Paytaxt məktəblərində hazırlıq
qrupları fəaliyyətə başlayıb
Məşğələləri
müəllimlərin bilik və səriştəsinin
Sınaq
Qiymətləndirilməsində yüksək nəticə göstərən müəllimlər keçirlər
Ölkə üzrə
azyaşlı uşaqların məktəbəqədər təhsilə
cəlbolunma səviyyəsini artırmaq məqsədilə Təhsil
Nazirliyi tərəfindən
müəyyən tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikası təhsil nazirinin
müvafiq əmrinə əsasən,
paytaxtın 89 ümumtəhsil məktəbində məktəbəhazırlıq
qrupları artıq fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin verdiyi məlumata görə,
oktyabrın 15-dən mayın 25-dək davam
edəcək, həftədə 4 gün fəaliyyət
göstərəcək hazırlıq qruplarının əsas
məqsədi uşaqların tədrisə hazırlıqlı
başlaması, dərs prosesinə öncədən
alışması, müəyyən bilikləri əldə
etməsidir.
Qeyd edək ki, artıq
89 məktəbdə 135 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Burada uşaqlarla məşğələləri aparan təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində
yüksək nəticə
göstərən ibtidai sinif müəllimləri
həmçinin xüsusi
təlim keçiblər.
2015-ci il
dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların təhsil aldıqları məktəbəhazırlıq
qrupları ödənişli əsaslarla aparılır və
onun aylıq qiyməti 40 AZN təşkil edir. Bu proses
valideynlə məktəb arasında
bağlanan ikitərəfli
müqavilə əsasında ödəniş haqqının
təhsil müəssisəsinin bank
hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq qrupunu
bitirən uşağa sonda
rəsmi sənəd - arayış veriləcəkdir.
Verilən
məlumatda o da qeyd olunurdu ki,
müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya
bilməyən uşaqlar üçün
valideynlərin müraciətlərinə əsasən, dərs
ilinin ikinci
yarısından etibarən əlavə qruplar
təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq
iyun ayının sonunadək davam edəcəkdir.
Bəs görəsən
layihəni həyata keçirmək uçün
müəyyənləşdirilmiş məktəblərdə bu iş necə təşkil olunur?
Təhsil müəssisələrində məktəbəhazırlıq
qruplarının fəaliyyəti üçün
nə kimi işlər görülüb?
Bu məqsədlə paytaxtın bir neçə məktəbində olduq.
Bu qruplar
uşaqların məktəbə
daha
tez adaptasiyasına kömək edəcək
Məmməd Rahim adına 7 nömrəli tam
orta məktəbdə artıq bir
neçə gündür ki,
məktəbəhazırlıq qrupları fəaliyyətə
başlayıb. Azərbaycan bölməsində 13, rus bölməsində 15 usaq
olmaqla bütövlükdə 28 uşaq burada məşğul
olur. Məktəbin tərbiyə işləri
üzrə direktor müavini
Elmira İbrahimova ilə
həmin qruplarda olduq.
Hər iki qrupda
uşaqların rahat məşğul
olmaları üçün hər cür imkan
yaradılıb. Uşaqlarla məşğul
olanlar müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində
yüksək nəticə göstərmiş, təcrübəli,
peşəkar ibtidai
sinif müəllimləri Pərvanə
Qasımova və Rəna Nəsirovadır. Müəllimlər bu qrupların məhz təhsil müəssisəsində
açılmasının uşaqların məktəbə daha tez adaptasiya
olunmasında, onların sosiallaşmasında əhəmiyyətli
rol oynayacağını bildirdilər.
Məktəbdə bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır
Olduğumuz digər təhsil müəssisəsində
- İlqar Əbilhəsənov adına 42
nömrəli tam orta
məktəbdə də məktəbəhazırlıq
qruplarının fəaliyyətinin xüsusi
diqqətdə saxlanıldığının şahidi
olduq. Məktəbin direktoru
Firəngiz Həmidova bizi həmin qruplarla tanış etdi. Təhsil
ocağında məktəbəhazırlıq
qruplarının fəaliyyəti ilə bağlı zəruri
təşkilati işlər görülüb.
Fəaliyyət göstərən 3 məktəbəhazırlıq
qruplarında bir rus və
2 Azərbaycan bölməsi olmaqla 42 usaq məşğul olur və
həmin məşğələlər dərs cədvəlinə
uyğun olaraq həftənin
I, II, IV və V günləri aparılır. Məktəbin
təcrübəli, peşəkar və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində
yüksək nəticə göstərmiş ibtidai
sinif müəllimləri bu
qruplara cəlb olunub.
Direktor məktəbəhazırlıq qruplarının
uşaqların kollektivçiliyə, digər həmyaşıdları
ilə birgə məşğul olmağa
öyrəşməsində, məktəb həyatına
müəyyən qədər hazır olmasında əhəmiyyətli
rol oynadığını söyləyərək
bir təhsil işçisi kimi Təhsil Nazirliyi tərəfindən belə bir layihənin
həyata keçirilməsini məktəbəqədər təhsilin
inkişafında uğurlu bir
addım kimi qiymətləndirdi.
Qrupların açılması valideynləri
müəyyən problemlərdən azad edib
Mirzə Xosrov Axundzadə
adına 102 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq
qruplarının fəaliyyəti üçün
lazımi avadanlıqlarla təchiz olunan iki kabinet ayrılıb. Məktəbin
direktoru Mailə
İsmayılova təhsil müssisəsində 2 məktəbəhazırlıq
qrupunun fəaliyyət göstərdiyini, onlardan birinin rus, digərinin isə Azərbaycan bölməsi
olmaqla
ümumilikdə 30 uşağın burada
məşğul olduğunu bildirdi. Məktəbdə bu qrupların fəaliyyəti ilə
bağlı bütün təşkilati
işlərin görüldüyünü,
valideynlərlə məktəb arasında ikitərəfli
müqavilələrin bağlanıldığını
söyləyən direktor həmin qruplarda müəllimlərin bilik
və səriştəsinin Sınaq Qiymətləndirilməsində
yüksək nəticə göstərmiş, təcrübəli,
bacarıqlı ibtidai sinif
müəllimlərindən olan Sevinc Güləlizadənin və Məlahət
Məmmədovanın məşğələ
apardığını söylədi. Həftədə 4 gün 3 saat olmaqla keçirilən məşğələlərdə uşaqların ətraf aləmlə
tanışlığı təmin olunur,
onların nitqinin, bədii, məntiqi və
sadə riyazi təfəkkürünün, həmçinin təsviri fəaliyyətinin,
musiqi və fiziki mədəniyyətinin inkişafı ilə
bağlı müəyyən işlər aparılır. Hər
iki müəllimin uşaqlarla
apardığı məşğələlərdə iştirak etdik. Məktəbəhazırlıqla
bağlı xüsusi təlim keçən
müəllimlər "Məktəbəqədər təhsil
müəssisələri üçün
təlim materiallarının təxmini
planlaşdırılması ( metodik tövsiyə)", "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin
proqramı (kurikulumu) 3-6 yaş"
və digər tövsiyə olunan kitablardan istifadə edirdilər. Məşğələlərdə
uşaqların fəallığı xüsusi
hiss olunurdu.
Məktəbin
direktoru Mailə
İsmayılova məktəbəhazırlıq
qruplarının açılmasının təqdirəlayiq olduğunu deyərək hazırlıq
qruplarının fəaliyyət göstərməsinin
xüsusilə valideynləri müəyyən problemlərdən
azad etdiyini bildirdi.
Belə ki, onsuz da valideynlər uşaqlarını müəyyən
bir bəlli yaşdan sonra müxtəlif
məktəbəhazırlıq kurslarına
qoymağı düşünürlər. Bu
zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə
uyğun olmadığı üçün
ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən
istifadə edə bilirdi. Bəzən isə
yolun uzaqlığı və ya müxtəlif adlar
altında fəaliyyət göstərən məktəbəqədər
hazırlıq kurslarında uşaqların çox
yüklənməsi də valideynləri narahat
edirdi. Valideynlər məhz
məktəbdə məktəbəhazırlıq
qruplarının açılmasından, məşğələlərin
təcrübəli ibtidai sinif
müəllimləri tərəfindən aparılmasından və
xidmət haqqının onlar üçün münasib
olmasından olduqca razıdırlar.
Samirə KƏRİMOVA,
Foto Rəşad
ZİYADOVUNDUR
Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.4.