Bir əsrlik ömrün
hekayəsi
Kəlbəcər rayonundan olan 88 yaşlı müəllim Şəmşir Şəldiyevdən bəhs olunur
Onunla görüşə
gedəndə əlimdə yalnız quru faktlar vardı.
Hətta bu faktlar belə onun haqqında məlumat verirdi. Bir ömrün hekayəsini danışırdı mənə. Kəlbəcər və 88 yaş
şifrələri qarşılaşacağım
həyat səhifələrini
artıq gözümün
önündə yarıbayarı
canlandırırdı. Bir də Dövlət
İdarəçilik Akademiyasının
yataqxanasının pilləkənləri
ilə qalxanda sanki addım-addım o dərdli həyatın zirvəsinə doğru
yaxınlaşırdım. Sanki Dəlidağ adlanan ən yüksək zirvəsinə qalxırdım
Kəlbəcərin...
Qocaman tarix müəlliminin həyatı
Şəldiyev
Şəmşir Mikayıl
oğlu 1925-ci ildə
Kəlbəcər rayonunun
Quzey Çiskin kəndində anadan
olub.1941-ci ildə Qılınclı
kənd orta məktəbini bitirib. 1942-ci ildə müəllim çatmadığına görə
Ağqaya kəndində
ibtidai məktəbə
müəllim və müdir təyin edilib. 1942-ci ilin noyabr ayında əsgərliyə çağırılıb,
komsomol təşkilat
katibi olduğu üçün özünə
borc bilərək könüllü
müharibəyə gedib.
Sevastopolun qəhrəman müdafiəsində,
Stalinqradın birinci, ikinci açılışında
iştirak edib. 9
may qələbə gününü
hospitalda keçirib. Müharibədə aldığı zərbədən
I qrup əlil olub. Sol əlinin iki barmağını itirib.
Müharibədən sonra
Laçındakı pedaqoji məktəbdə
bir il təhsil alaraq Kəlbəcərin
Keçili kəndinə ibtidai
məktəbə müdir və müəllim
göndərilib. 1947-ci ildə V.İ.Lenin adına Pedaqoji
İnstitutun hüquq
və tarix müəllimliyi fakültəsinin
qiyabi şöbəsinə qəbul olunub.
1951-ci ildə institutu bitirib
və Sınıq Kilsə kənd məktəbinə tarix müəllimi və direktor
təyin edilib.
Şəmşir
müəllim gözəl ailə
başçısıdır. 1956-cı ildə ailə qurub, həyat yoldaşı Ziniş
xanım öz şagirdi
olub, özündən on
üç yaş kiçikdir. Yeddi
övladı və on üç
nəvəsi var.
Bir ömrün yurd nisgili
Şəmşir
müəllim həyatı yalnız doğma
yurdunda dolu-dolu yaşaya bilib. Məktəb
direktoru işləyən bu
zəhmətkeş müəllim ailəsilə bərabər
böyük təsərrüfat idarə edib. Mal-qara saxlayıb,
arıçılıqla və kənd təsərrüfatı
ilə məşğul olub. 1993-cü il aprelin 2-də Kəlbəcəri
tərk etmək məcburiyyətində qalan
ailə yalnız öz canlarını qurtara bilib. Bütün var-dövlətini itirən kənd
adamı müflis
vəziyyətdə şəhərin quru
daş-divarına necə sığıb, bunu
yalnız yaşayan bilər.
"Qazandığını,
varını, qoyub gələsən...
Qapını bağlayıb, mal-qaranı tövlədə,
arını, toyuğunu, cücəni həyətində
qoyub gələsən..." - deyə
acı təəssüflə dolu həyatı
yazmağa qələmin də mürəkkəbi
axmır. Yəni həyatını qoyub gələsən...
Burada söz tükənir
artıq. Deyirlər, keçmişinə güllə
atanı gələcək topa tutar. Bəs keçmişini
itirən adamın gələcəyini haradan
tapmaq olar?! Çətin
oldu. Şəmşir müəllimin Kəlbəcərdə
qalan həyatının Bakıdakı
davamını cansız bir cəsəd kimi acı-acı seyr etməkdən
başqa əlimizdən heç
nə gəlmədi.
Kəlbəcərin
işğalı zamanı ölənlərdən çox əsir düşənlərin taleyi Şəmşir müəllimin
yaddaşının ən ağrılı səhifələridir.
Əsirlikdən qayıdan üç nəfərlə
söhbəti zamanı az qala
infarkt keçirəcəyini deyir. Bunları danışa bilmədi
Şəmşir müəllim.
Ailənin didərginlik
sıxıntıları övladlarından da
yan keçməyib. Üç
oğlu ailəsi ilə Dövlət
İdarəçilik Akademiyasının yataqxanasında yaşamaq məcburiyyətindədir.
Həyat
yoldaşı "qızsan,otur evdə, deyib,
vaxtında məni oxumağa
qoymadılar" deyə peşimançılıq çəkir.
Haqlı da deyilmi, məgər?
İyirmi il
yataqxananın divarlarından kənara çıxmağa bir bəhanəsi olmayan insan bu
sıxıntılara necə sakit qatlana bilər?!
50 ilin məktəb direktoru
1941-ci
ildə ilk dəfə ibtidai
məktəbə direktor təyin edilən
Şəmşir müəllim bu işdə
böyük səriştə və təcrübəsi,
dürüstlüyü, zəhmətkeşliyi
ilə cəmiyyətdə böyük nüfuz
qazanmışdır. Buna görə də direktorluq
vəzifəsi tarix müəlliminin ömür yoldaşına çevrilib.
Kəlbəcərin Kilsəli, Milli, İstisu kimi kəndlərində
də direktor işləyib. Kəlbəcər
rayonunda altı məktəbin tikintisinə
rəhbərlik edib. Milli kəndində çox əziyyət
çəkdiyini deyir. Öz
təşəbbüsü ilə
doğulduğu kənddə məktəb
binası tikdirib və ora
direktor təyin edilib.
1993-cü ilə qədər orada direktor vəzifəsində
çalışıb. 1993-cü ildən didərgin
düşdükdən sonra Suraxanı rayonunda Kəlbəcər qaçqın
məktəbində tarix müəllimi vəzifəsində
çalışıb. 50 illik məktəb
direktorluğu təcrübəsi, 72 il pedaqoji stajı var.
Sadəcə qocaman tarix müəllimi
Şəmşir
müəllimin fəaliyyətinin
Bakı dönəmində Suraxanı rayonundakı
qaçqın məktəbində tarix
müəllimi vəzifəsində çalışıb.
2010-cu ildə səhhəti ilə bağlı olaraq vəzifəsindən azad
olunub.
Müəllim kimi yaşının bu
çağında, səhhətinin bu durumunda da təsirini itirməyib
qocaman insan. Əgər
gözləri görsəydi yenə də işləməyə
ruhunun gücü
çatardı, duyduq. Amma nə etməli ki,
ömür də bitməz-tükənməz
deyil. Günlərini dua
ilə keçirə bilmək də bir təsəllidirsə,
xoşbəxtlikdir.
Tarix müəllimi olan Şəldiyev
Şəmşir özü də
canlı bir tarixdir günümüz üçün.
Şəldiyev Şəmşir Mikayıl oğlunu
redaksiyamız adından Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edirik, uzun ömür,
cansağlığı, tezliklə doğma
yurda dönməyini arzulayırıq.
Könül
NƏHMƏTOVA
Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.8.