Doktorantların və gənc
tədqiqatçıların XIX
Respublika
elmi konfransının keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələrinin rektorları Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il 28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (Ə.Muradov):
4.1. Konfransın Azərbaycan
Dövlət İqtisad
Universitetində yüksək
səviyyədə keçirilməsi
üçün lazımi
şərait yaratsın.
4.2. Konfransın proqramının
nəşrini, materiallarının
nəşrə hazırlanmasını
və nəşr edilməsini təmin etsin.
5. Elm və ali
təhsil şöbəsi
(G.Hüseynova) konfransın
keçirilməsi ilə
əlaqədar lazımi
təşkilati məsələləri
həll etsin.
6. İqtisadiyyat şöbəsi
(R.Orucov) təqdim olunan təsdiqedici sənədlər
əsasında
konfransın keçirilməsi
ilə bağlı xərclərin ödənilməsini
təmin etsin.
7. İnformasiya şöbəsi
(E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet
səhifəsində yerləşdirilməsini,
"Azərbaycan müəllimi"qəzetində
dərc olunmasını,
əmrin çoxaldılıb
ali təhsil
müəssisələrinə göndərilməsini təmin
etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
3 fevral 2015-ci il
Azərbaycan müəllimi.- 2015.-
14 fevral.- S.6.