Ən yaxşı müəllimlərimiz

  

Nərgiz ALLAHYAROVA,

Şəki şəhər 7 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

1955-ci ildə Şəki şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. Həmin ildən şəhər 7 nömrəli tam orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə  başlayıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq  görülüb. Müxtəlif treninq təlimlərdə iştirak edərək sertifikatlar əldə edib. İşlədiyi müddətdə yetirmələrindən bir çoxu 600-dən artıq bal toplayaraq respublikamızın nüfuzlu ali məktəblərinə daxil olub. Onların arasında Prezident təqaüdçüləri vardır. 

 

Möhübbət İBRAHİMOVA,

Şəki şəhər 10 nömrəli tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

1954-cü ildə Şəki şəhərində anadan olub. 1975 -ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili ədəbiyyat fakültəsini  bitirib. Həmin ildən şəhər 11 nömrəli, 1991-ci ildən isə şəhər 10 nömrəli tam orta məktəbdə işləyir. 1989-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əmri ilə ona "Metodist müəllim" adı verilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq  görülüb. Daim öz üzərində işləyərək elmi-metodiki biliyini artıran M.İbrahimovanın şagirdləri ali məktəblərə qəbul imtahanlarında, fənn olimpiadalarında yüksək nəticə göstərir.

 

Ruhəngiz ABDULLAYEVA,

Şəki şəhər 11 nömrəli tam

orta  məktəbin tarix müəllimi

 

1954-cü ildə Şəki şəhərində anadan olub. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji  İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) tarix fakültəsini  bitirib. Həmin ildən məzun olduğu şəhər 11 nömrəli tam orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə  başlayıb.  2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq  görülüb. Elmi-metodiki təhsilinin artırılması  istiqamətində ixtisasartırma kurslarında, müxtəlif təlim kurslarında iştirak edərək müvafiq sertifikatlar alıb. R.Abdullayeva fənn tədrisi sahəsində zəngin təcrübə  qazanmış, dərslərində zamanın  müasir tələblərini nəzərə alaraq yüksək təlim nəticələrinə nail ola bilib.

 

Mahir ƏYYUBOV,

Şəki şəhər 20 nömrəli tam orta

məktəbin fizika-informatika müəllimi

 

1951-ci ildə Şəki şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1987-ci ildə "Metodist müəllim" adı alıb. 1993-cü ildə Azərbaycan Respublikasının "Xalq təhsili əlaçısı" döş nişanı ilə təltif olunub. 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə informatika üzrə respublika olimpiadası kompüter proqramları müsabiqəsinin qalibi kimi, 1998-ci ildə isə gənc nəslin təlim-tərbiyəsi işində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin  fəxri fərmanları ilə təltif olunub. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 

 

Bəşarət YUSİFOV,

Şəki şəhər fizika-riyaziyyat humanitar

təmayüllü liseyin tarix müəllimi

 

1949-cu ildə Şəki rayonunun Baş Zəyzid kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji  İnstitutunun (indiki Azərbaycan  Dövlət Pedaqoji  Universiteti) tarix fakültəsini bitirib. 1975-ci ildə Şəki şəhər 9 nömrəli beynəlmiləl tam orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 1997-ci ildən Şəki şəhər fizika-riyaziyyathumanitar  təmayüllü liseyə işə dəvət olunmuş, indiyə qədər də orada müəllim işləyir. 1985-ci ildə "Baş müəllim", 1994-cü ildə isə  "Ali  kateqoriyalı müəllim" adları alıb. 2011-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə  "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2013-cü ildə keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayının nümayəndəsi olub. Hər il qəbul imtahanlarında  yetirmələri  yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olublar. Şagirdləri fənn olimpiadalarının  rayonrespublika turlarında uğurla çıxış edirlər.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 19 sentyabr. - S.9.