Azərbaycan təhsilinin uğurları

 

Prezident təqaüdçüləri

 

Fuad İSMAYILZADƏ,

Azərbaycan Respublikasının Prezidenti  yanında

Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2013-cü ildə Mingəçevir şəhəri İ.Kişiyev adına  17 nömrəli tam  orta məktəbi qızıl medalla bitirib. Bu il ali məktəblərə qəbul imtahanında III qrup üzrə 666 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  inzibati idarəetmə fakültəsinə daxil olub.

DİA-nın tələbəsi olmağı ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur. Çünki   Prezident  təqaüdünə  layiq görülən  tələbələr siyahısında onun da adı var.  Ən böyük  arzusu ona göstərilən etimadı doğrultmaqdır.

 

Ləman SADIQLI,

Bakı Ali Neft Məktəbinin tələbəsi

 

1995-ci ildə Bakı şəhərində anadan olub.  2013-cü ildə Bakı Avropa Liseyini    qızıl medalla bitirib. Məktəblilər arasında keçirilən fənn  olimpiadalarının iştirakçısı  olub.

Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq   Bakı Ali Neft Məktəbinin  kimya  mühəndisliyi ixtisasına qəbul olub.

Dövlətimizin  təhsilə    gəncliyə  xüsusi diqqət qayğısından ruhlanan Ləmanın arzusu valideynlərinin    müəllimlərinin etimadını doğruldaraq universiteti əla qiymətlərlə  qurtarmaqdır.

 

Gülxanım XƏLİLOVA,

 

Azərbaycan Respublikasının Prezidenti  yanında

Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

1996-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Əsmələr kəndində   anadan olub. 2013-cü ildə Bakıdakı 270 nömrəli tam orta məktəbi bitirib.   Orta məktəbdə oxuduğu illərdə   olimpiadalarda  dəfələrlə I  yeri tutub.

Bu il ali məktəblərə  qəbul imtahanında 688 bal toplayaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə  daxil olub. 

Prezident təqaüdünə layiq görüldüyünə görə  Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir. Ən böyük arzusu  gələcəkdə ixtisası üzrə tanınmış  mütəxəssis olmaqdır.

 

Fərid  MƏMMƏDOV,

Bakı Ali Neft Məktəbinin tələbəsi

 

1994-cü ildə Goranboy rayonunda anadan olub. 2013-cü ildə Bakı Özəl Türk Liseyinin Mingəçevir filialını qızıl medalla  bitirib. 

Bu il ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görülən Fərid üzərinə düşən məsuliyyəti ciddi dərk edir   qış imtahan sessiyasında daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.  

 

Klara AXUNDOVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

 

1996-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində   anadan olub. 2013-cü ildə   Yuxarı Öysüzlü  kənd tam orta məktəbini qızıl medalla    bitirib.

Ali məktəblərə qəbul imtahanında 690 balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika  fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə fərəh hissi keçirir.  

 

Hazırladı: Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.9.