Müəllimlərin paltar alarkən

diqqət etməli olduğu məqamlar

 

Psixoloq məsləhəti

 

Cəmiyyətimizdə bəzi insanlar geyimin insanın özünə aid bir imic olduğunu müdafiə edirlər. Geyim-keçim göstərmək istədiyiniz imicinizin əhəmiyyətli bir hissəsidir. Çünki insanlar ən çox gördüklərinə inanırlar. "Bir-birlərini heç tanımayan və ilk dəfə qarşılaşan insanlar hələ danışmağa başlamadan duruşları, paltarları, aksesuarları və digər xarici görünüşləri ilə özləri haqqında qarşı tərəfə çox əhəmiyyətli mesajlar verirlər.

Bu mövzu haqqında aparılan araşdırmalara görə, insanlar bir-birləri ilə ilk dəfə qarşılaşdıqları zaman onların 90 %-i bir neçə dəqiqə ərzində daha çox görünüşə (fiziki görünüşə, geyindiyi paltara, saç düzümünə və s.) baxaraq mülahizələr yürüdür və qərar verirlər.   

Cəmiyyətdə hər zaman nümunə olan müəllimlərdir. Müəllimin şəxsə olan təsiri valideynin və digər insanların təsirindən qat-qat çoxdur. Ananı, atanı və fərqli ixtisasa malik olan insanları da tərbiyə edən, təhsil verən və formaya salan müəllimdir. Müəllim anadan olandan ölənə qədər həyatı rəngarəng edən, onu istiqamətləndirməyə çalışan müqəddəs yol göstərəndir. Buna görə də o, geyim-keçim mövzusuna da çox diqqət etməli və ixtisasına uyğun geyinməlidir.

Paltarınızın forması, rəngi və istifadə olunan aksesuarlar təmsil etdiyiniz müəllimlik ixtisasına uyğun olmalıdır. Başqa sözlə, uyğun bir geyim tərzi həm özünə, həm ixtisasına, həm də gələcəkdə cəmiyyəti formalaşdıracaq olan şagirdlərə qarşı diqqət və qayğının nişanəsidir.

 

Şagird diqqətli bir müşahidəçidir

 

Müvəffəqiyyətli olmağın bir neçə yolu var. Bunlardan birigeyim tərziniz ilə sinifdə yaxşı bir imicə sahib olmaqdır. Türk dili və ədəbiyyatı müəllimi Sungur Kılıç, müəllimliyə başladığı ilk ili belə xatırlayır: "Müəllimlikdən aldığım ilk maaşımla özümə keyfiyyətli bir dəst kostyum almışdım. Təqribən beş ay sonra sinifdə dərs izah edərkən bir şagirdin mənə diqqətlə baxdığını gördüm. Ona tərəf yaxınlaşıb incə bir səs tonu ilə: "Xeyir ola, Əhməd, nə baş verib?" - dedim. Əhməd azacıq xəcalət hissi ilə, amma yüksək bir səslə: "Müəllim zövqünüzə heyranam. Qalstukunuzun rəngi ilə köynəyinizin düyməsinin naxışının belə eyni olmasına diqqət edirsiniz", - dedi. Bu sözləri eşidəndə çox təəccübləndim. Çünki əynimdəki köynəyi beş ay bundan əvvəl almışdım, amma Əhməd dedikdən sonra düyməsinin rəngli olduğuna fikir vermişdim. Beş aydır geyinməyimə baxmayaraq köynəyin düyməsinin rəngdə olduğunu düşünürdüm".

 

İşə uyğun paltar geyinmək

 

Bədəninizə yaraşmayan paltarlar həmişə ucuz paltar kimi görünür (hətta lap bahalı olsalar da). Hər mağazanın öz ölçüləri var. Bədəninizə uyğun olan paltarı seçərkən sıx olan paltarlar əvəzinə yüngülgeniş olanlarını seçin. Əgər geyindiyiniz zaman əziyyət çəkirsinizsə, almayın. Pəhriz arzularınızı bir kənara qoyun. Mağazalar həmişə daha böyükkiçik paltarlar satmaq mövzusunda ehtiyatlı davranırlar. Amma nə yaxşı ki, artıq daha böyükkiçik paltarlar üçün başqa mağazalar da açılır. Bir çox ticarət mərkəzlərində ən böyüyündən ən kiçiyinə kimi bütün ölçülərdə paltarlar satılan mağazalar açılır. Əgər axtardığınızı tapa bilmirsinizsə, bu vəziyyəti mağaza müdirinə deyin. Mağazalar bir çox başqa yerləri kimi, sadəcə, işi düşünürlər, bütün ehtiyacları qarşılamağa çalışırlar. Əgər siz onlara nə axtardığınızı deməsəniz, onlar da nə istədiyinizi bilməyəcəklər.

Kostyum və yubkanızı aldıqdan sonra bir dəyişikliyə ehtiyac olub-olmadığına baxın. Əgər dəyişikliyə ehtiyac varsabunu siz bacarmırsınızsa, onda quru təmizləmələrə və ya dərzilərə müraciət edin. Yaxaların qısaldılması və ya uzadılması, paltarın dəyişdirilməsi üçün xərclənən başqa xərclər paltarınızı ikiqat bahalı və şux göstərəcəyi üçün boşa xərclənmiş sayılmayacaqdır.

 

Kişilər üçün klassik geyimlər

 

 "Bir kişi geyimlərini incəliklə seçmiş, diqqətlə geyinmiş, sonra bütün bu etdiklərini unudan bir şəxs kimi görünməlidir".

 

Kostyum:

 

Mavi, göyya boz rənglərdə ola bilər. Tək rəng və ya incə cızıqlı olsa, yaxşı görünər. Kömür rəngi də inamverici bir rəngdir.

Bir çox sahələrində uyğunsuz olaraq dəyərləndirilən qara rəng uyğundüzgün bir seçim sayılmır.

 

Geyim forması:

 

* Bədən ölçüsü və forması çox əhəmiyyətlidir. Şalvarlar bel cızığından aşağı düşməməlidir. Pencək düzgün düymələnməli, yaxası çarpaz formada görünməməlidir;

* Şalvarlar sadə bir dəri kəmərlə və ya şalvara taxılan çiyinbağı ilə geyinilməlidir;

* Şalvarların ön və arxasındakı ütü xətti düz olmalıdır. Şalvar topuğun arxa hissəsini yalnız bir santimetr örtməlidir;

* Pencəyin qolları köynəyin qollarını yarım santimetr göstərəcək uzunluqda olmalıdır;

* Normal pencəklər, əgər iki düyməlidirsə hər ikisi, yox əgər üç düyməlidirsə, orta düyməsi düymələnərək geyinilməlidir.

* Parlaq parçadan olan pencəklər yaxşı görünə bilər, amma adət-ənənələrə bağlı olan yerlərində bu tərzdə olan paltarların geyinilməsi hələ cəsur bir tərz kimi qəbul edilməkdədir.

 

Köynək:

 

Köynəyin yaxası düyməli ya düyməsiz ola bilər. Parlaq incə bir növ pambıq parçadan olan bir köynək olmalıdır. Yaxalarının ucları əzilməyəcək bir şəkildə düzgün ütülənməlidir. Yaxşı köynək manjetindəki tikişindən başa düşülür tikişi çox olan köynək daha yaxşıdır. Başqa bir işarə isə çiyinlərdəki tikiş formasıdır.

 

Qalstuk:

 

Qalstuk adamlarının özlərini ifadə etməsi üçün ən yaxşı fürsətdir. Seçdiyiniz qalstukun istədiyiniz imici bütün gün ərzində əks etdirdiyinə əmin olun. Fərqli peşə ilə məşğul olan şəxslər gördükcə bir çox yaxşı qalstuklar görəcəksiniz.

Qalstukların uzunluğu ya bel xəttinə qədər, ya da müasir bir görüntü üçün bel xəttindən bir azca aşağı olmalıdır.

İncə bir sonluqla bitiş olmalıdır, çox dəmdəstgahlı olmamalıdır.

Ən populyar qalstuk bağlanması dördü birində Vindsor tərzidir. Ən klassik qalstuklar açıq rəngli ipək qalstuklardır.

Ən yaxşı qalstuk çəp kəsilmiş qalstuklardır; belə forma onun gözəl şux görünməsinə səbəb olur. Bunu görmək üçün incə tərəfindən tutun köynəyinizə yaxınlaşdıraraq sərbəst buraxın. Əgər əzilməz ya büzüşməzsə, onda yaxşıdır.

Qalstukun cizgiləri, adətən, sol çiyindən aşağı tərəfə olmalıdır.

 

Qadınlar üçün klassik geyimlər

 

Pencəklər:

 

Ümumən yerləri üçün pencəklər ya rəngli, cizgili parçadan olan pencəklər uyğun gəlir.

Parça tikişli olmalıdır. Yaxşı bir yunya kətanauyğun gələr. Almazdan əvvəl qırışıb-qırışmadığını yoxlayın.

Əgər büdcəniz məhduddursa, onda bir yubkaya don paltarda uyğun olar.

Tünd yaşıl klassik bir rəngdir. Tünd qırmızı da yaxşı rəngdir; bunun kimi şokolad ya tünd qəhvəyi rəngi uyğun gələr. Qadınların kişilərə nisbətən daha geniş seçim etmək şansları var. Naxışlı pencəklər yaxşıdır, amma belə pencəklərdən tez bezə bilərsiniz.

 

Dəst geyimləri:

 

Olduqca işləkdir ən yaxşı tərəfi pencəyi ya yubkanı fərqli geyimlərlə istifadə edə bilərsiniz.

 

Yubkalar:

 

Yubkalar diz qapağı səviyyəsində, milli mentalitetə uyğun, görünüş üçün isə bir az da uzun olmalıdır. Yeni bir yubka alanda oturduğunuzda hərəkət edərkən rahat olub-olmadığını yoxlayın. Gəzərkən yubkanın kəsiyinin (razrezinin) necə olduğuna fikir verin.

 

Şalvarlar:

 

Bəzi yerlərində qadınların şalvar geyinməsinə müsbət baxmırlar ya ancaq özləri tərəfindən dərzilərdə tikilmiş xüsusi formaların geyinilməsinə icazə verirlər. Bir qadın müəllimin geyinəcəyi şalvar qətiyyən dar olmamalıdır. Rəngi qara, qəhvəyi, boz ya göy olmalıdır.

 

Üstlük:

 

Pencəyin altından geyinilən köynək və bədənlik çox qısa olmamalıdır.

 

Ayaqqabılar:

 

Ortaya kiçik topuq geyinilsə, yaxşı olar. Qara, dəri ayaqqabı daha rahatdır.

  

Hüseyn XƏLİLOV,

Qafqaz Universitetinin psixoloqu

 

Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.7.