Uşaqlarda bütün bacarıqları erkən

yaşlarından inkişaf etdirmək vacibdir

 

Son illər  ibtidai siniflərə qəbul  prosesində uşaqların üzərində aparılmış müşahidələr və onların psixoloji diaqnostikası zamanı aşağıdakı halların olması müəyyən edilir:

* İxtiyari diqqətin zəif olması,

* Özünü idarəetmənin və özünütəşkilin aşağı olması,

* İnamsızlıq,

* Ünsiyyət bacarıqlarının  zəif olması,

* Məqsədyönlülüyün zəif olması və s.

Valideynlər uşaqlarının  daha çox nə isə öyrənmək həvəslərinin olmamasından, verilən tapşırıqların yerinə yetirməmələrindən, onların hiperaktivliyindən, tərslik göstərmələrindən şikayətlənirlər. Qeyd olunanlara diqqət yetirdikdə uşaqların həm  sosial  bacarıqlar sahəsində, həm idrak proseslərində   emosional - şəxsi sahələrdə problemlərinin olmasını müşahidə edirik. Hər bir uşağın şəxsiyyətinin inkişafında  məktəbdə yüksək  nailiyyətlər əldə etmək üçün qeyd olunan məsələlər  vacib önəmli yer tutur. Bu halların baş verməməsi üçün uşağın körpə ikən həm idrak proseslərini, həm emosional sahəsini sosial bacarıqlarını inkişaf etdirmək vacibdir. Bu bacarıqları keyfiyyətləri necə inkişaf etdirmək olar?

Qeyd etmək istərdim ki, uşaqda bütün bacarıqları erkən yaşlarından inkişaf etdirmək vacibdir. Bu inkişafın əsas yolu oyundur. Bu yaşda oyun uşaqların bütün bacarıqlarının inkişafında aparıcı  fəaliyyət rolunu oynayır. Daha erkən yaşlarında (3-5 yaş) əyani -hərəki oyun növləri aparıcı rol oynayır. Daha sonra (5-7 yaşlarda) rollu süjetli, əyani - obrazlı oyunlar üstünlük təşkil edir. Oyun vasitəsi ilə uşaqda saymaq, oxumaq, yazmaq ən əsas  düşünmək, təhlil etmək, sübut etmək nəticə çıxarmaq kimi bacarıqları formalaşdırmaq, şəxsiyyətdə özünəinam, özünütəşkil, müstəqillik, iradi keyfiyyətləri inkişaf etdirmək mümkündür. Oyunların təşkilində onların cəlbedici, maraqlı, uşaqların yaş səviyyələrinə uyğun olması vacibdir. Oyun zamanı uşağın marağı, həvəsi dəstəklənməlidir. Onun hər hansı bir fəaliyyəti uğursuz alındıqda buna görə uşağı qətiyyən günahlandırmaq olmaz, əks halda o, oyuna da, öyrənməyə marağını itirər. Təşkil etdiyiniz məqsədyönlü oyunlarda uşaq qədər səhvlər etsə , ilk növbədə, onun etdiklərində müsbət tərəfi müəyyən etmək, misal üçün, göstərdiyi səyə, cəhdə görə  s. daha sonra nələrə yenə diqqət yetirməli olduğunu qeyd etmək vacibdir. Məsələn, "Sən bu şəkli çəkməyə çox çalışdın, əşyaları bənzətdin. Şəkildə xətləri düz çəkməyə çalışdın. Növbəti dəfə xətləri bir qədər düz çəkməyə çalış, onda şəklin daha yaxşı olar". Bu cümlələr ilə  siz uşağın özünəinam hissini möhkəmləndirirsiniz, onun nəyə nail olduğunu nəyin üzərində yenə çalışmalı olduğunu  konkret göstərirsiniz. Yadda saxlayın ki, bu yaşda uşağa dedikdə ki, "Bunu sən pis etmisən ", o bu kəlməni böyüklər tərəfindən ona qarşı olan mənfi reaksiya kimi , "Sən pissən" cümləsi kimi qəbul edir. Oyun zamanı  səhv edilən tapşırıqlar dərindən təhlil edilməlidir. Lakin  düzgün cavab böyüklərin  hazır cavabı ilə yox, onların istiqamət  vermələri ilə uşaq tərəfindən müstəqil tapılmalıdır. Bu zaman nəyə görə məhz bu cavabın seçilməsi uşaq  tərəfindən izah edilməlidir. Böyüklər tərəfindən məhz bu cür yanaşma  uşaqda özünəinam  hissini formalaşdırır inkişaf etdirir. Oyun zamanı neqativ emosiyaların qarşısını almaq vacibdir. Uşaq tərəfindən çoxlu səhvlərin edilməsi, diqqətin oyundan yayınması onun artıq yorulmasının göstəricisidir.  Uşağın "Artıq oynamaq istəmirəm " cümləsinin deməsini gözləməyin, fəaliyyəti dəyişin. Misal üçün şəkil çəkmək, konstruktor  toplamaq s. "Otur məşğul ol, tənbəlin birisi tənbəl " s. kimi ifadələr ilə müşayiət olunan hər hansı fəaliyyətə uşağı məcbur etmək onda özünəinamsızlıq  hissi formalaşdırır.  Hər bir valideyn, uşaqla məşğul olan digər böyüklər bilməlidirlər ki, kiçikyaşlı uşağa saatlarla hər hansı bir  kitabı oxutdurmaq, ona saatlarla nəyisə izah etmək istənilən səmərəni vermir, bu, uşaq üçün bezdirici olur. Uşaqda vacib olan şəxsi keyfiyyətləri, qabiliyyətləri formalaşdırmaq  üçün inkişafetdirici oyunlar qurmalı onların vasitəsi ilə uşaq inkişaf etdirilməlidir. Çox təəssüf ki, bir çox valideynlər böyüdükdən sonra  uşaqlıqda oyunun onun özü üçün qədər önəmli olduğunu unudurlar. Lakin qeyd olunanlardan belə bir nəticə çıxarılmamalıdır ki,  uşaq bütün günü  başlı-başına  qalmalıdır, sadəcə olaraq oynamalıdır. Bu, əlbəttə ki, belə deyil. Uşaq hətta özü tək oynayarkən belə böyüklər onun oyunlarına diqqət yetirməli, uşağın oyununu istiqamətləndirməlidirlər. Misal üçün, gəlin iki uşağın gəlinciklə necə oynamasını nəzərdən keçirək. Birinci situasiyada uşaq gəlinciklə oynayır, daha sonra onu tullayır kənara başqa oyuncağını götürür. İkinci situasiyada uşaq gəlinciklə oynadıqdan sonra onu qayğı ilə uzandırır, yatızdırır ya səliqə ilə yerinə qoyur. Gələcəkdə birinci uşaqda ətrafdakı əşyalarına, insanlara qarşı laqeydlik hissinin formalaşması, davamlı ixtiyari diqqətin aşağı olması, özünütəşkilin zəif olması kimi hallar müşahidə oluna bilər. İkinci uşaqda isə ətrafdakılara qayğı ilə yanaşma,  başladığı işi sona kimi çatdırma, davamlı ixtiyari diqqət formalaşacaq. Bəs birinci haldakı vəziyyətin yaranmaması üçün həmin oyun  valideyn tərəfindən necə təşkil olunmalıdır necə davam etdirilməlidir?  Misal üçün, qeyd olunan oyunda valideyn ya uşaqla işləyən digər böyüklər  bu cür halları müşahidə etdikdə onlar uşağın diqqətini yenidən oyuncağa yönəltməli oyunu onunla birlikdə  düzgün istiqamətdə bitirməlidir. Məsələn, "Balacanı (gəlinciyi) yatızdıraq,  axı o, artıq yoruldu". Hər bir valideyn  məktəbə şagirdi hazırlayarkən onun  yalnız intellektinin yox, hərtərəfli inkişaf etdirilməsini qarşısına əsas məqsəd kimi qoymalıdır. Məhz bu cür oyunlar vasitəsi ilə məktəbdə şagirdə lazım olan  əməkdaşlıq, qayğıkeşlik, qaydalara uyğun hərəkət etmək kimi sosial bacarıqlar formalaşdırmaq olar. Sosial bacarıqların, emosional sahənin inkişaf etdirilməsi ilə bərabər məktəbəqədər yaşda olan uşağın idrak proseslərinin -diqqətin, yaddasaxlamanın, təfəkkürün həmçinin ətraf  aləm haqqında məlumatlılığın inkişaf etdirilməsi vacibdir. Lakin burada uşağa verilən tapşırıqlar maraqlı,  eyni zamanda  düşündürücü,  yaş inkişaf  səviyyəsinə uyğun olmalıdır. İnkişaf  səviyyəsinə uyğunluğu burada xüsusi vurğulamaq istərdim, çünkü ola bilər ki, uşağın fizioloji yaşı  5-6 yaşdır,  lakin psixoloji yaş  3-4 yaşlı uşağın inkişaf səviyyəsinə uyğun olur. Buna mütləq diqqət yetirməli tapşırıqlar məktəbəqədər uşağın inkişaf səviyyəsinə uyğun  olmadıqda biz müsbət  nəticə əldə  etmək əvəzinə uşaqda maraq həvəsi aşağı endirə bilərik. Mütləq uşağın inkişaf səviyyəsinə uyğun olan tapşırıqlardan başlayaraq ona daha mürəkkəb tapşırıqlar vermək lazımdır.

Məktəbəqədər yaş dövründə uşaqlarda nitqin inkişafı da çox önəmlidir. Söz ehtiyatını, natiqlik bacarıqlarını inkişaf etdirmək üçün ilk növbədə mühit düzgün təşkil olunmalıdır.  Valideyn uşağa mütəmadi olaraq şəkilli kitablara əsasən nağıl danışmalı və oxumalıdır. Bu oxuma passiv xarakterdə  olmamalıdır. Yaxşı olar ki, valideynlər  (digər böyüklər)  nağıla aid  daim düşündürücü  suallar verərək onu oxusun. Bundan başqa, tez-tez uşaqları  teatrlara aparmalı, orada olanlara dair suallar verilməlidir.

Nitqin inkişafı ilə bərabər uşağın  xırda əl  motorikasını da inkişaf etdirmək vacibdir. Bəzən bu bacarığı formalaşdırmaq üçün uşağa hələ ilk vaxtlardan hərf, rəqəm yazmağı öyrədirlər. Bu, əlbəttə ki, düzgün yanaşma deyil. Hərfləri və yazmağı məktəbəqədər yaşlı uşağa  öyrətməzdən əvvəl barmaq əzələlərini qayçı ilə fiqurlar, şəkillər kəsməklə, plastilindən nələrsə yapmaqla, xırda cismləri seçməklə (misal üçün, müxtəlif rəngli xırda düymələri  rənglərinə görə seçib ayırmaq) möhkəmləndirmək lazımdır. Bu cür fəaliyyətlər həm də diqqətin inkişafına kömək edir.

Sonda bir məsələni də diqqətə çatdırmaq istərdim ki, məktəbəqədər yaşda uşağın  sosial, emosional sahədə nə qədər çox problemləri aradan qaldırılsa, bacarıqlar inkişaf etdirilsə, şagird  təlim prosesində bir o qədər  az problemlə  qarşılaşar və təlimdən yalnız zövq alar.

  

Bahar KƏRİMOVA,

Bakı Avropa Liseyinin psixoloqu

 

Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.5.