Xankəndi
İşğal altında olan rayonlarımızı tanıyaq
Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Sahəsi 8,8 km2-dir. Əhalisinin sayı 55.3 min nəfərdir (01.01.2013). Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunmuşdur.
Xankəndi şəhəri
şimaldan Kəlbəcər, Tərtər,
Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən
Laçın, mərkəzdən isə Xocalı və
Əsgəran rayonları ilə əhatə olunmuşdur.
Xankəndi digər Azərbaycan
şəhərlərinin əksəriyyətindən nisbətən
cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər
XVIII əsrin axırlarında Qarabağ
xanlarının istirahəti üçün
yaşayış məskəni kimi
salınmışdır. Xanların fəaliyyətinə
maksimum şərait yaradılması üçün məskən
xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində,
nisbətən dağ ətəyində
salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir
müddətdən sonra isə Xankəndi
adını alır. Xankəndi Qarabağ
xanlarının istirahət mərkəzi kimi
salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye
və mədəniyyət mərkəzi kimi
inkişaf etməyə başlayır. Bu zaman bu
işə daima Azərbaycanın ümumi respublika
resurslarından böyük dəstək verilir.
Xankəndində tikilmiş müəssisələr vilayətin
sənaye məhsulunun yarısından çoxunu
istehsal edirdi. Xankəndidə
bütün Cənubi Qafqazda
tanınan ipək, süd kombinatları,
ayaqqabı, xalça, tikiş
fabrikləri və şərab zavodu fəaliyyət
göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti
materialları kombinatının məhsulları isə Azərbaycanın
daxili bazarında özünə layiqli yer tutmuşdur.
Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin
07.07.1923-cü il tarixli
Dekretinə əsasən Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradılarkən, həmin
Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya
Komitəsinin qərarı ilə Xankəndi şəhərinin
adı dəyişdirilərək
Stepanakert şəhəri
adlandırılmışdır.
Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin 15.05.1978-ci il tarixli,
837-IX nömrəli Fərmanı ilə Stepanakert
rayonunun mərkəzi Stepanakert
şəhərindən Əsgəran fəhlə qəsəbəsinə
keçirilmiş və Stepanakert
rayonu Əsgəran rayonu
adlandırılmışdır.
Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin 21.04.1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən
Stepanakert şəhərinin Kərkicahan
yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin
tərkibində Kərkicahan Qəsəbə Soveti
yaradılmışdır.
1991-ci ildə şəhərin
tarixi adı qaytarılaraq Stepanakert
Xankəndi şəhəri
adlandırılmışdır.
Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.9.