"Kamançanı
dünyaya tanıdacağam"
Şükür Ömərli
2000-ci ildə Ağsu rayonunda anadan olub. Bakıdakı Rauf Hacıyev
adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində
Svetlana Əliyevanın sinfində
kamança dərsləri alır. Sənət yolunda ilk addımlarını atan yeniyetmənin qazandığı
nailiyyətlər onu sevdiyi sənətə bir daha bağlayıb. 2011-ci ildə Mədəniyyət və Turizm
Nazirliyi Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzin keçirdiyi Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan milli musiqi alətləri
ifaçılarının respublika festivalında uğurlu
çıxışına görə III dərəcəli diploma layiq
görülüb. 2012-ci ildə
Mədəniyyət və Turizm Nazirliyinin Bülbül fondu, Təhsil Nazirliyi
və Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin keçirdiyi Azərbaycan
professional vokal sənətinin banisi, SSRİ xalq artisti
Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr
olunan milli musiqi alətləri ifaçıları və xanəndələrin
I müsabiqəsində I dərəcəli, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunan gənc
ifaçıların II Respublika müsabiqəsində II dərəcəli diplom qazanıb. Həmin ildə
Üzeyir Hacıbəyli adına V Beynəlxalq musiqi
festivalında iştirak edib. Gənc
istedad xalq artisti Zəhra
Quliyevanın rəhbərlik etdiyi
"İstedad" mərkəzinin
üzvüdür. Ş.Ömərli 2014-cü ildə Moskvada
keçirilən ''Zimnaya Karusel'' adlı Beynəlxalq internet
müsabiqəsində Qran-priyə layiq gorülüb. O, Mədəniyyət
və Turizm Nazirliyinin təşkil
etdiyi usaq və gənclər arasında xalq çalğı
alətləri ifaçılarının III Respublika
müsabiqəsində də I dərəcəli diploma, Azərbaycan
Respublikasının Ailə, Qadın və Usaq Problemləri
üzrə Dövlət Komitəsinin təskil etdiyi
"İstedadlı Usaqlar Festivalı-2014"-də
qazandığı ugurlarına görə diploma, Moskvada
keçirilən V.Spivakov
adına XI Beynəlxalq festivalda və Çelyabinsk
şəhərində
"Dostluğun ipək yolu: mədəniyyətlərarası
dialoq" adlı layihə çərçivəsində
keçirilən festivallarda uğurlu
çıxışlarına görə diplom və fəxri
fərmana layiq
gorülüb.
O, kamançanın incəliklərini ona öyrədən Svetlana Əliyevaya və təhsil
aldığı 67 nömrəli
tam orta məktəbin direktoru
İradə Bayramovaya, məktəbin pedaqoji kollektivinə təşəkkür
edir, istedad və bacarığının üzə
çıxarılmasında əməyi olan hər bir kəsə
borclu olduğunu söyləyir. Qeyd edək ki, Daşkənd
şəhərində ilk dəfə olaraq gənclər
arasında "Ana yurdun ahəngləri" adlı beynəlxalq
xalq çalğı alətləri müsabiqəsi
keçirilib. Ölkəmizi təmsil edən Ş.Ömərli
kiçik yaş qrupunda 1-ci yeri qazanaraq diplomla
mükafatlandırılıb.
Azərbaycan
müəllimi.- 2014.- 31 oktyabr.- S.6.