"Əsas hədəfim Vətənə töhfə verməkdir"

 

Kanadanın Toronto Universitetində bakalavr

təhsili alan Namiq İsmayılovla söhbət

 

Namiq İsmayılov 1994-cü il oktyabrın 18-də Bakı şəhərində anadan olub. 2011-ci  ildə Bakıdakı 287 nömrəli  "Zəkalar" liseyini bitirib. 2011-2013-cü illərdə   Qafqaz Universitetinin  informasiya texnologiyaları mühəndisliyi fakültəsində təhsil alıb. 2013-cü ilin sentyabrından etibarən  "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  çərçivəsində Kanadanın Toronto Universitetinin kompüter elmləri fakültəsində  bakalavr  təhsili alır. Namiq İsmayılovla söhbətimizə orta məktəb illərindən başladıq.

 

"Məktəb illərində fəal şagird olmuşam"  

 

-  Orta məktəb illərində fəal şagirdlərdən biri olmuşam. "Xəmsə",  "Ağıl dəryası" televiziya proqramlarında, "Araz" kurslarının, Xəzər Universitetinin keçirdiyi fənn olimpiadalarında iştirak etmiş müxtəlif mükafatlar almışam. Oxuduğum müddətdə dəqiq fənlərə daha çox üstünlük vermişəm. İxtisas seçimim tamamilə öz istəyimlə olub, ailəm müəllimlərim mənə dəstək veriblər. Orta məktəb  illərində iştirak etdiyim müsabiqələrin müxtəlif olimpiadaların şagirdlərin təhsilində gələcək karyerasında  rolunu  çox yüksək qiymətləndirirəm.

Hesab edirəm ki,  uğur qazanıb-qazanmamaqdan  asılı  olmayaraq hər bir şagird məktəb dövründə  bacardığı  qədər yarışlarda, olimpiadalarda iştirak etməlidir.  Bu,  onlarda inkişafın  ən əsas səbəbi olan rəqabət hissini oyadır gücləndirir.

 

"Bu təşəbbüsü  yüksək qiymətləndirirəm"

 

 Hələ orta  məktəbdə oxuyarkən  xaricdə təhsil almağı arzu edirdim. Qafqaz  Universitetində oxuduğum 2 il ərzində "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  üzrə  xaricdə  təhsil alan  dostlarımla əlaqə saxlayaraq layihə barədə onlardan ətraflı məlumatlar, bu prosesdə iştirak qaydaları ilə bağlı məsləhətlər alırdım.  Ötən il isə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün  tələbələrin seçim prosesində  iştirak edərək   Dövlət təqaüdünü qazandım.  Onu da xatırladım , ötən il  ilk dəfə olaraq Dövlət Proqramında müsahibə mərhələsi oldu.  Bu təşəbbüsü  yüksək qiymətləndirir   çox  vacib olduğunu düşünürəm.  Xaricdə təhsil üzrə Dövlət Proqramına tələbələrin seçim prosesində irəliləyiş müşahidə etdim. Misal olaraq, hər bir tələbə öz  sənədlərinin seçim  prosesinin hansı mərhələsində olmasını  izləyə bilər prosesin müddəti   ötən ildəkindən daha az olub.

 

"Vaxtımın böyük hissəsini dərslərimə ayırıram"

 

 Hazırda Kanadanın Toronto Universitetinin kompüter  elmləri fakültəsində bakalavr təhsili alıram. Kanadanın Ontario vilayətində yerləşən Toronto Universiteti  ölkənin  ən yüksək intellektual keyfiyyətə malik elmi-tədqiqat mərkəzlərindən biridir. Ali məktəb 1926-cı ildən "Amerika Universitetləri Assosiasiyası"nın üzvüdür.  "QS World Universities Rankings" jurnalının 2014-cü ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Toronto Universiteti 100 ən yaxşı ali məktəb arasında 20-ci  yerdədir. Əsası 1827-ci ildə qoyulmuş ali təhsil ocağında hazırda 70 minə yaxın tələbə təhsil alır. Universitetin 16 fakültəsi var. Toronto Universiteti ölkənin ən böyük ali təhsil müəssisəsidir.  Ali məktəb  məzunlarından 10 nəfəri Nobel mükafatına layiq görülüb. Məzunlar arasında sabiq prezidentlər   hökumət başçıları da var.

Yaşadığım şəhər əhali sıxlığı çox az olan, meşələr, çaylarla əhatə olunan sakit bir ərazidir. Mühitə öyrəşməklə bağlı çətinliyim yalnız  ilk bir ayda oldu, sonralar insanları tanıdıqca, dostlarım  artdıqca  adaptasiya  mərhələsi mənim üçün çətin olmadı. Vaxtımın böyük hissəsini dərslərimə ayırıram. Boş vaxtlarım olduqca  eyni universitetdə oxuduğum azərbaycanlı tələbələrlə vaxt keçirirəm. Bir sıra mövzularda diskussiyalar aparır biliklərimizi paylaşırıq. 

 

"Azərbaycanlı tələbələr çoxdur"

 

Qeyd edim ki, xaricdə təhsilin ən mühüm üstünlüyü  tələbələrə daha müasir, daha zəngin təhsil sistemindən yararlanmaq imkanı verməsindədir.  Kanada ən keyfiyyətli təhsil sisteminə malikdir.  Bu mənada dünyanın müxtəlif ölkələrindən Kanadaya üz tutan tələbələr çoxdur.  Oxuduğum universitetdə tələbələrin böyük əksəriyyəti əcnəbilərdir. Toronto Universitetinin özünəməxsus təhsil tədris ənənələri var.   Universitet professorları tələbələr arasında  çox sadə,  səmimi münasibət  mövcuddur.  Ali təhsil ocağında  sessiya müddəti çox qısadır (maksimum 15 gün). Ancaq  semestrdaxili imtahanlara ciddi hazırlaşdığımız üçün imtahanlararası müddətin qısa olmağı problem yaratmır.   

Kanadada təhsil alan azərbaycanlı tələbələr çoxdur.  Bir azərbaycanlı kimi mənim Azərbaycan diasporası ilə sıx əlaqəm var.  Oxuduğum  bir ildə  bir neçə dəfə  müxtəlif  mövzularda  görüşlərimiz keçirilib.  Bu görüşlərin  böyük əksəriyyətinin əsas mövzusu  işğal  altında  olan  torpaqlarımız olub.    Azərbaycanın Kanadadakı səfirliyinin  dəstəyi Torontoda təhsil alan tələbələrin, buradakı  azərbaycanlı  icmasının üzvlərinin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir təşkil olunub. Burada keçirilən tədbirlərdə  Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi  fəal iştirak edir.  

 

"Təhsildə uğur əldə etməyin sirri öz üzərində işləməkdədir"

 

Qeyd edim ki, Toronto Universiteti öz tələbələrinə dərin nəzəri biliklər verməklə yanaşı onlarda tədqiqatçılıq vərdişlərini  aşılayır gücləndirir.  Buna görə istedadlı gənclərimizin dünyanın nüfuzlu  ali məktəblərində təhsil alması dərin bilik bacarıqlarla vətənə dönmələrini alqışlayıram.  Xaricdə təhsil  dünya standartlarına uyğun təhsil almaqla yanaşı, eyni zamanda çox savadlı gənclərdən ibarət tanışlar şəbəkəsinin əsasını qoyur.  Tələbələrimiz ünsiyyət qurduqları digər ölkələrin gəncləri ilə əldə etdikləri bilikləri bölüşür eyni zamanda mədəniyyətimiz,  ölkəmizin elmi potensialı barədə onlara məlumat vermək imkanı da qazanırlar.  Lakin təhsildə uğur əldə etməyin sirri yalnız xaricdə təhsil almaqda deyil, öz üzərində işləməkdədir.

Müasirləşən dünyada  həyatımızın bütün sahələrində  proseslərin avtomatlaşdırıldığı bir dövrdə  kompüter elmləri ixtisası  bütün ölkələrdə,  o cümlədən Azərbaycanda da  aktualdır.  Toronto Universitetində təhsilimi başa vurduqdan sonra əsas hədəfim  Azərbaycana qayıdıb  öz ixtisasım üzrə peşəkar  fəaliyyətlə məşğul olmaq vətənə töhfə verməkdir. 

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.6.