Azərbaycanlı müəllim Zigen

Universitetində mühazirə oxuyub

  

Alman tələbələri ADİU-nun kreditini qazanıblar

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev fevralın 2-dən 6-dək, bir həftə müddətində Almaniyanın Zigen Universitetində "Beynəlxalq nəqliyyat əməliyyatları" fənnini tədris edib.

ADİU-nun beş, Zigen Universitetinin isə on üç tələbəsinin iştirak etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özü seçib.

Dərsləri uğurla bitirən alman azərbaycanlı tələbələrə sertifikatlar təqdim olunub. Onlara həmçinin ADİU-nun kreditləri veriləcək.

Biz alman tələbələrin seçdiyi müəllimi sizinlə tanış etmək istədik.

Anar Rzayev Xəzər Universitetinin beynəlxalq münasibətlər hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində təhsil alıb orada "Dekanın şərəf siyahısına" daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis fars dillərini bilir.

- Almaniyaya getmək üçün hansı mərhələlərdən keçmisiniz?

- Səfərimiz ADİU-nun Zigen Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Universitetimiz tərəfindən həmin ali məktəbə bir neçə fənn tədris olunması üçün təklif edilib Zigen Universiteti beynəlxalq nəqliyyat əməliyyatları fənnini seçib. Sonra isə fənnin sillabusu mənim CV-ım alman tələbələrə təqdim edilib. Bilirsiniz ki, alman tələbələri fənləri seçməkdə azaddırlar çoxlu sayda fənlərdən seçim aparırlar. Onlardan 13-ü ADİU-nun təklif etdiyi fənni seçib. Həmin tələbələrə eyni zamanda ADİU-nun ingilis dilində təhsil alan beş tələbəsinə bu fənn tədris olundu onlar ADİU-nun kreditlərini əldə etdilər. Zigen Universiteti ADİU-nun verdiyi kreditləri öz tələbələri üçün tanıyır.

- Almaniyadakı fəaliyyətiniz nələri əhatə etdi?

- Bu səfərimiz yalnız tədrislə bağlı idi. Qeyd etmək lazımdır ki, ADİU ilə Zigen Universiteti arasında birgə elmi araşdırmalar aparmaq barədə danışıqlar olacaq o zaman inanıram ki, bu da baş tutacaq.

- Almaniyadakı təhsil sistemi, tələbə həyatı ilə bizdəki arasında hansı fərqləri müşahidə etdiniz?

- Əsas fərq ondan ibarətdir ki, tələbələr özləri öz fənlərini seçirlər universitetin tələb etdiyi proqramı qrup formasında yox, fərdi qaydada yerinə yetirirlər. Qruplar tələbələrin hansı fənni seçməsindən asılı olaraq formalaşır. Tələbələrin davamiyyəti yoxlanmır. Sadəcə olaraq imtahanı vermək o qədər çətinləşdirilib ki, dərsə gəlmədən imtahanı vermək, demək olar ki, mümkün deyil. Elmi yazan almanlar öz elmi məsləhətçisinin assistenti olmaq məcburiyyətindədir buna görə yarım ştat maaş alırlar. Bu sistem elmi rəhbərə öz tədris elmi fəaliyyətini genişləndirməyə daha effektiv qurmağa şərait yaradır. Məsələn, keçən il ADİU-da dərs demiş professor Petra Mooqun altı assistenti var o, onların elmi rəhbəridir. Ümumiyyətlə, fərqlər barəsində çox danışmaq olar. Alman tələbələri üçün ingilis dilini bilmək məcburidir. Bu da müəllimlərə kitab tərcüməsini, ümumiyyətlə, ədəbiyyatla bağlı bütün problemləri həll etməyə imkan yaradır. Onlar heç düşünmədən ingilis dilində olan kitabı tələbəyə verirlər. Təsəvvür edin, bu təhsilin keyfiyyətini qədər artırır universitetləri qədər əlavə xərcdən azad edir.

- Tədrisi hansı metodlarla aparırsınız?

- Tədrisi yalnız interaktiv metodlarla aparıram. Ümumiyyətlə, ADİU-da ingilis dilində təhsil demək olar ki, interaktiv metodlar üzərində qurulub. Burada əsas məsələ seminarların qurulmasıdır. Seminarda tələbəni hər hansı bir problemi müzakirə etməyə həvəsləndirməkdən savayı onların özlərinin praktiki bir görərək bunu mənimsəməsi çox mühümdür. Məsələn, beynəlxalq nəqliyyat əməliyyatları fənnində tələbələrin beynəlxalq daşımalarda istifadə edilən sənədlərin əllə doldurulmasını öyrənmələri yüksək qiymət almaq üçün şərtdir. Tələbələrin kiçik olsa layihə işləri onu qrup şəklində təqdim etmələrinə çox böyük önəm verirəm. Layihələr, onların təqdimatları, praktiki işlər tələbələrlə mühazirələrdə təmas qurmaq həvəsi onları tədris edilən fənnin aləminə aparır çox maraqlı bir ahəng yaradır.

- İştirak etdiyiniz proqramı necə dəyərləndirirsiniz?

- Bu proqramı çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, belə proqramlar son vaxtlar təhsil sistemimizdə gedən islahatların məntiqi ilə uyğundur nəticələrindəndir. Əminəm ki, təhsil sistemimizdə çox sayda xarici universitetlərdə dərs deyə biləcək müəllimlərimiz var. Belə proqramların genişlənməsi təhsil sistemimizin beynəlxalq arenada nüfuzuna müsbət təsir göstərir. Bu proqram nəticəsində ADİU Zigen Universiteti arasında əməkdaşlığın daha da genişlənməsinə yeni bir təkan ola daha da yüksək pillələrə qalxa bilər.

  

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.5.