Yubiley təbrikləri

Müəllimlər müəllimi - "Azərbaycan müəllimi"

 

Yaranmış, dünyaya gəlmiş hər bir varlığın, hər şeyin doğuluşu inkişaf yolu var. Mətbuat da belədir. İnsanlar təkcə şifahi sözdən yararlanmaqla kifayətlənmir, yazılı sözdən bəhrələnməyə üstünlük verirlər. Çünki yazılı söz - mətbuat günlər, aylar, illər keçdikcə yaşayır, dövrün tarixini əks etdirən mənbəyə çevrilir. Bu baxımdan Təhsil Nazirliyinin mətbu orqanı olan 80 yaşlı "Azərbaycan müəllimi" qəzetini təhsilin inkişafının 80 illik tarixini əks etdirən ən etibarlı məxəz, mənbə saymaq olar.

Altmış ildən çoxdur ki, mən bu qəzetin mütaliəçisi, əlli ildən artıqdır ki, səhifələrində müxtəlif yazılarla imzası görünən müəllifəm. Mənim müəllimlik təcrübəmin təkmilləşməsində, elmi-nəzəri metodik biliklərə yiyələnməyimdə, araşdırma nəticələrimin yayılmasında, qələmimin püxtələşməsində "Azərbaycan müəllimi"nin böyük rolu olmuşdur.

Ötən 50 ildən bəri qəzetin redaktorlarının tanınmış yazarlarının istiqamətverici, öyrədici, sensasiya doğuran məqalələri öz dövrünün hadisəsi kimi qəbul olunmuş, əks-səda doğurmuşdur. Nüfuzlu redaktorlardan Rüstəm Hüseynovun, Ağaəli Bədəlovun, Mirabbas Aslanovun, Şahin Səfərovun səyləri nəticəsində qəzet özünün oxunaqlılığı, elmi-metodiki səviyyəsi, kütləviliyi ilə diqqəti cəlb etmişdir.

Şöbə redaktorlarından Habil Məmmədovun, Tofiq Mahmudun, Cavad Cavadlının, Tükəzban Əsədovanın, Xalidə Xəlilovanın, Şamxəlil Məmmədovun, Allahverdi Eminovun, Malik Novruzovun, Yusif Əliyevin, Tahir Əliyevin, Nadir Abdullayevin, redaktor müavini Məhyəddin Əbdülovun müxtəlif illərdə redaksiyada yeni-yeni ideyaların irəli sürülməsi reallaşmasında xidmətləri olan digər jurnalistlərin qələm məhsulları "Azərbaycan müəllimi"nin salnaməyə çevrilməsinə xidmət etmişdir.

Pedaqoji elmin təhsilin görkəmli nümayəndələri Mehdi Mehdizadənin, Əhməd Seyidovun, Mərdan Muradxanovun, Tələt Əfəndiyevin, Yusif Talıbovun, İsfəndiyar Vəlixanlının, psixoloqlardan Əhməd Kərədi Zəkuzadənin, Fuad İbrahimbəylinin, Məmmədəli Məhərrəmovun, Əkbər Bayramovun, Əbdül Əlizadənin metodistlərdən Camal Əhmədovun, Mirabbas Aslanovun, Bəşir Əhmədovun, Şəmistan Mikayılovun, Zəhra Əliyevanın digər onlarla alimin, qabaqcıl müəllimin, təhsil işçisinin məqalələri elmin təhsilin inkişafında önəmli əhəmiyyət daşımışdır.

Bu gün fəaliyyət göstərən orta gənc nəslin mətbu tribunası yenə "Azərbaycan müəllimi"dir. 1990-cı illərin əvvəllərindəki ziddiyyətlər "Azərbaycan müəllimi"ndən yan keçməmişdir. Müstəqillik illərində qəzetin fəaliyyətini davam etdirmiş redaktorlar Məhəmməd Baharlı, Valeh Mirzə qəzetin ənənələrini yaşatmaqla, mətbuatda plüralizm demokratiya meyillərini gücləndirmişlər. Bu gün qəzet yeniləşən Azərbaycan təhsilinin tam mənzərəsini əks etdirir.

80 illik fəaliyyətində "Azərbaycan müəllimi" özünəməxsus dəst-xətti olan pedaqoji mətbuat məktəbini yaratmışdır. Ölkəmizin inkişaf strategiyası milli mətbuatın da yeni məzmunda formalaşmasını, davamlılığını genişlənməsini təmin etmişdir. 80 yaşlı "Azərbaycan müəllimi" bu gün müəllimlərin müəllimi funksiyasını məharətlə yerinə yetirir.

80 yaşın mübarək, sevimli "Azərbaycan müəllimi"miz!

Şərəfli yubiley münasibətilə redaksiyanın bütün əməkdaşlarını, müəlliflərini oxucularını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Əjdər AĞAYEV,

Azərbaycan Təhsil Şurasının sədri,

pedaqoji elmlər doktoru, professor,

əməkdar müəllim

Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.3.