Müəllim, yazıçı, alim

 

"Azərbaycan müəllimi"nin arxivindən

 

"Azərbaycan müəllimi", 8 iyul 1948-ci il, 25

 

1947-ci il aprelin 17-də yazıçı Mircalal Paşayev filoloji elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycanda ədəbi məktəblər" mövzuuda dissertasiya müdafiə etdi. Bu dissertasiya dərin elmi tədqiqatın uzun müddət davam edən gərgin zəhmətin məhsulu idi. Müəllif mühüm bir dövrdə (1905-1917-ci illərdə) Azərbaycan ədəbiyyatının necə inkişaf etdiyini, müxtəlif ədəbi məktəb üslubların bir-birilə mübarizəsini, bu ədəbi cərəyanların sinfi mahiyyətini dərin təhlil etmişdir. Realist rus ədəbiyyatının milli ədəbiyyatımıza göstərdiyi sağlam təsir, Azərbaycanda yeni tərəqqipərvər ədəbi məktəblərin yaranması bunların mürtəce-millətçi cərəyanlar əleyhinə barışmaz mübarizəsi dissertasiyada ətraflı tədqiq edilmişdir. Əsərin ən qiymətli xüsusiyyətlərindən birisi Azərbaycanda inqilabi-demokratik ədəbiyyatın məfkurəvi mənşəini göstərməsi, bolşevizm hərəkatı ilə sıxı əlaqəsini sübut etməsidir. Müəllif Stalin yoldaşın Zaqafqaziyada Bakıdakı inqilabi fəaliyyətilə əlaqədar olaraq məfkürəvi həyatda əmələ gələn əsaslı dönüşü, ədəbiyyatda yeni yüksək ictimai qayələrin, inqilabi ruhun yayılmasını konkret nümunələrlə şərh etmişdir.

Mircalal Paşayev yoldaşın doktor dissertasiyası Azərbaycan alimlərinin diqqətini cəlb etdiyi kimi vətənimizin paytaxtı Qızıl Moskvada da yüksək qiymət almışdır. Bu günlərdə SSRİ Ali Təhsil Nazirliyinin Ali attestasiya komisyonu əsərin böyük elmi əhəmiyyətini nəzərə alaraq Mircalal Paşayev yoldaşa filoloji elmləri doktoru alimlik dərəcəsi vermişdir. Bu, sovet Azərbaycanının mədəni həyatında yeni bir qələbədir.

Azərbaycan sovet ədəbiyyatının ən görkəmli nümayəndələrindən birisi olan Mircalal Paşayevin bədii əsərləri Ümumittifaq miqyasında şöhrət qazanmışdır. "Bir gəncin manifesti" "Dirilən adam" romanları rus dilində çap olunduqdan sonra yazıçı ölkəmizin ən uzaq yerlərindən bir çox məktublar almışdır. Respublikamızda elə bir fəhlə, kolxozçu ziyalı yoxdur ki, onun evində Mircalalın əsərləri məhəbbətlə oxunmasın. Canlı həyatdan, müasir insanlardan bəhs edən, doğma xalqı ilə şirin səmimi bir dildə söhbət edən yazıçı hər qəlbin əziz sirdaşıdır.

Mircalal yalnız bir yazıçı kimi deyil, eyni zamanda görkəmli alim qocaman bir müəllim kimi tanınmışdır. Müəllimlik onun elmi ədəbi fəaliyyəti üçün mücəssəm bir başlanğıc, tükənməz bir ilham müşahidə mənbəi olmuşdur. 1927-ci ildə Kirovabad pedağoji texnikumunu qurtarmış Mircalal hələ Gədəbəydə dərs deyirkən "Müəllim" adlı ilk hekayəsini yazmışdı. Ədəbi yaradıcılıq pedağoji fəaliyyət onun varlığında üzvi surətdə birləşmiş, onun həyatının məna mahiyyətinə çevrilmişdir. Azərbaycan Dövlət Darülfünununun dil-ədəbiyyat şöbəsini Elmi Tədqiqat İnstitutunun aspiranturasını bitirdikdən sonra Mircalal 1935-ci ildə akademiyanın ədəbiyyat şöbəsində işləməyə başlamış eyni zamanda bu günədək fasiləsiz olaraq respublikamızın ali məktəblərində dərs demişdir. Pedağoji fəaliyyətdən bir an ayrılmayan yazıçı alim bu illər ərzində 56 elmi kitab böyük məqalə yazmışdır. 50 çap listi həcmində olan bu əsərlərdə Azərbaycan ədəbiyyatı tarixinin mühüm dövrləri (XX əsr sovet dövrü), ayrı-ayrı Azərbaycan ədibləri haqqında dərin məlumat vardır. 1940-cı ildə filoloji elmləri namizədi adını almaq üçün müdafiə etdiyi dissertasiyada Mircalal, Füzulinin sənətkarlıq xüsusiyyətlərini ən incə təfərrüfatınadək təhlil etmişdir. O, Füzuli yaradıcılığındakı poetik xüsusiyyətləri böyük şairin ictimai qayələri ilə əlaqədə açıb göstərmişdir.

Elmi pedağoji fəaliyyəti ilə yanaşı olaraq Mircalal 80 çap listi həcmində müxtəlif bədii əsərlər yaratmışdır. İlk "Sağlam yollar" kitabından başlayaraq son böyük əsərlərinədək bütün yaradıcılığında ədib pedağoji məsələlərə, məktəb müəllim həyatına böyük diqqət vermişdir. Onun "Kimya tələsir", "Muştuluq" "İftixar" kimi əsərləri bilavasitə bu mövzularda yazılmışdır.

Hazırda Nizami institutunun sovet ədəbiyyatı şöbəsinə rəhbərlik edən, Dövlət Darülfünununda ədəbiyyat nəzəriyyəsi müasir ədəbiyyat kimi mühüm fənnlərdən dərs deyən Mircalal gənc ədəbiyyatşünasların yetişməsinə böyük qayğı ilə yanaşır.

Müəllimlik yazıçılıq sənətini yaxınlığı haqqında danışırkən Mircalal deyir:

- Bunların məqsəd vəzifəsi eynidir: böyüyən nəslə kommunist tərbiyəsi vermək. Lakin müəllim adətən təkcə sinif məktəb önündə çıxış edə bildiyi halda, yazıçı öz qələminin köməyilə mütərəqqi fikirləri bütün xalqa çatdıra bilir.

Mircalalın sözləri bizim xəyalımızda Seyid Əzim Şirvani, Sabir, Süleyman Sani kimi müəllim ədiblərin ölməz surətini canlandırır. Biz, sovet aliminin yeni əsərinə qürurla baxıb ürəkdən deyirik:

- Gözəl ənənəni yalnız həqiqi istedad davam etdirə bilər.

 

Calal MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.7.