Fəxri adlar alan təhsil
işçiləri ölkə
başçısına minnətdarlıq edirlər
Habil
və Şamil İSMAYILOV qardaşları,
Cəlilabad rayonu, Qarazəncir
kəndi,
əməkdar bədən tərbiyəsi və idman xadimləri
74 illik ömrümüzün
50 ilə yaxınını təhsilə və idmana, balalarımızın fiziki
cəhətdən sağlam böyüməsinə
həsr etmiş biz əkiz
qardaşlara - Habil və
Şamil İsmayılovlara ölkəmizin
təhsil və idman tarixində bənzəri
olmayan xoş bir hadisə üz verib. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin bu günlərdə imzaladığı
"Azərbaycan Respublikasının təhsil işçilərinə
fəxri adların verilməsi haqqında" sərəncamı
ilə hər ikimiz "Əməkdar bədən
tərbiyəsi və idman xadimi" fəxri adına layiq
görülmüşük. Təbiətin hökmü ilə
eyni gündə anadan
olmuş və bütün
ömrümüz boyu
taleyin qisməti ilə eyni
fəaliyyət sahəsində çalışmış, idmanla məşğul olmuş,
fiziki tərbiyə müəllimi işləmiş,
vətənimiz, xalqımız qarşısında, demək olar ki, eyni
xidmətlər göstərmiş biz
qardaşları bir-birimizdən ayırmayaraq ikimizə də eyni gündə böyük
sevinc bəxş edən möhtərəm
Prezidentimizə minnətdarlığımızı bildiririk.
Ölkəmizdə
təhsilə, idmana göstərilən böyük dövlət qayğısı, hər
iki sahədə əldə etdiyimiz uğurlar,
xüsusilə də son illər idman
sahəsində qazandığımız misilsiz
nailiyyətlər biz qocaman
təhsil işçilərini çox sevindirir.
Bizim həyat yolumuz
ölkəmizin cənub bölgəsində - Cəlilabad rayonunda yerləşən Təzəkənd
adlı kiçik bir
kənddən başlayıb. 1940-cı ildə bu kənddə anadan olmuşuq. Birlikdə kənd məktəbində
və ali məktəbdə təhsil
almışıq, bir yerdə idmanla məşğul olmuşuq.
Hələ ötən əsrin 50-60-cı illərindən özümüzü həsr etdiyimiz
idmanın yüngül atletika
növündə uğurlarımızı da
bir yerdə qazanmışıq. Orta məsafəyə
(1000 metr) qaçış üzrə
SSRİ çempionatının finalçısı olmuş, dəfələrlə "Məhsul"
İdman Cəmiyyətinin 400, 600, 800,
1000, 1500, 3000 metr məsafələrə
qaçış üzrə rekordlarını vurmuş, Azərbaycan çempionu
adını qazanmış, beynəlxalq yarışlarda
yüksək nailiyyətlər əldə etmişik.
Eyni zamanda Cəlilabad rayonunun
müxtəlif ümumi təhsil müəssisələrində,
pedaqoji fəaliyyətimizin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində
fiziki tərbiyə müəllimi işləmiş,
balalarımızın sağlam, mətin
böyüməsinə var gücümüzü sərf etmişik.
Pedaqoji
sahədə də uğurlarımız az
olmayıb, rayonda nümunəvi fiziki tərbiyə müəllimləri kimi tanınmışıq, yetirmələrimiz
arasında idmanla
məşğul olanlar, məşğul
olduqları idman növlərində
yarışlarda yüksək yerlər tutanlar,
ölkəmizin yığma komandasında oynayanlar,
idman ustası normasını ödəyənlər
çox olub.
Bizim Azərbaycan təhsilinə və idmana verdiyimiz töhfələri
nəzərə aldığına
və müəllimlər üçün
əziz olan peşə bayramımız ərəfəsində
bizə fəxri ad verdiyinə görə
bir daha ölkə
başçısına minnətdarlığımızı
bildiririk.
Şamxal MƏMMƏDOV,
287 nömrəli "Zəkalar" liseyinin
fizika müəllimi, əməkdar müəllim
Təhsildə
aparıcı sima olan
müəllimlərin əməyinin qiymətləndirilməsi,
stimullaşdırılması daim dövlətimizin
diqqət mərkəzindədir. Hər il
onlarca müəllimə təhsil sahəsindəki
xidmətlərinə görə fəxri adlar,
orden və medallar verilir. Son illər isə bu sahədə gözəl bir
ənənə yaranıb. Müəllimlərin peşə
bayramı ərəfəsində onların böyük
bir qrupu "Əməkdar
müəllim" fəxri adı və "Tərəqqi"
medalı ilə mükafatlandırılır. Builki
peşə bayramı ərəfəsində də möhtərəm
Prezidentimizin bu barədə
sərəncamları olub. Sevinirəm ki, mükafatlandırılanlar sırasında
mən də varam.
1992-ci ildən -
Bakıdakı 287 nömrəli "Zəkalar" liseyi açılandan burada
fizika müəllimi işləyirəm.
İndiyədək çoxlu uğurlarım
olub. Son üç ildə şagirdlərim respublika fənn olimpiadalarında fizika üzrə yüksək yerlər tutublar. Bir yetirməm bu il ali
məktəblərə qəbul imtahanlarında ən yüksək
- 700 bal toplayıb. TQDK-nın
apardığı təhlilə görə, dərs dediyim
siniflərdə bu il fizika fənni üzrə keyfiyyət 76 faiz olub.
Əməyim
də qiymətləndirilib, müxtəlif vaxtlarda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
TQDK-nın fəxri fərmanlarına layiq
görülmüşəm, 2010-cu ildə "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanı ilə təltif olunmuşam.
Bu il isə möhtərəm
Prezidentimizin sərəncamı ilə
müəllimlərə verilən ən yüksək ada - "Əməkdar müəllim" fəxri
adına layiq görülmüşəm.
Hesab edirəm ki, mənə
verilən bu yüksək fəxri ad dövlətimizin
başçısının təhsilə göstərdiyi
diqqətin daha bir
nümunəsidir. Buna görə möhtərəm
Prezidentimizə minnətdarlığımı bildirirəm.
Əyyub ƏBDÜLƏZİMOV,
Şuşa Rayon
Təhsil Şöbəsinin aparıcı
məsləhətçisi, əməkdar müəllim
Hər bir insan, peşə sahibi əməyinin qiymətləndirilməsindən
sevinc duyur. Bu qiymətləndirmə
yüksək səviyyədə, dövlət
başçısı tərəfindən olduqda
isə təbii ki, sevincinin
dərəcəsi də yüksək olur.
Ona
görə də Azərbaycan Respublikasının Prezidenti, daim təhsilimizə
və təhsil işçilərinə böyük
diqqət və qayğı göstərən İlham
Əliyev cənablarının bu günlərdə
"Azərbaycan Respublikasının təhsil işçilərinə
fəxri adların verilməsi haqqında"
imzaladığı sərəncamda öz
adımı görəndə hədsiz sevinc
hissi keçirdim. Ümummilli liderimiz Heydər
Əliyev demişdir: "Mən dünyada müəllim adından yüksək,
şərəfli heç bir
ad tanımıram". Fəxr edirəm ki, mən də ömrümü
ulu öndərimizin bu
cür yüksək qiymət verdiyi müəllim peşəsinə həsr
etmişəm.
Ömrümün 45 ilini məktəbdə,
təhsildə və yaradıcılıqda keçirmişəm.
Ötən bu illərdə dərs dediyim şagirdlərin çoxu
orta məktəbi qızıl və gümüş medallarla,
Azərbaycan dili və ədəbiyyat fənlərinin
öyrənilməsində fərqləndiklərinə
görə tərifnamələrlə
bitirib ali və orta ixtisas məktəblərinə
qəbul olublar.
1976-cı ildə
"Metodist müəllim", 1994-cü
ildə "Ali kateqoriyalı müəllim",
2000-ci ildə "İlin ən
yaxşı məktəb inspektoru"
adlarına, diplom və fəxri fərmanlara
layiq görülmüşəm. Bu vaxta qədər Azərbaycanın və bir neçə xarici
ölkənin mətbuatında pedaqoji, metodik məqalələrim, ədəbiyyat, dil və tarixlə bağlı
yazılarım dərc olunub. 11 adda kitabım, o cümlədən
3 adda pedaqoji mövzularda kitabım nəşr olunub. 2014-2015-ci
tədris ilində ümumtəhsil məktəblərinin
8-ci sinfində tədris olunan
"Qarabağın tarixi" adlı
proqramın və eyni adlı tədris vəsaitinin
müəlliflərindən biriyəm. Azərbaycan
Yazıçılar Birliyinin, Azərbaycan
Müharibə Veteranları Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatıyam.
2013-cü ildə
respublikamızda ilk olaraq
ədəbiyyat fənnindən "Ustad dərsi"
və müəllimlərə kömək məqsədilə
"açıq dərs"lər vermişəm.
2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə "Tərəqqi" medalına layiq
görülmüşəm.
Azərbaycan təhsilinin
inkişafına göstərdiyi qayğıya, müəllimlərin,
o cümlədən mənim əməyimə
verdiyi yüksək qiymətə görə
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə öz dərin minnətdarlığımı
bildirirəm. Eyni zamanda
Təhsil Nazirliyinə daim yaradıcı
müəllimləri dəstəklədiyinə görə təşəkkür
edirəm.
Lalə QƏTİ,
Bakı şəhəri, Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq
Mərkəzinin direktoru, əməkdar müəllim
Şərəfli
müəllim adını qürurla daşıyan hər bir təhsil işçisi kimi mən
də peşə bayramımızı səbirsizliklə
gözləyirəm. Bu bir
həqiqətdir ki, adları pak, amalları saf olan bu peşə sahibləri həmin gün
daha gözəl, daha ülvi görünürlər. Çünki məhz həmin gün
hamı müəllim adının şərəf və ləyaqətindən
ürəkdolusu danışır. Ölkə rəhbəri cənab
İlham Əliyevin və Təhsil Nazirliyinin ünvanımıza səsləndirdikləri xoş sözlər
biz müəllimləri işimizə daha
həvəslə yanaşmağa ruhlandırır və peşə
məsuliyyətimizi ikiqat artırır.
2003-cü ildən Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin
direktoru vəzifəsində
çalışıram. Hər il
Türkiyədə keçirilən "23 Nisan"
ənənəvi Beynəlxalq Uşaq
bayramında ən fəal qrup rəhbəri
kimi iştirak edib fəxri fərman
və ödüllərə layiq
görülmüşəm. 2008-2010-cu illərdə
Ukraynanın Krım vilayətində yerləşən "Artek"
Beynəlxalq Uşaq Mərkəzində
"Dünyanı yaxşılığa doğru
dəyişək" devizi altında
keçirilən VII və
IX Beynəlxalq Uşaq Festivalında 60-a yaxın ölkənin
qrupları arasında Azərbaycanı
layiqincə təmsil etmişəm və festivalın təşkilat komitəsi tərəfindən
"Ən fəal lider" nominasiyası üzrə sertifikat və ödül
qazanmışam. Pedaqoji və ictimai fəaliyyətimdə qazandığım uğurlara
görə dəfələrlə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra
Hakimiyyəti, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi və digər təşkilatlar tərəfindən
fəxri fərman, diplomlar almışam. 2011-ci
ildə ölkə rəhbərinin müvafiq
sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm.
Beynəlxalq Müəllimlər Günü ərəfəsində cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla fəxri adlar alan, peşəsinin layiqli sahibi olan müəllimlərlə bir sırada öz adımı oxuyanda qürur hissi keçirdim. Layiq görüldüyüm "Əməkdar müəllim" fəxri adını mən bütövlükdə kollektivimizin əməyinə verilən yüksək qiymət kimi qəbul edirəm və rəhbərlik etdiyim Mərkəzin hər bir üzvü adından, şəxsən öz adımdan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm.
Azərbaycan
müəllimi.- 2014.- 3 oktyabr.- S.5.