Heydər Əliyev Fondunun təşəbbüsü
ilə
tikilmiş “Məzun evi”ndən reportaj
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə bu günlərdə
Abşeron rayonu Masazır kəndində valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş,
internat məktəblərindən ayrılmış gənclər
üçün 13 mərtəbəli, 120 mənzilli bina- “Məzun
evi” istifadəyə verilib. Bina yüksək keyfiyyətlə
təmir olunub. Sakinlərin yaşayışı
üçün zəruri olan avadanlıqlarla təmin edilib.
Yaşayış binasının 1-ci mərtəbəsində
ayrı-ayrılıqda kişi və qadın bərbərxanası,
50 yerlik kafe, kafenin mətbəxi, qabyuma otağı, sanitar
qovşağı, bununla yanaşı lift xolu və dəhliz
yerləşir. Binanın zirzəmisində böyük
trenajor və stolüstü tennis zalları, soyunma və məşqçi
otağı, sanitar qovşağı, istilik və elektrik məntəqəsi
yerləşir. Oxucularımızı bina və orada
yaşayan sakinlərlə yaxından tanış etmək məqsədilə
“Məzun evi”nə yollandıq. Yeni yaşayış massivində
məskunlaşan internat məktəblərinin məzunları
ilə söhbətləşdik.
Taleh Sultanov:
“Televizor, soyuducudan
tutmuş
duz qabına qədər hər şey verilib”
Hazırda nə atam, nə də ki, anam var. Anam mənim
5 yaşım olanda rəhmətə gedib. Nənəm
bizi Maştağada yerləşən 1 nömrəli internat məktəbinə
gətirib. 2000-ci ilə qədər, yəni
nənəm sağ olana kimi internata yanımıza gəlib-gedirdi.
Ondan sonra heç bir qohum-əqrəba ilə əlaqəmiz
yoxdur. İki qardaş, bir bacıyıq.
Qardaşımla birgə internat məktəbində
oxuyub yaşamışıq. O məndən
böyükdür. İnternatı bitirəndən
sonra neftdə işləməyə başladı.
Qardaşıma neftdə işlədiyi üçün
Mehriban xanım Əliyeva tərəfindən ev
verilib. Hazırda qardaşım ailəsi ilə
birgə 8-ci kilometrdə öz evində yaşayır. Mən də internat məktəbini bitirdikdən
sonra peşə məktəbində xarrat-dülgər sənətinə
yiyələndim. Sonra əsgəri xidmətə
yollandım. Əsgərliyi başa
vurduqdan sonra demək olar ki, heç nəyim yox idi. Başladım öz sənətim üzrə
işləməyə. Evlərdə günəmuzd
şəkildə usta, hərdən də fəhlə kimi
çalışıb bir tikə çörəyimi
qazanırdım. Həmin
vaxtlarda kirayədə qalırdım. İşimiz
olmayanda kirayə pulunu ödəməkdə çətinlik
çəkirdim. Pulum olmayanda utana-utana
bacımgildə qalırdım. Bir gün mənə zəng
gəldi və ev verildiyini bildirdilər. İnanın ki, çox sevinirdim. Çünki son vaxtlar məndə həyata bir
ümidsizlik yaranmışdı. Bu
dünyaya niyə gəldiyimi, bu qədər əzab-əziyyət
çəkməyimin səbəblərini axtarırdım.
Cəmiyyətdə normal insan kimi
yaşamağımın nə qədər çətin
olduğunu düşünürdüm. Allah
Prezidentimiz İlham Əliyevdən və xanımı Mehriban
Əliyevadan razı olsun. Çox sağ
olsunlar, onların sayəsində ümidsizlikdən qurtuldum. Həyata, yaşamağa məndə yeni həvəs,
stimul yarandı. Bu gün mənim artıq
öz evim var. Heç kimin yanına
sıxıla-sıxıla getmirəm. Kirayəni
necə ödəyəcəyəmi fikirləşmirəm.
Bilirsiz, bu nə qədər böyük bir
yükdən azad olmağımızdır. İndi burada işlə də təmin olunmuşam.
Binanın liftinə nəzarət edirəm.
Evlərimiz çox yüksək səviyyədə
tikilib. Tam təmirlidir. Yaşamaq
üçün normal şərait yaradılıb, məişət
əşyaları ilə təmin olunub. Televizor,
soyuducudan tutmuş duz qabına qədər hər şey
verilib. Bir daha fürsətdən istifadə
edib bizə yaradılan şəraitə görə ölkə
başçımız cənab İlham Əliyevə və
xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü
bildirirəm.
Nüranə Cabbarova: “Artıq
həyatımın ən şirin anlarını yaşayıram”
Əslən Zəngilan rayonundanam. 1992-ci ildə
anadan olmuşam. Maştağadakı 1
nömrəli internat məktəbinin məzunu olduqdan sonra
peşə liseyində təhsil almışam. Valideynlərimdən və qohum-əqrəbamdan xəbərim
yoxdur. Məktəbi bitirəndən sonra dərziliklə
məşğul olurdum. Sağ olsunlar, mənə məktəbdə
sığınacaq vermişdilər. Orada
qalırdım. Tikiş işləri ilə
də demək olar ki, məktəbdə məşğul
olurdum. Məktəb rəhbərliyi məni həmişə diqqətdə
saxlayıb. Yerim-yurdum olmadığı
üçün mənə daim qayğı göstərib.
Ev almaq xəbərini eşidəndə,
sözün əsl mənasında, nə edəcəyimi bilmədim.
Donub qalmışdım. Yatsam
yuxuma da girməzdi ki, mənim şəxsi evim olacaq. Özümün televizorum, soyuducum olacaq və mən
istədiyim zaman bu əşyalardan istifadə edəcəyəm.
Bunlar mənim üçün əlçatmaz
idi. Şükürlər olsun bu günə
ki, artıq şəxsi evim və əşyalarım var.
Bütün bunlara görə Prezidentimiz İlham Əliyevə,
Mehriban xanım Əliyevaya nə qədər təşəkkür
etsəm yenə də azdır.
Artıq həyatımın ən şirin
anlarını yaşayıram. Məktəbimizdən
tanıdığım bir oğlanla nişanlıyıq.
İnşallah, yaxın müddətdə
toyumuz olacaq. Biz bərabər bu evdə
yaşayacağıq. Düşünürəm
ki, evimiz olandan sonra yaşamaq bir o qədər də çətin
olmaz. Mən də burada xadimə işləyirəm.
Nişanlım da fəhləliklə məşğuldur. Bizə yeni həyat
qurmaqda köməklik edənlərə təkrar təşəkkürümü
bildirirəm.
Seymur İslamov: “Ölkə
başçısına və
xanımına minnətdarlığımı bildirirəm”
11
nömrəli inteqrasiya təlimli internat məktəbini bu il bitirmişəm. Valideynlərimin
hər ikisi rəhmətə gedib. Dövlətdən
başqa heç bir yerdən dəstək almıram. Məktəbi bitirdikdən sonra Bilgəh qəsəbəsində
bir qadın mənə öz evində sığınacaq
vermişdi. Həmin qadın mənimlə
nə qədər nəvazişlə və mehribanlıqla rəftar
eləsə də yenə də orada yaşamaqdan utanır və
sıxılırdım. İnternat məktəbi
bitirməyimə baxmayaraq məktəbimizin direktoru Gülnarə
xanım daim bizimlə əlaqə saxlayır, diqqət və
qayğısını əsirgəmirdi. Nəhayət,
bir gün Gülnarə xanım mənə yenə zəng elədi
və evlə təmin olunduğumu bildirdi. Doğrusu, telefonda quruyub qaldım. Sevincimdən danışa bilmirdim. Mənə Masazır kəndinə gəlməyi və
mənzilin açarlarını təhvil almağı dedilər.
Beləliklə, bura gəldik və mənzilləri
təhvil aldıq. Fürsətdən
istifadə edərək bizə belə şəraiti yaradan
dövlət başçımız İlham Əliyevə və
xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı
bildirirəm.
Mənzillərimiz çox yüksək səviyyədə
təmir olunub.
Yaşamaq üçün hər bir şərait
mövcuddur. Məişət əşyaları
da yüksək səviyyədədir. Sağ olsun,
internat məktəbimizin kollektivi də bizə baş çəkərək
soyuducularımızı doldurub. Bol
çeşidli ərzaq məhsulları ilə bizə qonaq gəliblər.
Çalışacağam ki, dövlətimizin mənə
göstərdiyi diqqət və qayğını, güvəni
boşa çıxarmayım. Layiqli vətandaş
kimi dövlətimizə, xalqımıza ləyaqətlə
xidmət edim.
Fərid Quliyev: “Mənzilə daxil olarkən
sevincimdən hönkür-hönkür ağladım”
1993-cü ildə anadan olmuşam. Atam Bakı
şəhərindən, anam isə Balakən rayonundandır.
Mərdəkanda yerləşən 2 nömrəli
internat məktəbinin məzunu olmuşam. 9-cu sinfi burada bitirdikdən sonra 18 nömrəli
peşə liseyində təhsilimi davam etdirdim. Sonra məni Binədə yerləşən peşə
liseyinə göndərdilər. Peşə
liseyində oxuyarkən həmin liseyin yataqxanasında
qalırdım. Liseyi bitirdikdən sonra isə
Sabunçuda kirayədə yaşayırdım. Oteldə barmen işləyirdim. Qazandığım
pulun böyük hissəsi ilə kirayəni ödəyirdim.
Bir qarnım ac, bir qarnım tox dolanırdım.
Bütün çətinliklərə baxmayaraq
çalışırdım ki, həyatda dik dura bilim.
İnternat məktəbdən bizə ev
verəcəklərini bildirmişdilər. Məktəb
rəhbərliyi həmişə telefonumuzu açıq
saxlamağı, nömrəmizi dəyişməməyi
deyirdi. Səmimi deyim ki, ümidim yox idi ki, mənə ev versinlər. Bir gün kirayə
qaldığım evdə oturub xəyallara
dalmışdım. Gələcəyimlə
bağlı şirin xəyallar qururdum ki, telefonuma gələn
qəfil zəng məni xəyallardan oyatdı. Zəng edən 2 nömrəli internat məktəbinin
direktoru idi. Mənə ev verildiyini və
səhər tezdən Masazır kəndində
olmağımı bildirdikdə sevincimin hədd-hüdudu yox
idi. Bu xəbər mənim həyatımda ən
xoş xəbər idi. Həmin
günü sevincimdən gecə yata bilmədim. Səhərin açılmağını səbirsizliklə
gözləyirdim. Nəhayət, səhər
açıldı və mən Masazır qəsəbəsinə
gəldim. Püşkatma yolu ilə evləri
bizə təqdim etdilər. Keçirdiyim
hissi sözlə ifadə etmək mümkün deyildi. Mənzilə daxil olarkən sevincimdən
hönkür-hönkür ağladım. Təsəvvür
edirsizmi, mənim artıq öz evim, öz yuvam var idi. Bu hissi mənə yaşatdıqlarına görə
Prezidentimiz İlham Əliyevə, onun xanımı, daim bizim
yanımızda olan Mehriban Əliyevaya dərin təşəkkürümü
bildirirəm. Bildirmək istəyirəm
ki, öz doğma valideynlərimiz bizi tərk etsə də,
şükürlər olsun ki, qayğımıza qalan, problemlərimizi
daim düşünən dövlətimiz var. Mən fəxr
edirəm ki, Azərbaycan kimi ölkədə yaşayıram.
Artıq bir neçə gündür ki, burada
yaşayıram. Sağ olsunlar, məni işlə də təmin ediblər.
Yaşadığımız binanın
mühafizə xidmətində çalışıram.
Hazırda özümü xoşbəxt hiss edirəm.
Elçin Sultanov: “Övladımın öz
şəxsi evimdə
anadan
olacağına görə çox sevinirəm”
1993-cü ildə anadan olmuşam. 1 nömrəli internat məktəbində oxumuşam. Peşə liseyində qaynaqçı peşəsinə yiyələndikdən sonra əsgəri xidmətə yollandım. Xidmətimi bitirdikdən sonra isə müstəqil həyata başladım. Kafelərin birində ofisiant işləyirdim. Elə kafedə də qalırdım. Sonra ailə qurmaq haqqında düşündüm. Sevdiyim bir xanımla evləndim. Artıq kirayə ev tutmaq məcburiyyətində idim. Bu müddət ərzində dayılarım da mənə müəyyən köməklik göstərirdi. Lakin buna baxmayaraq çətinliklər çəkirdim. Az miqdarda qazandığım pul kirayə ödəməyə və minimum gündəlik xərclərə yetmirdi. Pis günün ömrü az olar, deyiblər. Doğrudan da belə oldu. Heç gözləmədiyim halda mənə zəng gəldi və evlə təmin olunduğumu bildirdilər. Tez yoldaşıma zəng elədim və sevincimi onunla bölüşdüm. Nəhayət, bizi bu binaya gətirdilər. Binanın təntənəli surətdə açılış mərasimi oldu. Mənzillərin açarlarını bizə təqdim etdilər. Mənzilə daxil olanda çaş-baş qalmışdıq. Evdə demək olar ki, hər şey var idi. Yoldaşımla birgə ən sevincli günümüzü yaşayırdıq. Artıq bizim öz şəxsi evimiz var idi. Kirayələrdən canımız qurtarmışdı. Bir şeyi də nəzərə çatdırım ki, yaxın müddətdə biz özümüz valideyn olacağıq. Bu baxımdan, övladımın öz şəxsi evimdə anadan olacağına görə çox sevinirəm. Bu, çox gözəl və unudulmaz hisslərdir. Uzun illər xiffət çəkərək yaşasam da hazırda özümü güclü, xoşbəxt hiss edirəm. Çünki arxamızda bizə dəyər verən, bizi həmişə dəstəkləyən böyük, qüdrətli dövlətimiz var. Fürsətdən istifadə edib həm öz adımdan, həm də həyat yoldaşım adından ölkə başçımız İlham Əliyevə, həmişə bizlərə ana qayğısı göstərən Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 12 dekabr.- S.7.