Respublika müsabiqələri laureatı
Bu
torpaqda çoxlu sənət korifeyləri yetişib.
Şairlər, bəstəkarlar, xanəndələr yurdu olan Fizuli rayonunda sabah adı dillər əzbəri olacaq bir istedad
sahibi də
xalq çalğı alətlərinin
şahı sayılan tarın sirlərinə yiyələnir.
Ötən illər ərzində
çoxlu sayda diplom, fəxri
fərmanlar sahibi olan 16 yaşlı
Atabəy İsmayılov Bakıdakı Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbində Əflaruz Məmmədovun
tar sinfində təhsil alır. Respublika müsabiqələri laureatı, Qran-pri mükafatçısı, Prezident təqaüdçüsü olan, öz
ifaçılıq qabiliyyəti ilə
yaşıdlarından fərqlənən bu
gənc sözün əsl mənasında istedad sahibidir. Təsadüfi deyildir ki, möhtəşəm
tədbirlərdə təmsil etdiyi
kollektivə başucalığı gətirən Atabəy haqqında dəfələrlə müxtəlif mətbu
orqanlarında, xüsusilə Mədəniyyət
və Turizm Nazirliyinin "Mədəni həyat"
jurnalında bir-birindən maraqlı məqalələr dərc olunub.
Haqqında yazılan "Dünyaya açılan pəncərə" oçerkində müəllif Atabəyin
adının gələcəkdə korifeylər
sırasında görəcəyinə zərrəcə şübhə etmir.
Atabəy
İsmayılovun uğurları hər il
artmaqdadır. 2014-cü il 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən
tədbirdə musiqi sahəsində qazandığı uğurlara
görə kubok
və fəxri fərmanla mükafatlandırılıb. Həmin ilin iyulunda
Kalmıkiya Muxtar Respublikasında yaşayan azərbaycanlıların
istəyi ilə Dünya
Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti Rasim Məmmədovun
başçılıq etdiyi nümayəndə
heyəti bu ölkədə ikigünlük səfərdə olub. Səfər çərçivəsində
Azərbaycan və Kalmıkiyanın mədəniyyət və
incəsənət xadimləri ilə birgə keçirilən
konsertdə gənc yeniyetmə öz ifası ilə
tamaşaçıları məmnun edib.
Azərbaycanın
Çexiya
Respublikasındakı səfirliyinin dəstəyi və
Azərbaycan Tələbələri Şəbəkəsi Təşkilatının dəvəti ilə Atabəy
Beynəlxalq Musiqi Gününə həsr
edilmiş və
"Bakı-2015" birinci Avropa Oyunları münasibətilə
keçirilən flaşmobda Praqa Simfonik Orkestri ilə çıxış edib. Tədbirdə
istedadlı gənc, tar
ifaçısı Atabəy İsmayılov və Praqa film orkestrinin
ifasında məşhur bəstəkar Motsartın "Türk marşı" səsləndirilib.
Qarşıda onu hələ çoxlu səfərlər, festivallar,
bayram tədbirləri gözləyir. Onların hər birində
tamaşaçılar bu gəncin
ifasında tarın ecazkar səsinin sehrinə düşəcəklər.
Azərbaycan müəllimi.-
2014.- 31 oktyabr.- S.6.