20 Yanvar
faciəsinin 24-cü ildönümü
təhsil ocaqlarında qeyd olunub
Bakıdakı 86
nömrəli tam orta
məktəbdə 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdə faciəni əks
etdirən fotostendlər, divar qəzetləri,
şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Vətənimizin
bütövlüyü və
azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri giriş sözü ilə
açan məktəbin
direktoru Almaz Əzizova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Bakıda rus imperiyasının törətdiyi
qanlı faciədən 24 il keçir. M.Qorbaçov başda olmaqla Sovet
İttifaqının o vaxtkı rəhbərləri Azərbaycan xalqına xəbərdarlıq
etmədən Bakıya qoşun yeritdilər. Böyük
bir faciə baş verdi. Həmin gecə
günahsız, əliyalın insanlar
küçədə, yaşadığı evlərində gülləbaran edildilər. Bu hadisənin səhəri ilk etiraz səsini qaldıran məhz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderin Azərbaycan
xalqının tələbi ilə
ikinci dəfə hakimiyyətə gəlişindən sonra
20 Yanvar hadisəsinə siyasi qiymət verildi
və əsl həqiqət bütün dünyaya bəyan
edildi.
Məktəbin müəllimlərindən
Şəfiqə Axundova, Zeynəb Vəliyeva,
Xanım Rzayeva qeyd
ediblər ki, 20 Yanvar
faciəsi öz azadlığına,
müstəqilliyinə can atan
xalqımızın mübarizliyini, məğrurluğunu
nümayiş etdirdi. Azərbaycan xalqı böyük
itkiyə məruz qalsa da,
öz müstəqilliyinə qovuşdu.
Tədbirdə məktəbin
fəal şagirdləri çıxış edərək
şəhidlərin xatirəsinə həsr olunmuş
şeir söylədilər, mahnı oxudular və kompozisiya nümayiş etdirdilər.
***
20 Yanvar faciəsinin 24-cü ildönümü
ilə əlaqədar Bakıdakı 263 nömrəli tam orta məktəbdə
də anım tədbiri təşkil olunub. Şagird və
müəllimlərin iştirakı ilə keçirilən tədbiri
məktəbin direktoru Nəsimi Abbasov açaraq
1990-cı il yanvarıın 19-dan 20-nə
keçən gecə paytaxtda və bölgələrdə baş verən hadisələri ötən əsrin sonlarında
xalqımızın azadlıq və
milli müstəqillik uğrunda
apardığı mübarizənin qarşısının
alınmasına yönəlmiş aksiya kimi qiymətləndirib, lakin xüsusi qəddarlıqla törədilən
qırğının xalqın iradəsini qıra bilmədiyini,
təxminən iki
ilə yaxın müddətdən sonra bu mübarizənin
müstəqilliyimizin bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.
Tədbirdə 20 Yanvar faciəsinin miqyasını, bu faciəni
törədən sovet ordu
hissələrinin amansızlığını əks etdirən faktlar və rəqəmlər
slaydlar vasitəsilə nümayiş
etdirilib. Mərasim şagirdlərin şəhidlərin ruhuna
həsr etdikləri ədəbi-bədii
kompozisiya ilə davam edib. Tədbirdən sonra məktəbin
həyətyanı ərazisində şəhidlərin xatirəsinə
həsr olunmuş ağacəkmə mərasimi
keçirilib.
***
Bakıdakı 308
nömrəli tam orta
məktəbdə də
xalqımızın qan
yaddaşına əbədi həkk olan 20
Yanvar faciəsi ilə əlaqədar tədbir
keçirilib. Faciənin iyirmi dördüncü ildönümünə həsr olunmuş mərasimdə respublikamızın suverenliyi,
azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda
canlarından keçərək qəhrəmanlıq nümunəsi
göstərmiş Vətən
oğullarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra məktəbin
direktoru Təranə Məmmədova
iştirakçılara tarix boyu xalqımızın başına gələn
müsibətlərdən danışıb, bu
faciəni törədənlər barədə bəzi faktları
sadalayıb. Azərbaycanın müstəqilliyi uğrunda
canını qurban verən vətən
oğullarının qəhrəmanlıqlarından söz açıb.
Şagirdlərdən
Zərifə Bünyatova, Nərmin Kərimova,
Fuad Rəhimli, Zərifə
İbrahimqızı və Nilufər Kərimlinin ifasında
şəhidlərə həsr
olunan
şeirlər, bayatılar
səslənib, ədəbi-bədii kompozisiya göstərilib.
Müəllimlər Ziyafət Əliyeva, Yeganə Yusifova, Pərvanə Ələkbərova, Səadət
Rzayeva çıxış edərək
xalqımızın qəhrəmanlıq tarixindən, 20 Yanvar faciəsinin acı nəticələrindən,
şəhid olub əbədiyyətə qovuşan Vətən övladlarının
şücaətindən
danışıblar.
Sonda 20 Yanvar
faciəsinə həsr
olunmuş
film göstərilib.
***
Məhz o gecə
xalqımızın övladları öz hünər və rəşadətləri ilə
ali bir zirvəyə
- əsl qeyrət və kişilik zirvəsinə qalxdılar.
Bu fikirlər Bakıdakı
288 nömrəli tam orta
məktəbdə 20 Yanvar
faciəsinə həsr
olunmuş tədbirdə
səslənib. Tədbirin
aparıcıları Sarəng
Zallı, Əfsanə
Seyilova, Günay Nəsirzadə,
Aysu Mirzəzadə,
Fidan Kərimova və Cəfər Səfərli
bildiriblər ki, bu gün Şəhidlər
xiyabanında əbədiyyət
yuxusuna getmiş mərdanə övladlarımız,
o gecə vəhşi
imperiya tanklarının
polad tırtılları
ilə doğranırdı, canlı insan bədənləri güllələrdən deşik-deşik
olurdu. Qıpqırmızı qan seli axırdı paytaxtımızın
küçələrindən. Avtomatlardan günah yağmuru yağırdı xalqımızın
günahsızlığına.
Məktəbin
direktoru Gülüstan
Ağazadə və müəllimləri çıxışlarında
bildiriblər ki, başına çox bəlalar gəlmiş Azərbaycan zaman-zaman düçar olduğu fəlakətlərdən, haqsızlıqlardan
məhz fədakar övladlarının şücaəti
sayəsində qalib çıxıb. O qanlı-qadalı
qış gecəsində
doğulan körpələrin
indi 24 yaşı var.
İnanmaq istəmirsən
ki, aradan bu qədər illər keçib. Hələ də gözlərimiz önündən boz havalı, qüssəli Bakının o qəhərli
günləri çəkilmir.
Əlbəttə, 20 Yanvar əslində
millətimizin qürur
və şərafət
günüdür. Nail olduğumuz azadlığı
kimdənsə sovqat almadıq. Onu qanımızla, canımızla,
torpağa tapşırdığımız
müqəddəs əmanətlərimizlə
əldə etdik.
Sonda məktəbin yuxarı sinif şagirdləri
şəhidlərin ruhuna
həsr etdikləri ədəbi-bədii kompozisiya göstəriblər.
***
Lerik Rayon Təhsil Şöbəsində 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon təhsil
şöbəsinin əməkdaşları, məktəb
direktorları və digər şəxslər
iştirak ediblər.
Tədbiri
rayon təhsil şöbəsinin
müdiri Balaşirin Nəsirov açaraq
1990-cı ilin yanvarında
Azərbaycanın suverenliyi
və ərazi bütövlüyü naminə
mübarizəyə qalxmış
dinc əhaliyə, soydaşlarımıza qarşı
sovet imperiyasının
qoşun birləşmələrinin
törətdiyi qanlı
cinayətlərdən danışıb. 20 Yanvar faciəsini
sovet imperiyasının
törətdiyi cinayət,
xalqın milli azadlıq hərəkatını
boğmağa yönəlmiş
məkrli siyasətin acı nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, yanvarın 19-dan 20-nə
keçən gecə
günahsız insanlar
amansızcasına qətlə
yetirilib, yüzlərlə
vətəndaş itkin
düşüb. Lakin
bütün bunlara baxmayaraq, xalqımız azğınlaşmış sovet
qoşunlarının qarşısında mübarizliyini,
qəhrəmanlığını bir daha nümayiş
etdirib.
Ümummilli lider
Heydər Əliyevin bu faciənin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində gördüyü
işlərdən danışan
B.Nəsirov qeyd edib ki, məhz ulu öndərin təşəbbüsü ilə
ilk dəfə bu hadisəyə hüquqi-siyasi
qiymət verilib, şəhidlərin xatirəsi
əbədiləşdirilib.
Tədbirdə
çıxış edənlər 20 Yanvar
faciəsində baş verən vəhşiliklərdən
danışaraq, faciənin xalqımızın qan yaddaşından silinməyəcəyini
vurğulayıblar.
Rəşad RAMAZANOĞLU,
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.9.