Həmin günü xatırlayarkən...

 

20 Yanvar faciəsindən iyirmi dörd il keçir

 

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı Yanvarında Azərbaycanın azadlığı müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.

 

Heydər ƏLİYEV

 

Fakt rəqəmlər

 

Qanlı Yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər həlak olub, ümumi nəticəyə görə isə bu hadisələrdə yaralananların sayı 800, həbs olunanların itkin düşənlərin sayı isə 1000 nəfərdən  çox olub.

Eyni zamanda 200 ev mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili İşlər Müdafiə nazirliklərinin Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi.

 

20 Yanvar 1990-cı il! Bu tarix xalqımızın yaddaşında ən ağrılı dəhşətli bir gün kimi qalmışdır. Məhz həmin gün Sovet Ordusunun seçmə hərbi hissələri fövqəladə vəziyyət elan olunmadan Bakıya yeridilərək misli görünməmiş dəhşətli qırğınlar törətmiş, xalqımızın neçə-neçə igid oğul qızlarını qanına qəltan etmişdir.  Üstündən 12 il keçsə , qəlbimizə vurulmuş bu yara nəinki sağalmır, əksinə, hər dəfə 20 Yanvar faciəsi xatırlanarkən yenidən sızlayır.  20 Yanvarla bağlı xatirələr çözələnərkən o müdhiş gecə göz önünə gəlir, hər birimizin həyatında baş vermiş kədərli anlar yada düşür. Həmin gün Vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxmış insanlar rus əsgərlərinin güllələrinə tuş gəldilər. Qəhrəmanlıqlar, şücaətlər göstərərək həlak oldular, şəhidlik zirvəsinə ucaldılar. O gecə həmçinin yaralılarımız da çox oldu. Həkimlərin səyi, bacarığı sayəsində çoxlu sayda yaralı soydaşımız yenidən həyata qaytarıldı. 20 Yanvarda  törədilmiş qanlı faciənin bilavasitə şahidi olanlardan biri BDU-nun jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının dosenti Əliş Nəbilidir.

 

Düz 12 il bundan əvvəl bir xəbər bizi - o vaxt BDU-nun jurnalistika fakültəsində oxuyan tələbələri bərk sarsıtdı. Eşitdik ki, bizə dərs deyən Əliş Nəbili yanvarın 20-də rus əsgərlərinin atdığı güllə nəticəsində yaralanaraq xəstəxanaya aparılıb. Qrupumuzdakı uşaqlarla sözləşib, Əliş müəllimə baş çəkməyə getdik. Xəstəxanada onu yaralı vəziyyətdə görəndə özümüzə xeyli gələ bilmədik. Deyim ki, o zaman, sonralar Əliş müəllimlə baş vermiş hadisə barədə danışmağa ürək etmədik. Sadəcə olaraq müəllimimizi sağalıb, yenidən öz yerində sevimli tələbələrinin əhatəsində görəndə ürəyimizdəki nigarançılıq sevinc hissi ilə əvəz olundu...

Qanlı faciənin ildönümünü qeyd etməyə hazırlaşdığımız bu günlərdə Əliş müəllimlə görüşüb ona bir neçə sualla müraciət etdik, hamının kədərlə xatırladığı, daim andığı o gündən söz açdıq:

- Əliş müəllim, 20 Yanvar hadisəsindən 12 il keçir. Xalqımızın tarixinə qanlı Yanvar kimi daxil olmuş bu hadisəni, faciəni yaşamış şəxs kimi necə qiymətləndirirsiniz? Ümumiyyətlə, həmin müdhiş günü xatırlayanda hansı hissləri keçirirsiniz?

- Mən deyərdim ki, 20 Yanvar hadisəsi ilk növbədə Azərbaycan xalqının tarixində onun müstəqilliyi uğrunda mübarizəsinin ən şanlı, qəhrəmanlıq səhifələrindən biridir. Bu, əslində xalqın təcavüzə qarşı sinəsini necə sipərə çevirmək qabiliyyətini nümayiş etdirdi. Millətin dəyanətini, vüqarını göstərdi.

Həmin gün Sovet Ordusunun möhkəm silahlandırılmış hissələri tərəfindən Bakıda faciə törədildi, xalqın nahaq qanı axıdıldı. Xalqımız o zamanlar Sovet İttifaqına inanırdı. Elə bilirdi ki, onun ordusu həm bizimdir. Həmin dövrdə ittifaq rəhbərliyinin respublikamıza belə amansız münasibəti əslində bütöv bir xalqa qarşı genosidin, soyqırımın dövlət siyasəti səviyyəsinə qaldırılmasından xəbər verirdi.

O illərdə hadisənin baş verəcəyinin simptomları əvvəlcədən müşahidə olunurdu. Artıq bütün xalqın əsəbləri tarıma çəkilmiş, cərəyan edən hadisələr öz məcrasından çıxmağa başlamışdı. "Dağlıq Qarabağ münaqişəsi" kimi göstərilən, əslində isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından xəbər verən həmin hadisələr hamının ciddi narahatlığına səbəb olmuşdu. Bütün bunlara cavab olaraq xalq öz birliyini nümayiş etdirib, sözünü mitinq etiraz aksiyalarında bildirirdi. Təbii ki, hadisələrin bu cür gedişi SSRİ rəhbərliyini narahat etməyə bilməzdi. Nəticədə onlar heç bir xəbərdarlıq etmədən Bakıya Sovet Ordusunun qoşunlarını yeritdilər. Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa, müdafiə etməyə çalışan çoxlu sayda insan qətlə yetirildi, həmçinin yaralandı. Lakin xalqımızın iradəsi, həmrəyliyi mübarizliyi Sovet imperiyasını diz çökdürməyə məcbur etdi. 20 Yanvar faciəsi göstərdi ki, xalqa qarşı çıxmaq, onu zorla təslim etmək mümkün deyil. Bu faciə Sovet imperiyasını bütün xalqların gözündən saldı onun nüfuzdan düşməsinə səbəb oldu. 20 Yanvar faciəsi bir daha hamıya sübut etdi ki, zülmlə, silahla azadlığın, müstəqilliyin qabağını almaq olmaz.

Bu gün bizim hamımız üçün müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanında yüzlərlə qəhrəman oğul qızlarımız uyuyur. Onların ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət etsin! Qəbirləri nurla dolsun!

- Sizin fikrinizcə, bugünkü gəncliyin təlim-tərbiyəsində 20 Yanvar faciəsi kimi rol oynayır? Müəllimlərimizin bu istiqamətdə gördükləri işlər təhsil işçisi kimi sizi qane edirmi?

- Suala cavab olaraq bildirim ki, ilk növbədə bu, xalqımızın qəhrəmanlığını özündə təcəssüm etdirən hamının qüssə ilə yad etdiyi, eyni zamanda qürur hissi keçirdiyi bir gündür. Hər bir şagirdin, tələbənin hafizəsində 20 Yanvar faciəsi mən deyərdim, belə qalmışdır. Həmin hadisə gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində, milli-mənəvi tərbiyəsinin formalaşmasında əsaslı rol oynayır. Bu işdə xüsusilə müəllimlərimizin üzərinə mühüm məsuliyyət düşür. Bir hadisə haqqında danışmaq istəyirəm. 20 Yanvarda üzərimdə aparılan cərrahiyyə əməliyyatından bir neçə gün sonra reanimasiya şöbəsindən çıxarılıb palataya köçürülmüşdüm. Artıq yavaş-yavaş özümə gəlməyə başlayırdım. Hiss edirdim ki, həkimlər məni hər dəfə müayinə edərkən qımışırlar. Növbəti müayinə zamanı onlardan biri dözməyib dedi ki, Əliş müəllim, biz həkimlər belə qənaətə gəlmişik ki, peşələrin ən müqəddəsi şərəflisi müəllimlikdir. Onlardan niyə belə fikirləşdiklərini soruşduqda məlum oldu ki, cərrahiyyə əməliyyatından sonra çoxlu qan itirmişəm. Tələbələrim həkimlərdən xahiş ediblər ki, onların qanından mənə vurulsun. Həkimlərin qan ehtiyatının olduğunu deməsinə baxmayaraq, tələbələr eşitdikləri cavabla qane olmayıblar. Nəhayət, xəstəxananın baş həkimi işə qarışandan buna ehtiyac olmadığını deyəndən sonra onlar fikirlərindən daşınıblar. Həmin hadisəni həkimlər mənə danışanda, o zaman doğrudan da müəllimlik sənətinin müqəddəsliyini, şirinliyini duydum. Mənim üçün həyatımda bu, qazandığım ən qiymətli hədiyyə, mükafat idi. Bunu deməkdə əsas məqsədim odur ki, istər şagirdin, istərsə tələbənin həyatında müəllim müstəsna rol oynayır. Onlar arasında münasibət düzgün qurulmalı, səmimi olmalıdır.

Xalqımızın tarixi keçmişinin gənclərimizə ətraflı öyrədilməsi məsələsinə gəldikdə isə, deyərdim ki, müəllimlərimiz buna xüsusi səy diqqət göstərməlidir. Millətimizin yaşamış olduğu 20 Yanvar faciəsi neçə-neçə digər tarixi hadisələr olduğu kimi gənc nəslə başa salınmalı, onların əsl vətənpərvərlik ruhunda tərbiyə olunmalarına ciddi fikir verilməlidir.

Azərbaycan Respublikası hazırda müstəqil bir dövlət kimi bütün dünyada tanınır. Xalqımızın bu müstəqilliyə qovuşması üçün keçdiyi bütün keşməkeşli, əzablı yollar, hər birimiz üçün artıq tarixə çevrilmiş qəhrəmanlıq səhifələri daim öyrənilməli onlar hər bir kəsə ətraflı izah olunmalıdır.

 

Söhbəti qələmə aldı:

Samirə KƏRİMOVA

"Azərbaycan müəllimi", 

18-24 yanvar 2002-ci il, ¹ 03

 

Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.7.