Şəhid tələbə
1989-cu ilin ortalarında həyat yoldaşımla birlikdə Leninakandan hərbi xidmətdən Bakıya
qayıtmışdıq. Beş
ay idi ki, "Yeni fikir" qəzetində işləyirdim.
Redaksiyada çox mehriban kollektivimiz vardı.
Gülsəda, Təranə,
Ülviyyə, Şərafət...
Qızlarımızın ən
çox deyib-güləni,
nikbini Gülsəda ilə Təranə idi. Gülsədagil ailədə cəmi iki uşaqdı: özü, bir də qardaşı Azər. Azər İncəsənət İnstitutunun axırıncı
kurs tələbəsi
idi. Rejissor olacaqdı. Gülsəda qardaşı
ilə fəxr edirdi, ondan ağızdolusu
danışırdı. Söhbətinin
əvvəli də Azər idi, axırı da...
O gecə bütün
Azərbaycan oyaqdı...
Atılan silahların səsi,
gəmilərin vahimə
yaradan fiti hələ Bakının mərkəzi küçələrini
bilmirəm, hətta Əhmədlidə də açıq-aşkar eşidilirdi.
Lap yaxınlıqdan ötən
maşınlardan reproduktorlarla:
"Hamınız evləri
tərk edin, rus əsgərləri indicə evlərə doluşub hamınızı
qıracaq"- deyənlər
əhalini evlərini tərk etməyə təhrik edirdilər. O vaxtlar hamının evində olan divar radiosundan sübh tezdən eşitdiklərimiz ayağımızı
yerə yapışdırdı:
70 il şəninə
nəğmələr qoşduğumuz
"xilaskar sovet ordusu" bu gecə -1990-cı il yanvarın 19-dan 20-sinə
keçən gecə
günahsız Azərbaycan
vətəndaşlarını qanına qəltan edib...
O qanlı gecədən
bir müddət sonra ilk dəfə işə gələndə
bildim ki, adını şəhid olanların sırasında
eşitdiyim Ələkbərov
Azər Nəsib oğlu Gülsədanın
yeganə qardaşı
Azər imiş. Biz o gündən sonra daha əvvəlki
Gülsədanı görə
bilmədik. 20 yanvar gecəsi bizim Gülsədamızı
əlimizdən çaldı.
20 yanvar gecəsi Gülsədanın gülüşünü,
şən səsini, təbəssümünü oğurladı...
Sonralar üç ilə yaxın bir yerdə işlədik.
Gülsədanın
toyunda redaksiya kollektivi ayrıca stolda oturmuşduq. Çalğıçılar çalırdı,
istəyənlər oynayırdı,
söhbət edənlər
astadan ürəklərini
boşaldırdı. Nəsib
müəllimin yeganə
qızının, həm
də yeganə övladının toyuna çox adam gəlmişdi. Amma gəlinin də, valideynlərinin də bir gözü giriş qapısında qalmışdı. Özlərini
inandırmağa çalışırdılar
ki, Azər canından çox istədiyi bacısının
toyuna gəldi bəlkə...
O toyda hər şey lazımınca təşkil edilmişdi. Çatışmayan bircə
gəlinin toya gəlməyən qardaşı
idi: 20 yanvar gecəsindən qurtulub evlərinə dönə
bilməyən Azər.
20 Yanvar faciəsində
o gecənin qurbanı
olmuş bir tələbə haqqında
yazı hazırlamaq lazım olduğunu biləndə, istər-istəməz
Azəri xatırladım,
Gülsəda düşdü
yadıma... Unutmadığım
ev nömrələrini
yığdım. Anası
Sürəyya xala cavab verdi.
Məni xatırladı, tanıdı.
Düzü, Azərlə bağlı
anadan nə isə soruşmağa ürəyim gəlmədi.
Gülsədanın əl telefonunu
istədim.
Elə bil
dünən çıxmışıq
"Yeni fikir"in yerləşdiyi İçərişəhərin
qoşa qala qapısından çölə,
Gülsəda "39"nömrəli avtobusla gedib mənzil başına, mən də metronun "Bakı Soveti" stansiyası ilə... Nə səsi dəyişib
Gülsədanın, nə
də səmimiyyəti.
Elə telefondaca canımı dişimə
tutub suallarımı verdim...
- Azər məndən
iki yaş kiçikdi. Mən 1965-dənəm,
Azər isə 9 avqust 1967-ci ildəndir.
- Başına dönüm
Gülü, özünü
toxtat... Biz bu yazıda 24 il
əvvəlki Azəri
bugünkü gənc
nəslə tanıtmaq
istəyirik.
- Bilirsən də
instituta girmək nə deməkdir. Onun sevinci hamımızın sevinci idi. Azər birinci il qəbul
imtahanlarından kəsilmiş,
Respublika Kitabxana Kollektorunda fəhlə kimi işə başlamışdı. Onların direktoru
erməni qadını
idi. O qadın iş vaxtı Azərə qarşı kobudluq etmiş: "Sən fəhləsən də, mən səninlə istədiyim kimi rəftar edə bilərəm. Sən heç vaxt instituta girə bilməzsən" - demişdi.
Azər ikinci ili imtahanlara
o qədər ciddi hazırlaşdı ki, erməni direktora sübut etdi ki, fəhlə işləmək mənim
alnıma yazılmayıb.
Mən də instituta girib oxuya, ali
təhsil ala bilərəm.
Demək
istəyirəm ki, Azər çox prinsipial, dediyini edən, verdiyi sözün üstündə
duran oğlan idi.
- Azər hansı
fakültədə oxuyurdu?
-Qardaşım İncəsənət
İnstitutunun (indiki
ADMİU) mədəni-maarif fakültəsində kütləvi
səhnə rejissoru ixtisası üzrə təhsil alırdı.
...Axırıncı kursda oxuyurdu. Fevralda diplom işinin mövzusunu götürəcəkdi, mayda
dövlət imtahanlarını
verəcək, ali təhsilini başa vurub diplomunu alacaqdı. Yayda da teatr truppası
ilə Almaniyaya getməli idilər. Rejissor işləyəcəyinə çox
fərəhlənirdi.
Azər
musiqini çox sevirdi. Bəhram Mansurovdan evdə tar dərsi alırdı.
İdmanın
karate növü ilə
məşğul olurdu.
Təbiətən
çox sakit, tərbiyəli idi. Müəllimləri ona görə
Azərin xətrini həddən artıq istəyirdilər.
Azərin
eyni adda iki qız dostu
vardı. Şəklini də gətirmişdi evə, həmişə o
şəklə baxırdı.
İndi Gənc Tamaşaçılarda
aktrisadı o xanım.
Azərin 7-si günü
zəng vurmuşdu evimizə ki, "Azəri olar?". "Bilmirsiz
ki, Azər rəhmətə gedib."
- cümləsini eşidən kimi telefonun o biri başında qiyyə çəkməyi bir oldu. Bir saat keçməmiş
bir də gördük həmin xanım durub gəlib bizə. Elə hey ağlayaraq deyirdi ki, mən
niyə eşitməmişəm?!
Deyirlər 24 il bir igidin
ömrüdür, amma
anamın Azər yarası hələ qaysaq tutmayıb?! Atamı da oğlunun
yoxluğu 2007-ci ildə
Azərin ad günündə
apardı bu dünyadan...
Özü
bizi vaxtsız tərk etsə də, Azərin adı bu gün
də evimizdə yaşayır. İki qızım
və mən anamla bir evdə
qalırıq. Qızlara nəsə
lazım olanda anam, ya da
mən deyirik ki, Azərin otağındadır, keç
götür. Azərin adı
bizim evdə indi də çəkilir,
Azər indi də sağdır bizim üçün.
Atam Nəsib Ağstafanın Köçəsgər
kəndindən, anam Sürəyya
isə Qərbi Azərbaycandandır.
Hər 20 yanvar
gələndə baş
götürüb qaçmaq
istəyirəm bu dünyadan...
Öz ömrünü
yaşaya bilmədi Azər... Yaşasaydı,
kim bilir
indi səsi haralardan gəlirdi, çox həvəslənirdi
sevib- seçdiyi sənətlə məşğul
olmağa. Hərdən
fikirləşirəm ki,
heç kim
yoxdu yanımda. Eh...h!
Azər sağ olsaydı deyirəm... Məni bu boyda dərdlə
baş-başa buraxmayaydı,
məni bu işıqlı dünyada
tək-tənha, arxasız
qoymayaydı?! Kiminsə
bir problemi olanda tez qaçır
bacı üstünə,
qardaş üstünə...
Bəs mən kimə üzümü tutum?
Qızlarım hər
20 yanvar gələndə
üzünü görmədikləri,
sağlığında "dayı"
deyib çağırmadıqları
Azərin məzarını
ziyarətə gedirlər,
bir gün əvvəldən Azərin
adına stol açırlar, üstünü
elə bəzəyirlər
ki, sanki Azər bu saat
qapını açıb
içəri girəcək.
Azərin
ad günlərində də
təmtəraqlı süfrə
düzəldirik. Matəm
kimi yox, toy-nişan stolu kimi... Anam xeyir
iş eləməyib axı Azərə... Ona görə yarasına bu yolla su
səpməyə çalışırıq.
Bu matəm günündə bilirsən
ürəyimdə hansı
arzularım var? Qoy gənclərimizin həyatı
heç vaxt yarıda qırılmasın.
Onlar əmin-amanlıq, sülh
şəraitində yaşasınlar,
oxusunlar, təhsil alsınlar, vətən sevgisinə köklənsinlər.
Amma şəhid olmasınlar.
Şəhid bacısı
da olmasınlar...
Ellada
UMUDLU
Azərbaycan müəllimi.-
2014.- 17 yanvar.- S.7.