Təhsil Nazirliyinin vahid informasiya
siyasətinin təmin
olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda təşəkkül
tapmış açıq informasiya siyasəti
Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil
Nazirliyinin fəaliyyəti barədə
ictimaiyyətin məlumatlandırılması işinin
planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin
daha səmərəli qurulması zərurətini
yaratmışdır.
Təhsil
Nazirliyinin kütləvi informasiya
vasitələri ilə əməkdaşlığının
mərkəzləşdirilmiş qaydada və
müəyyənləşdirilmiş istiqamətlərdə
qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar
çatdırılmalı, ictimaiyyətlə əlaqələr
"Kütləvi informasiya vasitələri
haqqında", "İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanunlarına uyğun
həyata keçirilməli, fəaliyyətin təşkilində
təkrarçılıq və paralellik aradan qaldırılmalıdır.
Təhsil
Nazirliyinin fəaliyyəti, Nazirlik daxilində üfüqi
informasiya mübadiləsinin təmin edilməsi,
ölkənin təhsil həyatında baş
verən yeniliklər, həyata keçirilən islahatlar haqqında ictimaiyyətə və
kütləvi informasiya vasitələrinə
məlumatların operativ və sistemli şəkildə
çatdırılmasının təmin olunması, media ilə səmərəli
əməkdaşlığın qurulması məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin.
2. Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təhsil sahəsinə dair böyük ictimai maraq doğuran normativ-hüquqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.
3. Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlar üzrə müəyyənləşdirilmiş şəxslər (əlavə 1) bu əmrin 2-ci bəndində qeyd olunan məsələlər barədə müvafiq məlumatların hazırlanaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.
4. İnformasiya
şöbəsinin QHT və KİV-lə iş
sektoruna (C.Valehov)
tapşırılsın ki:
4.1.Nazirliyin struktur
bölmələrinin və tabeliyindəki qurumların
kütləvi informasiya vasitələri və
ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin
etsin.
4.2.Nazirliyin fəaliyyəti
ilə bağlı media monitorinqin
aparılmasını və media planın
hazırlanmasını həyata keçirsin.
4.3.Nazirliyin struktur bölmələri
və tabeliyindəki qurumların təsis etdiyi
mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini
və əlaqələndirilməsini təmin etsin.
4.4.Kütləvi informasiya vasitələri və ictimaiyyətlə
əlaqələrin təşkilinin təhlil
olunmasını və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə
dair təkliflərin verilməsini təmin
etsin.
4.5. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" haqqında cəmiyyətdə aydın təsəvvürün
yaradılması məqsədilə kütləvi informasiya vasitələrində
çıxışlarının təşkil
olunmasını təmin etsin.
4.6.Nazirliyin
struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədi
ilə hər həftənin cümə günü
müvafiq iclasın təşkil
olunmasını və həmin iclas barədə
qısa xülasənin hazırlanmasını təmin etsin.
5. Daxili informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü təşkil olunan iclasda Nazirliyin hər bir struktur bölməsi üzrə müəyyənləşdirilmiş şəxslərin (əlavə 2) iştirakı təmin olunsun.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
çoxaldılıb Nazirliyin bütün struktur
bölmələrinə çatdırılmasını və
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
7. Əmrin icrasına
nəzarət təhsil nazirinin müavini C. Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
27 dekabr 2013-cü il
Azərbaycan müəllimi.-
2014.- 10 yanvar.- S.3.