Azərbaycan dilindən dərs nümunəsi

 

Azərbaycan dili fənni

V sinif

 

Mövzu:  Rəmzə çevrilmiş adlar  (2-ci dərs)

Standart: 1.2.2. Fikirlərini konkret  fakt  və nümunələrlə  əsaslandırır.

1.1.2. Dinlədiyi  məlumatlardakı  əsas faktları  seçir.

3.1.2.  Mövzu ilə bağlı  topladığı materiallar  əsasında mətn hazırlayır.

Təlim məqsədləri: 1. Müsbət və mənfi ədəbi qəhrəmanları fərqləndirir,  fikrini izah edir.

2. Dinlədiyi mətnin əsas ideyasını müəyyən edir.

3.  Dil qaydalarını praktik olaraq yerinə yetirir.

İş  üsulları:                Beyin həmləsi, müzakirə.

İş  forması:                Böyük qruplarla ,  kollektivlə  .

İnteqrasiya:              Ədəbiyyat, təsviri incəsənət, texnologiya.

Resurslar: İKT, dərslik, vərəqləri, illüstrasiyalar, kompozisiyalar, qiymətləndirmə cədvəli, marker, krossvord.

Dərsin gedişi: Salamlaşma, sinfin təşkili. Ev tapşırıqlarının yoxlanması.

Keçən dərsdə verilmiş ev tapşırığı layihə şəklindədir. Belə layihələrin hazırlanması şagirdlərin tədqiqat vərdişlərinin,  biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında  mühüm rol oynayır.

Motivasiya: Motivasiya yaratmaq üçün lövhədə 3 atalar sözü nümayiş etdirirəm:

* Kişi öz sözünün ağası olar.

* Dövlətlinin dili uzun, əli qısa olar.

* Evdə bişməyib, qonşudan gəlməyib!

Sonra sinfə aşağıdakı suallarla müraciət edirəm:

- Usaqlar, bu atalar sözlərini sizə tanış olan hansı ədəbi qəhrəmanlara aid etmək olar?

- Onlar hansı əsərlərin personajlarıdır?

-  Onları birləşdirən cəhət nədir?

- Bu obrazların hər biri nəyin rəmzinə çevrilib s.

Şagirdlərin ehtimal olunan cavabları:

- Birinci atalar sözü Qurbanəli bəyə, ikinci atalar sözü Haci Qaraya, üçüncu isə Novruzəliyə aid edilə bilər.

- Bu personajların hər birinin adı rəmzə çevrilib.

- Novruzəli avamlığın, Hazı Qara xəsisliyin, Qurbanəli bəy isə yalançılığın rəmzidir.

Şagirdlərin cavablarından sonra tədqiqat sualı qoyulur:

Tədqiqat sualı: - Daha hansı rəmzə çevrilmiş  adları tanıyırsınız?

Tədqiqat aparmaq üçün sinif “Hacı Qara”, “Qurbanəli bəy”, “Novruzəli” adlı qruplara ayrılır.  Qruplara aşağıdakı məzmunda  vərəqləri paylanır:

İş vərəqi 1.

1. “Rəmzə çevrilmiş adlar  mətnində işlənmiş frazeoloji birləşmələri seçib yazin.

2. Frazeoloji birləşmələr haqqında danışın.

İş vərəqi 2.

1. “Rəmzə çevrilmiş adlar” mətnindəki ədəbi  qəhrəmanların əsas xüsusiyyətlərini yazın. Həmin sözlərə sinonim tapın.

3. Sinonimlər  haqqında  danışın.

İş vərəqi 3.

1. “Rəmzə çevrilmiş adlar” mətnindəki ədəbi qəhrəmanların əsas xüsusiyyətlərini yazin. Həmin sözlərə antonimlər yazın.

3. Antonimlər haqqında danışın.

Sonra qruplara aşağıdakı tapşırıqlar verilir:

Hacı Qaraqrupu: Heyvanlar haqqında oxuduğunuz əsərlərdə və baxdığınız filmlərdə yaddaqalan heyvan obrazlarını səciyyələndirin.

Qurbanəli bəyqrupu: Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri əsasında müsbət keyfiyyətlərin daşıyıcısı olan obrazları seçib səciyyələndirin.

Novruzəli  qrupu: Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri əsasında mənfi keyfiyyətlərin daşıyıcısı olan obrazları seçib səciyyələndirin.

İnformasiya mübadiləsi müzakirəsi: Tədqiqat tamamlandıqdan sonra qruplar əldə etdiyi faktları təqdim edirlər.  Bütün şagirdlər problemlə bağlı aparılmış tədqiqatlarla tanış olurlar.  Sonra tədqimatlar müzakirə edilir və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirmə aparılır.

Sonra sinifdə krossvord üzərində iş aparılır. Krossvordu təqdim edib şagirdlərə deyirəm:

- Krossvordu həll etsəniz, rəngli xanalarda fədakarlığın rəmzinə çevrilmiş yunan qəhrəmanının adını öyrənəcəksiniz.

Krossvord: 1. Hər hansı bir iş uğrunda sonacan çalışıb-vuruşan.

2. Xoşxasiyyət, nəvazişli.

3. Tapşırıqlara laqeyd yanaşan, işi səliqəsiz görən, diqqətsiz.

4. Başqasının uğurunu gözü götürməyən, yaxşı olmasını istəməyən.

5. Hər şeydən çəkinən cəsarətsiz.

6. Etdiyi yaxşılığı dilə gətirməyən, heç vaxt lovğalanmayan.

7. İş görmək istəməyən, zəhmətdən qaçan.

8. Doğru danışmayan, hamını aldadan.  

Şagirdlər krossvordu həll edib “Prometey” sözünü oxuyurlar.  Əgər bu obraz şagirdlərə tanış deyilsə, qısa məlumat verirəm:

- Prometey yunan əsatirlərindən birinin qəhrəmanıdır. O, insanları çox sevdiyi üçün allahlardan odu oğurlayıb insanlara bəxş edir.  Bununla da fədakarlıq rəmzinə çevrilir.

Krossvordun birinci sualına diqqəti yönəldir və əlavə sual verməklə iş aparıram:

- “Mübarizsözü sizə kimi xatırladır?

-  M.İbrahimov  haqqında bilirsiniz?

-  Onu da fədakar hesab edirsinizmi?  s.  

Digər mənəvi keyfiyyətlərlə bağlı sual-cavabla işi davam etdirirəm.

Ümumiləşdirmə nəticə: Yenidən diqqət tədqiqat sualına yönəldilir. Aşağıdakı sualları verirəm:

- Bu gün yeni nə öyrəndiniz?

- Hansı rəmzə çevrilmiş adlarla tanış oldunuz?

- Dərs prosesində ən çox xoşunuza gələn nə oldu?

- Sadaladığınız ədəbi qəhrəmanlardan hansına bənzəmək istərdiniz?

- üçün mənfi qəhrəmanlara oxşamaq istəməzdiniz? s.

Sonra aşağıdakı şərhlə mövzunu bu günümüzlə əlaqələndirirəm:

- Uşaqlar, Novruzəli avam savadsiz idi, məktəbə getməmişdi. Bu gun isə təhsilə böyük dövlət qayğısı var. Sizin yaxşı oxumağınız üçün dövlətimiz yeni məktəblər tikir, sizi dərsliklə təmin edir. Elə oxuduğunuz məktəb Prezidentimiz cənab İlham Əliyevin bizə hədiyyəsidir. Bu qayğının müqabilində yaxşı oxuyun, vətənpərvər olun, müəllimlərinizi sevindirin.

Dərsin bu mərhələsində şagirdlərRəmzə çevrilmiş adlarmətnində adı çəkilənPoçt qutusu”, “Qurbanəli bəyHacı Qaraəsərlərindən kiçik epizodları səhnələşdirərək nümayiş etdirirlər.

Qrup işlərinin qiymətləndirilməsi üçün meyar cədvəlindən istifadə edirəm:

Şagirdlərin dərs ərzində işini səviyyələr üzrə fərdi qaydada da qiymətləndirirəm.

 

İlhamə SULTANOVA,

Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta

məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 12 dekabr.- S.12.