Azərbaycan təhsilinin uğurları

 

Prezident təqaüdçüləri

  

Sevinc VƏLİYEVA,

Azərbaycan Respublikasının Prezidenti  yanında

Dövlət İdarəçilik  Akademiyasının tələbəsi

 

1996-cı ildə  Ağcabədi rayonunda anadan olub. 2013-cü ildə Ağcabədi şəhər  4 nömrəli tam orta məktəbi  bitirib. "British Council" tərəfindən keçirilən  bilik yarışlarında  dəfələrlə sertifikat alıb.

Ali məktəblərə keçirilən qəbul imtahanında 686 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul olub. 

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyünə görə qürur hissi keçirir.

 

Müşfiqə ƏSGƏROVA,

Azərbaycan Respublikasının Prezidenti  yanında

Dövlət İdarəçilik  Akademiyasının tələbəsi

 

1996-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. 2013-cü ildə Şərur şəhər 2 nömrəli  tam orta məktəbi   gümüş medalla  bitirib.

Ali məktəblərə keçirilən qəbul imtahanında 690 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə  daxil olub.

Dərslərini yaxşı oxumaqla bərabər,  oxuduğu  fakültənin ictimai işlərində    yaxından iştirak edir. 

 

Nəcibə ƏHMƏDOVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi

 

1995-ci ildə Şəmkir  rayonunda anadan olub.  2013-cü ildə Bakıdakı 287 nömrəli "Zəkalar" liseyini  bitirib.  Bakı şəhərində texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən "Gənc texniklərin intellekt yarışı"nda III yeri  qazanıb.

Bu il ali məktəblərə keçirilən qəbul imtahanında IV qrup üzrə 685 bal toplayaraq  Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə  daxil olub.  Prezident təqaüdünə  layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirir.

 

Aytən PAŞAZADƏ,

Azərbaycan Tibb Universitetinin tələbəsi

 

1996-cı ildə  Mingəçevir şəhərində  anadan olub. 2013-cü ildə Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbi bitirib. Orta məktəb illərində bütün fənlərdən əla qiymətlər alıb.

Ali məktəblərə keçirilən qəbul imtahanında 700  balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə   qəbul olub.  

Təhsildə  əldə etdiyi  bütün  uğurlarına görə hər şeydən  əvvəl,  orta məktəb müəllimlərinə  borclu olduğunu deyir.

 

Şəmsi MUSAYEV,

Bakı Ali Neft Məktəbinin tələbəsi

 

1996-cı ildə Bakı şəhərində  anadan olub.  2013-cü ildə Bakıdakı  məktəb - lisey kompleksini bitirib. Məktəbdə oxuduğu vaxtlarda fənn olimpiadalarının iştirakçısı olub.

Ali məktəblərə keçirilən qəbul imtahanında 685 bal yığaraq  Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına  qəbul olub.  

Prezident təqaüdünə layiq görülmək onun üçün böyük şərəfdir. Bu etimadı doğrultmağa çalışır.

 

Hazırladı: Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.8.