Dünyanın ən yüksək reytinqli universitetlərində
təhsil alan azərbaycanlı
tələbələr
Xəyalə EYLAZOVA, Kembric Universitetinin tələbəsi
1982-ci ildə Bakıda
anadan olub. 1999-cu ildə Bakıdakı 271 nömrəli tam orta məktəbi bitirib.
2003-cü ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası
üzrə bitirərək
bakalavr dərəcəsi
alıb. 2005- 2007-ci illərdə
Norveç Biznes Məktəbində beynəlxalq
menecment ixtisası üzrə təhsil alıb. Hazırda
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Böyük Britaniyanın
Kembric Universitetində
biznesin idarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirir.
Əlikram İSAYEV,
Harvard Universitetinin tələbəsi
1990-cı ildə İmişli
rayonunda anadan olub. 2007-ci ildə N.Gəncəvi
adına 2 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Bakı
Dövlət Universitetini
beynəlxalq hüquq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb.
Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində
ictimai siyasət ixtisası üzrə magistr təhsili alır.
Murad İSMAYILOV, Kembric Universitetinin
doktorantı
1982-ci ildə Sumqayıtda
anadan olub.
2000-ci ildə Sumqayıtdakı 11 nömrəli
tam orta məktəbi əla qiymətlərlə
başa vurub. 2004-cü ildə Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər ixtisası
üzrə bitirərək
magistr dərəcəsi
alıb. Hazırda
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alır.
Eldar BABAYEV, Oksford Universitetinin tələbəsi
1993-cü
il mayın
1-də Ukraynanın Kiyev
şəhərində anadan
olub. Əvvəlcə Bakıdakı
264, 138 nömrəli tam orta məktəblərdə, VII sinifdən Dədə Qorqud Özəl Türk liseyində oxuyub. 2010 - 2012-ci illərdə
Bakı Dövlət Universitetində kompüter
elmləri ixtisası üzrə təhsil alıb. 2012 -
2015-ci illərdə Böyük
Britaniyanın London Universitet Kollecində riyaziyyat ixtisası üzrə bakalavr təhsilini davam etdirib. Hazırda
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Böyük Britaniyanın
Oksford Universitetində
kompüter elmləri ixtisası üzrə magistr təhsili alır.
Orxan KƏRİMZADƏ, London İmperial Kollecinin
tələbəsi
1989-cu ildə Bakı
şəhərində anadan
olub. 2006-cı ildə
Bakıdakı 18 nömrəli pilot məktəbi
əla qiymətlərlə
bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika
fakültəsini fərqlənmə
diplomu ilə bitirib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində
2010-2014-cü illərdə Cənubi Koreyanın
KAİST Universitetində elektrik
və elektronika mühəndisliyi ixtisası
üzrə bakalavr təhsili alıb. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük
Britaniyanın London İmperial
Kollecində alternativ enerji ixtisası üzrə magistr təhsili alır.
Ramil MƏHƏRRƏMOV, Massaçusets Texnologiyalar
İnstitutunun magistri
1979-cu il iyulun
18-də Qərbi Azərbaycanda
anadan olub. 1999-cu ildə Qafqaz Universitetini əla qiymətlərlə bitirib. Daha sonra təhsilini iqtisadi
siyasət və inkişaf ixtisası üzrə Amerika Birləşmiş Statlarının
Massaçusets Universitetində
davam etdirərək magistr dərəcəsi alıb. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Amerika Birləşmiş Ştatlarının Massaçusets
Texnologiyalar İnstitutunda
MBA dərəcəsi üzrə
magistr təhsili alır.
Olesya RAZUVAYEVSKAYA, Kembric Universitetinin
tələbəsi
1989-cu il noyabrın
15-də Bakıda anadan
olub. Bakıdakı 210 nömrəli tam orta məktəbi bitirib.
2007-ci ildə Azərbaycan
Dövlət Neft Akademiyasının istehsal
proseslərinin avtomatlaşdırılması
fakültəsinə daxil
olub. Prezident təqaüdünə layiq
görülüb. 2011-ci ildə bakalavr təhsilini əla qiymətlərlə başa
vurub.
2011-2012-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Böyük Britaniyanın
Edinburq Universitetində kompüter
elmləri ixtisası üzrə magistr təhsili alıb. Hazırda Dövlət Proqramı çərçivəsində
Böyük Britaniyanın
Kembric Universitetində
kompüter elmləri ixtisası üzrə doktorantura təhsili
alır.
Paşa PAŞAZADƏ, London İmperial Kollecinin
tələbəsi
1992-ci il noyabrın 1-də Bakı
şəhərində anadan
olub. 1999-2010-cu illər ərzində Bakıdakı
164 nömrəli tam orta məktəbdə
oxuyub.
2010-2015-ci illərdə Türkiyənin Orta Doğu
Texnik Universitetinin elektrik və elektronika mühəndisliyi fakültəsində
təhsil alıb. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Böyük Britaniyanın
London İmperial Kollecində
elektrik və elektronika sahəsində “Kontrol sistemləri” mühəndisliyi
ixtisası üzrə
magistr təhsili alır.
Ramilə ƏLƏSGƏROVA, London İmperial Kollecinin
tələbəsi
1992-ci il avqustun 24-də Gədəbəy rayonunda anadan olub. Paytaxtdakı 19 nömrəli
tam orta məktəbdə
təhsil alıb.
2010-2015-ci illərdə Qafqaz
Universitetində
maliyyə -kredit
ixtisası üzrə təhsil alaraq bakalavr dərəcəsi alıb. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Böyük Britaniyanın London İmperial
Kollecində
biznesin analitikası
(kompüter
elmləri)
ixtisası üzrə magistr təhsili alır.
Nəriman MƏMMƏDLİ, London İmperial Kollecinin
tələbəsi
1992-ci il dekabrın 21-də Bakıda
anadan olub. 2010-cu ildə Türkiyə
Diyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Ali məktəblərə keçirilən
qəbul imtahanlarında
700 bal toplayaraq Qafqaz
Universitetinin informasiya
texnologiyaları və
sistemləri mühəndisliyi
ixtisasına
qəbul olunub.
2011-2015-ci illər ərzində
Dövlət Proqramı
ilə Kanadanın
Toronto Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirib. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Böyük Britaniyanın
London İmperial Kollecində
kompüter elmləri ixtisası üzrə magistr
təhsili alır.
Tərlan SÜLEYMANOV, Oksford Universitetinin
doktorantı
1993-cü
il avqustun 1-də Göyçay
şəhərində anadan olub. 2010-cu ildə Ağdaş
Özəl Türk Liseyini bitirib. 2010-cu
ildə
ali məktəblərə
qəbul imtahanında
690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli kompüter mühəndisliyi
fakültəsinə qəbul olunub. 2011-2015-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetinin kompüter elmləri fakültəsində
bakalavr və magistratura səviyyələrində təhsil
alıb. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Böyük Britaniyanın
Oksford Universitetində
doktorant səviyyəsi
üzrə təhsil alır.
Günel ƏZİZOVA, London İmperial Kollecinin
tələbəsi
1993-cü
il martın 19-da Lerik
rayonunun Çayrud kəndində anadan olub. Orta təhsilini Bakıdakı 117 nömrəli
tam orta məktəbdə
alıb. 2010-cu ildə Qafqaz
Universitetinin kimya mühəndisliyi fakültəsinə
(ingilisdilli) qəbul olub.
2014-cü ildə Mövlana
Mübadilə Proqramının
təqaüdçüsü olaraq təhsilini Türkiyənin İstanbul
Texniki Universitetində
davam etdirmək şansı qazanıb.
2015-ci ildə Qafqaz Universitetinin kimya mühəndisliyi bölümünü fərqlənmə
ilə bitirib. Hazırda
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Böyük Britaniyanın London İmperial Kollecində kimya mühəndisliyi ixtisası üzrə magistr təhsili alır.
Toğrul KƏRİMOV, Oksford Universitetinin
tələbəsi
1998-ci ildə Zaqatala
şəhərində anadan
olub. 2008-2013-cü illərdə
Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə, 2013-2015-ci illərdə
Xəzər Universitetinin
Dünya Məktəbində
təhsil alıb. 2015-ci ildə
bu məktəbi qızıl medalla bitirib. Dünya Məktəbinin Beynəlxalq
Bakalavriat Diplom Proqramından (İnternational
Baccalaureate Diploma Programme) məzun olub. Hazırda “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində kompüter elmləri ixtisası üzrə bakalavr təhsili alır.
Cahangir MƏMMƏDOV, Oksford Universitetinin
magistri
1991-ci ildə Bakıda
anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü ildə “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester
Universitetində təhsilini
başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda Dövlət Proqramı
çərçivəsində Böyük Britaniyanın
Oksford Universitetində
informasiya texnologiyaları
üzrə magistr təhsilini başa vurmaqdadır.
Oruc Mustafayev
Azərbaycan müəllimi.-
2015.- 19 dekabr.- S.9.