SABAH qrupu tələbələrinin
II Forumu başa çatıb
Dekabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu öz işinə başlayıb.
Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır.
Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlayıb və forumun işinə uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması üçün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır.
Təhsil naziri ali təhsil sahəsində islahatların yeni mərhələsinin başlandığını qeyd edərək bildirib ki, müasir çağırışlara cavab verən, rəqabətəqabil kadr hazırlığı baxımındanBöyütmək üçün seçin SABAH qruplarından gözləntilərimiz çox böyükdür. Nazir ali təhsil məkanında mövcud potensialı səfərbər etməyə imkan verən innovasiya mühitinin yaradılmasının önəminə diqqət çəkib.
Çıxışının sonunda Mikayıl Cabbarov SABAH qruplarında təhsil alan tələbələrin yaxın gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib, 1-ci SABAH Forumu ilə bağlı videoxronika nümayiş olunub.
Forumun ikinci günü tələbələr üçün “Karyera inkişafı”, “Vaxtına sahib çıx”, “İnformasiya texnologiyaları gündəlik həyatda” və “Sən də bir brendsən” mövzularında "ustad dərsləri" təşkil olunub. "Ustad dərsləri”ndə karyera inkişafı, informasiya texnologiyaları və vaxtın idarə olunması ilə bağlı tələbələrlə interaktiv dialoq yaradılıb.
Sonra panel müzakirələrə başlanılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, R.İ.S.K Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının Böyütmək üçün seçinhəmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edib. Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda keçirilən panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında təhsil alan tələbələrin müasir dünyanın çağırışlarına cavab verən, rəqabətəqabil kadr kimi formalaşması istiqamətində fikir mübadiləsi aparılıb. Tələbələrlə fəal dialoq mühiti yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Forum daha sonra intellektual oyunlarla davam etdirilib.
Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib.
Dekabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci SABAH Forumu öz işini başa çatdırıb.
Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
Azərbaycan müəllimi.- 2015.-
12 dekabr.- S.2.