirilirdi.
"İnformatika və hesablama
texnikasının əsasları" fənninin tədrisinə
başlanılması ilə əlaqədar, bu
fənn üzrə müəllim kadrları
olmadığına görə, əsasən, riyaziyyat,
fizika, kimya fənlərini
tədris edən
müəllimlər həmin illərdə institutda
informatika müəllimləri kimi hazırlanırdı. 1988-ci ildən institutda məktəb praktik
psixoloqlarının hazırlanmasına başlanıldı. Həmin
dövrdə daim yeniləşdirilən,
təkmilləşdirilən dövlət tədris
proqramlarının, dərsliklərin, pedaqoji-psixoloji,
elmi-metodik nəzəriyyələrin və
praktikanın geniş müəllim
auditoriyasına mənimsədilməsi istiqamətində institut böyük səylə
çalışırdı.
İnstituta 1988-1989-cu illərdə İsa
Məmmədov rəhbərlik etmişdir.
Müstəqillik illərində İ.Məmmədov ikinci dəfə həmin vəzifəyə təyin
olunmuş və ömrünün
sonuna kimi-2007-ci ilin avqust ayına qədər instituta
uğurla rəhbərlik etmişdir.
Psixologiya elmləri doktoru İsa
Məmmədov uzun illər ölkəmizdə
müxtəlif rəhbər vəzifələrdə işləmişdir:
Şərur rayon Komsomol
Komitəsinin birinci katibi,
Naxçıvan Vilayət Komsomol Komitəsinin
birinci katibi,
Naxçıvan MR mədəniyyət naziri,
Lənkəran şəhər Partiya Komitəsinin
birinci katibi, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi. Fəaliyyəti
dövründə İ.Məmmədov üç
dəfə Lenin ordeni,
iki dəfə Qırmızı Əmək
Bayrağı ordeni, digər orden və medallarla təltif
olunmuş, əməkdar müəllim və
Sosialist Əməyi Qəhrəmanı fəxri
adlarına layiq görülmüşdür.
1989-1992-ci illərdə
instituta Aydın Qarayev
rəhbərlik etmişdir. Həmin illərdə
institutun məqsədyönlü fəaliyyəti
sayəsində Bakının 40-dan çox
məktəbində psixoloji xidmət kabineti yaradıldı.
İnstitut 2005-ci ildə Ədliyyə Nazirliyində
"Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu" adı ilə qeydiyyata
alındı.
2007-ci ilin
noyabr ayından Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna Təhsil Nazirliyinin
Elm idarəsinin (şöbəsinin) rəisi,
fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf Zamanov
rektor təyin olundu. Həmin dövrdən yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında,
elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində
institutun fəaliyyətində ciddi keyfiyyət dəyişiklikləri
başlandı. Belə ki, institutda
ali məktəb strukturunun
yaradılması ilə əlaqədar elmi-nəzəri və
elmi-metodik baza gücləndirildi.
Hazırda institutda 2 fakültə, 9 kafedra və 9 şöbə uğurla
fəaliyyət göstərir. Son 6 ildə
institutun uğurları həm elmi və pedaqoji ictimaiyyət,
həm də müvafiq qurumlar
tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.
İnstitutda ixtisasartırmanın məzmununun yeniləşməsinə
və tədris prosesində yeni
texnologiyaların tətbiqinə yönəlmiş bir sıra innovasion layihələr
də həyata keçirilir: pedaqoji kadrların kompüter
bilik və bacarıqlarının təmini,
İKT-nin köməyi ilə tədris prosesinin təşkili, inklüziv
təhsil, yeni
fənn kurikulumları əsasında müəllimlərin
ixtisasının artırılması, distant
təlim kursları.
İnstitutumuzda məktəb rəhbərlərinin
ixtisasının artırılmasına xüsusi
diqqət yetirilir. Gənc pedaqoji kadrların yaradıcılıq
potensialının inkişafı məqsədi ilə treninqlər
və "ustad dərslər" təşkil
edilir. 2008-ci ildən institutun
elm, təhsil və mədəniyyət mərkəzinə
çevrilməsi məqsədilə elmi-pedaqoji
kadr potensialının güclənməsi,
elmi-tədqiqat nəticələrinin beynəlxalq
statuslu elmi jurnallarda dərc etdirilməsi, beynəlxalq əməkdaşlıq
sahəsində bir sıra işlər görülmüşdür. İnstitutda
Heydər Əliyev Muzey-lektoriyasının, "Gənc istedad" məktəbinin, psixologiya
üzrə Resurs Mərkəzinin, 3 kompüter mərkəzinin, yeni
innovasion avadanlıqlarla təchiz edilmiş auditoriyaların təşkili,
kitabxananın vacib ədəbiyyatla zənginləşdirilməsi
təhsilin inkişafına əvəzsiz kömək edir.
Son illərdə institutun professor-müəllim
heyətinin elmi potensialı xeyli artmışdır. Belə ki,
hazırda institutda 4 elmlər doktoru, 3 professor,
21 fəlsəfə doktoru
daimi ştatda fəaliyyət göstərir.
30-a qədər elmlər
doktoru (akademiklər: Asəf Nadirov, Bəkir Nəbiyev, Vasim Məmmədəliyev,
Telman Əliyev, Vaqif Abbasov, Teymur Kərimli; AMEA-nın müxbir üzvləri: Vəli Əliyev, Nizami Cəfərov, Bəxtiyar Əliyev; professorlar: İzzət Rüstəmov,
Hadi Rəcəbli, Anar İsgəndərov, Nizaməddin Şəmsizadə,
Məmməd Yaqubov, Fuad Məmmədov, Yusif Seyidov, Kamil Mənsimov, Şirindil Alışanlı,
Çingiz Bədəlov,
Çingiz İsmayılov,
Qəzənfər Kazımov,
Mirzəli Murğuzov,
Əjdər Ağayev,
Oqtay Rəcəbov, Adil Babayev, Fərrux
Rüstəmov və
b.), 50-yə qədər fəlsəfə
doktoru institutda saathesabı fəaliyyət
göstərmiş, onların
əksəriyyəti bu
gün də institutumuzla uğurlu əməkdaşlıq edir.
10 əməkdaşımız
doktoranturada təhsil alır (2007-ci ilin sonunda institutda cəmi 5 elmlər namizədi işləyirdi).
Bu mütəxəssislər hər il 5000-ə qədər pedaqoji kadrın ixtisasartırmasını,
həmçinin "Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi",
"riyaziyyat və informatika müəllimliyi",
"təhsildə sosial-psixoloji
xidmət", "məktəbəqədər
təlim və tərbiyə", "sosial
iş" ixtisasları
üzrə yenidənhazırlanmasını
həyata keçirirlər.
Professor-müəllim
heyətinin elmi-tədqiqat
fəaliyyəti sahəsindəki
uğurları da ürəkaçandır. Belə ki, institut
yarandığı vaxtdan
2007-ci ilin sonuna qədər əməkdaşlar
tərəfindən cəmi
110 elmi əsər dərc edilmişdisə,
son 6 ildə dərc edilmiş elmi əsərlərin (monoqrafiya,
dərslik, dərs vəsaiti, elmi məqalə və s.) sayı 900-ə çatmışdır.
Bu əsərlərin də xeyli hissəsi
dünyanın nüfuzlu
elmi jurnallarında işıq üzü görmüşdür.
Beynəlxalq əməkdaşlığı
ixtisasartırma və
yenidənhazırlanma sahəsində
uğurlu inkişafın
əsası hesab edərək Beynəlxalq əlaqələr şöbəsinin
də yaradılmasına
nail olmuşuq. İnstitut
Albaniya, Almaniya, Avstriya, Böyük Britaniya, Belarus, İtaliya,
İspaniya, İsveç,
Finlandiya, Fransa, Gürcüstan, Kipr, Latviya, Litva, Macarıstan, Qazaxıstan,
Özbəkistan, Rusiya,
Sinqapur, Türkiyə,
Ukrayna və digər ölkələrin müvafiq nüfuzlu ali məktəbləri, elmi-tədqiqat
mərkəzləri, həmçinin
səfirliklərlə və
beynəlxalq təşkilatlarla
(Avropa İttifaqı,
Britsh Council və s.) fəal əməkdaşlıq,
beynəlxalq təhsil
layihələrində uğurla
iştirak edir. Professor-müəllim heyəti beynəlxalq konfrans, simpozium və seminarlarda məruzlərlə çıxış,
elmi bölmələrə
rəhbərlik edir, təcrübə mübadiləsi
aparırlar. Sevindirici haldır
ki, impakt-faktor göstəricili, Riqada rus dilində, Nyu-Yorkda ingilis dillərində nəşr
edilən "Mechanics of Composite
Materials" beynəlxalq dövri
elmi jurnalının redaksiya heyətində Azərbaycanı ilk dəfə
2011-ci ildən institutumuzun
professoru təmsil edir.
Beynəlxalq
layihələrdəki uğurlarımız
institut əməkdaşlarının
intellektual potensialının
yüksəlməsinə mühüm
təsir göstərir,
müəllim peşəkarlığının
inkişafında əhəmiyyətli
rol oynayır ki, bu da
son nəticədə təhsilin
keyfiyyətinin yüksəlməsinə
səbəb olur. Təhsil sahəsində müxtəlif ölkələrin
mütəxəssisləri, müvafiq ali
məktəblərin rəhbərləri,
professor-müəllim heyəti
institutumuzun əsas təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edir, fəaliyyətimizlə
tanış olurlar. Qeyd etmək yerinə düşər ki, institutumuzun fəal təşkilatçılığı ilə son 6 ildə 50-dən
çox respublika səviyyəli, 11 beynəlxalq
elmi konfrans keçirilmişdir. Materialları yüksək poliqrafik və elmi səviyyədə
nəşr edilmiş beynəlxalq
konfransların adlarını qeyd etmək
yerinə düşər: "Повышение квалификации
педагогических кадров в
условиях глобализации: проблемы и
перспективы" (Азербайджан, Баку, 2008); "Последипломное
педагогическое образование: европейские ориентиры и региональные
приоритеты" (Украина, Белая Церковь, 2009); "Духовное воспитание и
развитие: традиции и современность" (Россия, Иваново, 2010);
"Инновация, качество образования и развитие" I Международная научная
конференция (Азербайджан, Баку, 2010); "Инновационная образовательная
деятельность: региональные аспекты" (Украина, Белая Церковь, 2011);
"Инновационные технологии в профессиональном развитии руководящих и
педагогических кадров учебных заведений" (Украина, Белая Церковь, 2012);
"Инновация, качество образования и развитие" II Международная научная конференция
(Азербайджан, Баку, 2012); "Новые тенденции в преподавании иностранных
языков: реальный опыт и стратегии развития" (Азербайджан, Баку, 2013),
"ТEMPUS в
Азербайджане: реформа в устном и письменном переводах" (Азербайджан,
Баку,2013), "Устойчивое профессиональное развитие" (Азербайджан,
Баку, 2014) "Инновация, качество образования и развитие" III Международная научная конференция
(Азербайджан, Баку, 2014).
İnstitutun "Tarix, insan və cəmiyyət" jurnalı 2011-ci
ildən Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının dissertasiyaların nəticələri
tanınan dövri elmi
nəşrlər siyahısına daxil edilmişdir. 2008-ci ilin əvvəllərindən
nəşr edilən "Psixoloq" qəzeti
məktəblərdə psixoloji xidmətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Müvafiq qaydada qeydiyyata
alınmış "İnstitutun elmi əsərləri" və "Məktəb
direktoru" dövri elmi jurnallarının yeni
ildən ilk nömrələrinin nəşr
etdirilməsi planlaşdırılır.
Qeyd etmək yerinə düşər ki, uğurlarımızda Təhsil Nazirliyinin
diqqət və qayğısı danılmazdır.
Sonda ümummilli lider
Heydər Əliyevin BPKİYİ-nin 60 illik yubileyi münasibətilə
institut kollektivinə
ünvanladığı müraciətdən bəzi məqamlara
nəzər salmağı məqsədəuyğun hesab edirəm. "İnstitut
XX əsrdə təhsilimizdə bərqərar olmuş ənənələri bu gün də davam etdirir, pedaqoji kadrların yetişdirilməsi
naminə var qüvvəsini sərf edərək
ölkəmizdə təhsil islahatının həyata
keçirilməsinə öz töhfəsini
verir. Əminəm ki,
siz müstəqil Azərbaycanın milli və ümumbəşəri dəyərlər
əsasında beynəlxalq standartlara, demokratik prinsiplərə əsaslanan milli təhsil sisteminin
qurulması işinə, dövlətçiliyimizin
inkişafına bundan sonra
da sədaqətlə xidmət göstərəcəksiniz...".
İnanırıq
ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu təhsilverənlərin
peşəkar inkişafı, ölkəmizdə intellektual potensialın formalaşması
istiqamətində bundan sonra
da uğurla fəaliyyət
göstərəcək, iyirmi birinci yüzilliyin hədəflərinə
doğru inamla irəliləyəcək, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənablarının 24
oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın icrası istiqamətində öz sözünü deyəcəkdir.
Asəf ZAMANOV,
BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor
Azərbaycan
müəllimi.- 2014.- 28 noyabr.- S.4.