Oyun-dərslər şagirdlərin

marağını artıran vasitə kimi

 

Məktəblilərin  müasir  dövrün  tələblərinə cavab  verən bilik,  bacarıq,  vərdiş    dəyərlərə  yiyələnən,  bu kompetensiyaları  davamlı  olaraq  inkişaf  etdirən   gənclər  kimi  formalaşması təhsil  ocaqlarımızda  təlim-tərbiyə  prosesinin  necə  qurulmasından,   öyrədici  mühitin  təşkilindən,  təlim  zamanı istifadə olunan forma,  üsul,  vasitələrdən asılıdır.  Müasir  təlimin  başlıca  vəzifələrindən  biri  öyrənməyi öyrətməkdir,  yəni  şagirdlər  biliyi  müstəqil  əldə  etmə  bacarığına  yiyələnməlidirlər.

Müasir  təlim şagirdin  maraq    tələbatlarına,  bilik  səviyyəsinə,  imkan    qabiliyyətinə uyğun  təşkil olunmalı,  dərsdə  problemli situasiya  yaratmaqla idrak  prosesi,  təfəkkür  fəallaşdırılmalıdır. Müəllimin bələdçi, istiqamətləndirici  rolu,  düzgün  qurulmuş şagird-müəllim, şagird-şagird münasibətləri təhsilalanın özünə inamını  artırır,  onu  fəallaşdırır. Qrup  işlərinin lazımi  səviyyədə  aparılması  ilə  şagirdlər  fikirlərini  bölüşür,  qarşılıqlı  faydalanır,  biliklərini  dərinləşdirir,  daha  dolğun  nəticə,  şəxsi keyfiyyətlər (bir-birini  dinləmə,  digərinin  fikrinə  hörmətlə  yanaşma  s.)  əldə  edirlər.  İnteraktiv  təlim  prosesində  sinifdə  yaradılan işgüzar,  psixoloji  şərait, tədqiqat  prosesinin  təşkili,  biliklərin  müstəqil "kəşfi",  sosial  bərabərlik,  şagird  biliyinin  obyektiv  qiymətləndirilməsi  s.  təlimdən gözlənilən  nəticənin  alınmasına  müsbət  təsir  edir.

Bu  gün  hər  bir uşağın  dərsə  marağını  müxtəlif  yollarla  formalaşdırmaq  və artırmaq  vacib  məsələlərdən biri  hesab olunur.  Kiçik  yaş dövründə  şagirdlərin dərs öyrənməyə müsbət münasibəti ardıcıl,  davamlı olmur.  Əgər  uşaqda  öyrənməyə  həvəs  yaranmışsa  təbii  ki,  onu  öyrətmək  asan  olacaq. İbtidai  sinif  şagirdləri  ilə  işləyənlərin  hər  biri  yaxşı  bilir  ki,  şagirdin  bu    ya  digər  fənni  böyük  maraq    istəklə  öyrənməsinə  nail  olmaq  asan    deyil.  Kiçikyaşlı uşaqlar  çox  hərəkətli,  diqqəti  yayınıqdırlar.  Buna  görə    şagirdlərin  intizamı  ilə  bağlı  çoxlu  problemlər  yaranır.  Bəs    etməli?  Belə  şagirdlərə  necə  yanaşmalı?  Hansı  metod    vasitələrdən  istifadə  etməklə  tədrisi  əyləncəli  etməli?   Bunun  yeganə cavabı  var:  Mümkün  qədər  çox  oyun-dərslərdən  istifadə  etmək!

Məktəbəqədər  yaş  dövründə oyun uşaqların  aparıcı  fəaliyyətidir.  Uşağın  məktəbə  gəlişi  ilə  onun  sosial  mövqeyi  köklü  şəkildə dəyişilir.  Onun  əsas  fəaliyyəti artıq  oyun  yox,  dərsöyrənmə  olur.  Buna  görə    ibtidai  sinif şagirdlərində  dərsöyrənmə fəaliyyətinin əsasları  formalaşdırılır. Bu  proses kiçikyaşlıların yaş  xüsusiyyətlərinə  diqqətin,  yaddaş    mühakiməyürütmə qabiliyyətinin dayanıqsızlığına görə bir  qədər  mürəkkəbləşir.  Oyunoyun dəqiqələrindən istifadə etmək bu  çətinliklərin  aradan  qaldırılmasına  çox  kömək  edir.

Kiçikyaşlı uşaqlar üçün rəngarəngliyi sevmək, qeyri-ardıcıl qəbul etmə,  asanlıqla obraza daxil olmas.  kimi  xüsusiyyətlər  xarakterikdir. Uşaqlar  hər  hansı  fəaliyyətə,  xüsusilə  oyuna  asanlıqla cəlb olunurlar. Oyun onlar üçün tədris, əmək, ciddi tərbiyəedici  formadır. Buna görə də uşaqların oyun oynamaq həvəsindən, tələbatından  istifadə  etməklə onları müəyyən  tədrisyönümlü  məsələlərin  həllinə  yönəltmək  məqsədəuyğundur.

Dərs  prosesində oyunlardan  istifadə  olunması  aşağıdakı  məqsədlərin  reallaşmasına  imkan  yaradır:

-Didaktik  məqsədlər:  dünyagörüşünün  genişlənməsi,  dərketmə  qabiliyyətinin  artması,  qazanılmış bilikləri  təcrübədə  tətbiq  etmə  bacarığı,  praktik  fəaliyyət  üçün  zəruri  olan bacarıq    vərdişlərin,   həyati  bacarıqların formalaşması,  əmək  bacarıqlarının  inkişafı.

-Tərbiyəedici:  müstəqilliyin, möhkəm iradənin,  əməkdaşlığın, kollektivçiliyin,  kommunikativliyin,  ünsiyyət  qurma,  bir-birinin  fikrinə  hörmətlə  yanaşma,  dinləmə  bacarığının tərbiyə edilməsi,  formalaşması.

-İnkişafetdirici:  diqqətin,  yaddaşın,  nitqin, mühakimə  yürütmə qabiliyyətinin (müqayisə etmə, analogiyaları  tapma,  qarşı-qarşıya  qoyma), məntiqi, tənqidi, yaradıcı  təfəkkürün,  optimal  qərarların tapılması  bacarığının,  motivasiyanın inkişafı

-Sosiallaşma: cəmiyyətin  norma  dəyərlərinə uyğun  özünü  aparma,  mühitin  şərtlərinə  uyğunlaşma, gərginliyin (stresin)  idarə  olunması,  özünənəzarət,  unsiyyət  qurmağı  öyrənmək.

Oyun  prosesində  şagirdlər  özləri    hiss  etmədən  müxtəlif  tapşırıqları  yerinə  yetirir, tədqiqatçı  rolunda  olur, nələrisə  müqayisə  etməli,  müxtəlif  hərəkətləri  yerinə  yetirməli, şifahi hesablamalar  aparmalı,  məsələlər həll etməli  olurlar. Oyun  şagirdlərdə  qələbə  qazanmaq  həvəsini,  marağını oyadır,  uşaqlar  oyunun  qaydalarına  əməl  etməklə  daha cəld,  hazırcavab  olmağa,  tapşırığı  dəqiq  həll etməyə  çalışırlar. Tədrisyönümlü  oyunlardan istifadə  bu gün ən aktual  məsələlərdən biri olan şagirdlərin oxuyub-anlama bacarığının daha da inkişaf etdirilməsinə kömək edir.

Oyunlardan  istifadə şagirdlərin intizamlı olmasına çox  kömək  edir.  Belə  ki,  hər  bir  oyunda  müəyyən  qaydalara  riayət  olunmalıdır. Oyun  zamanı uşaqlar  yoldaşlarının  istəkləri    maraqlarını  nəzərə  almağı,  təmkinli, daha  məsuliyyətli  olmağı öyrənirlər. Oyunlar özünənəzarət  və özünüqiymətləndirmə  bacarıqlarını  formalaşdırır.  Məsələn,  dərs prosesində bəzi şagirdlər müəllim,  bəziləri isə şagird rolunda olur.  Bu cür oyunları cütlərlə, qruplarda da keçirmək olar. "Kim daha cəlddir" oyununu qruplararası  keçirdikdə  uşaqlar  təkcə  özləri  üçün  narahat olmur,  qrup  yoldaşlarının da fəal olmasına  kömək  edirlər.

Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına  şərait yaradır.  Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş  etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə,  özünün və yoldaşlarının  fəaliyyətini  təhlil etmə,  şifahi nitq, oxuyub-anlama,  dinləmə, fikrini düzgün ifadə etmə  bacarıqları inkişaf  edir.  Beləliklə, oyun  texnologiyaları  tədris materialını  əlçatan,  maraqlı,  obrazlı  şəkildə  öyrətməyə, biliklərin  daha  yaxşı  mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə  maraq  yaradır.

Oyunlardan  istifadə  etməklə öyrətmək    oynayaraq  öyrənmək  o  qədər    sadə  məsələ deyil,  amma  dərs  prosesi  ilə  əyləncəni  birləşdirərək  hər  bir  dərsdə bayram  əhvali-ruhiyyəsi yaratmaqla  onun unikallığını  artırmaq olar. Buna  görə  də şagirdlərin  biliklərinin  ümumiləşdirilməsi    sistemləşdirilməsi  formalarından  biri  kimi  müxtəlif  tədrisyönümlü  oyunlardan  istifadə  olunması həmişə  müsbət  nəticə  verir.

 

Bahar İSMAYILOVA,

Azərbaycan Müəllimlər  İnstitutunun

Zaqatala  filialının riyaziyyat-informatika

müəllimi,  əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 18 aprel.- S.12.