Təbiət
qızı
(hekayə)
Dəniz İSMAYILOVA,
Bakı şəhər 189 nömrəli tam
orta
məktəbin IV sinif şagirdi
Uzaq bir ölkədə, meşənin lap
ortasında bir koma var idi. Bu
komada bir qız yaşayırdı. Bu
qız təbiət qızı idi. Adı İnci idi.
İncinin anası Təbiət, atası
isə Göylər şahı idi. İnci çox gözəl,
ağıllı və təmizqəlbli bir
qızdı. Meşənin bütün
sakinləri onun bacı-qardaşları, ən
böyük ağaclar
isə onun böyük
qardaşları idi. Bir
gün İnci
darıxdı. İstədi ki, bir az gəzə. Bir səhəng götürdü
ki, qayıdanda su gətirsin.
O, meşədə açıq bir yerdə
olan gözəl bir bulağa gəldi. Səhəngi bir tərəfə qoyub
başladı çimməyə, su
içməyə, saçını yumağa,
çiçəklərlə oynamağa,
rəqs etməyə... Nə isə... Çox
əyləndi.
Bu vaxt həmin ölkənin
şahzadəsi şahzadə Yaşar bir ceyranı ovlamaq üçün qovurdu. Bir azdan ceyranı qova-qova adamlarından ayrıldı. O qədər
çapdı ki, axırda ceyranın izini itirdi. Ceyranı axtara-axtara gəlib çıxdı İnci olan bulağa tərəf. İnci
bu vaxt
saçını hörürdü.
Şahzadə Yaşar İncini
görüb ona vuruldu. İstədi ki,
qıza doyunca baxsın. Ağaclar
isə onun qabağını kəsir, istəmirdilər
ki, şahzadə İncini
görsün. Ancaq
şahzadə budaqların arasından İnciyə baxdı.
Axır ki,
şahzadə Yaşar İncinin
qarşısına çıxdı. Şahzadəni görən
İnci əvvəl bir
az qorxdu. Şahzadə
onun qorxduğunu görüb dedi:
- Qorxma,
gözəl qız. Mən sənə pislik etmək fikrində deyiləm. Sadəcə
sənin gözəlliyinə heyran
qaldım. Mən bu ölkənin padşahı Dəmirxanın
oğlu
şahzadə Yaşaram. De, bəs sən kimsən?
İnci dedi:
- Mənim adım
İncidir. Anam Təbiət xanım,
atam isə Göylər şahıdır. Meşənin bütün sakinləri
mənim bacı-qardaşlarımdır.
Ən böyük ağaclar isə mənim böyük qardaşlarımdır.
Bəs sən məndən nə istəyirsən?
Şahzadə dedi:
- Mən səndən
heç nə istəmirəm, İnci. Mən sənə
vurulmuşam. Arzum budur
ki, səninlə evlənəm. Başqa heç
nə istəmirəm.
İnci dedi:
- Onda səhər
bu bulağın başına gəl. Mən səni burada gözləyəcəyəm. Biz hər şeyi
danışarıq.
Sonra
Şahzadə İncini
komasına qədər
ötürdü. Gün əyilirdi.
Nəhayət,
evə qayıtmaq məcburiyyətində qalan
şahzadə öz doğma evində də heç cürə rahatlıq tapa bilmədi. Elə hey İncini düşünürdü.
Hamının gözündən yayınaraq öz otağına girdi. Yatağına uzanıb xəyala
daldı. Padşah bunu
görüb narahat oldu. Oğlunu yanına çağırıb
soruşdu.
- Oğul, sənə
nə olub? Nəsə bikef görünürsən.
Şahzadə dedi:
- Mənə heç
nə olmayıb. Sadəcə, bir az yorulmuşam.
Səhər
şahzadə Yaşar
İncini görmək
arzusu ilə meşəyə getdi. Gəlib dünən İncini gördüyü bulağa
çatdı. Ancaq nə
qədər gözləsə
də, İnci gəlib çıxmadı.
Şahzadə İncinin
yaşadığı komanın
yanına gəlib çağırdı:
- İnci, İnci,
İnci...
Axırda
qapını açıb
içəri girdi. Amma nə qədər axtardısa, İncini tapa bilmədi. Çox kədərləndi.
Gəlin
şahzadə Yaşarı
qoyaq burada, görək İnci nə elədi?!
İnci
məsləhət almaq
üçün anası
Təbiət xanımın
yanına getmişdi. Anasından soruşdu:
- Ana, mən deyəsən
ilk dəfədir bəni-adəm
haqqında düşünürəm.
De, mən şahzadə
Yaşar ilə birlikdə xoşbəxt ola bilərəm?
Təbiət xanım
dedi:
- Qızım, sən
ona ərə gedə bilərsən. Amma bir az fikirləş. Sən orada şahzadənin sarayında, dörd divar arasında yaşaya bilərsənmi?
Onsuz da o öz doğmalarını,
öz vətənini atıb sənin yanına gəlməyəcək.
Yaxşı fikirləş
qızım, yaxşı
fikirləş!
İnci
anasına məsləhətə
görə təşəkkür
etdi. Səmada uçan buludlardan
birini yanına çağırdı. Ağ ata
oxşayan bir bulud onun yanında
yerə endi. İnci buluda minib göylərə
- atasının sarayına
uçdu. Göylər şahı qızını
görməyinə çox
şad oldu. İnci atasına başına gələnləri danışdı.
Göylər şahı
bir az
düşünüb dedi:
- Anan düz deyir,
qızım. Sən onunla
yaşaya bilməzsən.
Həm də insanlar çox qəddardırlar.
Bir-birlərini torpaq üstündə
öldürürlər. Heyvanları yeyirlər, ağacları
qırırlar. Sən
onların içində
yaşaya bilməzsən!
İstəyirsən, geyin bu buludu, çevril duman parçasına, bütün dediklərimi öz gözlərinlə
gör.
İnci
buludu geyindi. Duman parçasına çevrilib yuxarıdan insanların
həyatına baxdı.
İnsanlar doğrudan
da bir-birini öldürür,heyvanları,
ağacları qırıb
tökürdülər. İncinin gözləri
yaşla dolmuşdu.
Axı, məhv olanlar onun doğmaları
idi. İncinin insanlar haqqında
fikirləri tamam dəyişmişdi. Artıq buradan
köçüb getməyi
qərara almışdı.
İnci anasından
icazə alaraq şahzadə Yaşarı
son dəfə görmək
üçün buludu
geyinib duman parçasına çevrildi.
Uça-uça gəlib çıxdı
saraya. Şahzadə
Yaşar həyətdə
kədərlə o baş - bu başa
gəzirdi. Şahzadə artıq başa
düşmüşdü ki,
İnci buralarda yoxdu. O fikirləşirdi
ki, İnci ondan inciyib, çıxıb gedib. Başını qaldırıb göyə
baxanda gördü ki, başının üstündə bir duman parçası dayanıb. Sonra isə bu duman yavaş-yavaş uçub meşəyə
tərəf getdi.
İllər
keçdi. Şahzadə Yaşar artıq evlənmişdi. Çoxlu uşağı
var idi. Amma o tez-tez həmin bulağın yanına gəlir, İncini xatırlayırdı. O, özlüyündə
bu bulağa "İnci bulağı" adı qoymuşdu.
Azərbaycan
müəllimi.- 2014.- 24 oktyabr.- S.9.