Beynəlxalq müsabiqələr
qalibi
Aytən İbrahimova 1997-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində anadan olub. 2004-cü ildə
Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə
daxil olub.
Hazırda XI sinif şagirdidir, skripka
ixtisası üzrə professor, əməkdar
müəllim Fatimə İdyatulinanın sinfində təhsil
alır. Dəfələrlə
məktəbdə və dövlət tədbirlərində
iştirak edib. Respublika və
beynəlxalq səviyyəli
müsabiqələrdə uğurlar
qazanıb. Azərbaycan Dövlət
Simfonik Orkestri və
Dövlət Kamera Orkestri
ilə dəfələrlə konsert verib.
Ulu öndər Heydər
Əliyevin 85 və 90 illik yubileylərinə
həsr olunmuş (2008 və 2013-cü illərdə)
I və II respublika müsabiqələrində
iştirak edərək laureat
adına və Qran-pri
mükafatına layiq görülüb.
2009-cu ilin dekabrında Alman-Azərbaycan Mədəniyyət Mərkəzi olan Kapelxausda solo konsert verib.
Həmin il adı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil
olunan
"İstedadlı uşaqlar "
siyahısına 10 uşaqdan biri kimi daxil
edilib. 2010-cu ilin
aprelində Nazim Əliverdibəyov
adına V Ümumşəhər müsabiqəsində Qran-pri mükafatını, 2012-ci ilin aprelində
isə Gənclər və İdman
Nazirliyi, Bakı Musiqi
Akademiyasının təşəbbüsü ilə İslam ölkələri
arasında keçirilən I beynəlxalq müsabiqədə I yeri (laureat), həmin ilin mayında Moskva şəhərində dünya
şöhrətli skripkaçı Vladimir
Spivakovun fondu tərəfindən təşkil olunmuş "Moskva
dostları qarşılayır"
adlı beynəlxalq festivalda laureat
adını qazanıb. 2013-cü ildə Belçikada
keçirilən 15 ölkənin nümayəndələrinin
iştirak etdiyi "Bravo"" adlı
VI beynəlxalq müsabiqədə
I yeri tutaraq Azərbaycanı yüksək səviyyədə
təmsil edib.
Beynəlxalq
müsabiqə və festivallarda ölkəmizi
uğurla təmsil edən, çoxlu sayda diplom və mükafatlar sahibi olan Aytən
İbrahimovanın adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
8 oktyabr 2014-cü il
tarixli Sərəncamı ilə Azərbaycanın gənc
istedadlarının
"Qızıl kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.
Gənc istedad inamla söylədi ki, öz üzərində daha
məsuliyyətlə çalışaraq yeni
uğurlara imza atacaq.
Sifai
Səfərova
Azərbaycan
müəllimi.- 2014.- 17 oktyabr.- S.4.