Azsaylı xalqların
uşaqları üçün
hazırlıq
siniflərinin 2014-2015-ci dərs ilinə
aid tədris planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikasının
ümumtəhsil məktəblərində
azsaylı xalqların
uşaqlarından ibarət
hazırlıq siniflərində
təhsil prosesinin təşkili və tənzimlənməsini təmin
etmək məqsədilə
"Azərbaycan Respublikası
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1-ci və
13.5-ci bəndlərini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikasının tədris Azərbaycan, rus
və gürcü dillərində
aparılan ümumtəhsil məktəblərində
azsaylı xalqların uşaqları üçün
təşkil edilən
hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planı və tədris planına
dair "Qeydlər" təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsi (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
2 sentyabr 2014-cü il
Azərbaycan müəllimi.- 2014.- 5 sentyabr.- S.4.