"Xaricdə təhsil almaq
uşaqlıq arzum
idi"
Böyük Britaniyanın Oksford
Universitetinin tələbəsi Cahangir Məmmədovla söhbət
Cahangir Arif oğlu Məmmədov 1991-ci ildə Ağsu şəhərində anadan olub. Orta məktəb təhsilini Bakı Özəl Türk Liseyində bitirib. Respublika üzrə
bir çox fənn yarışmalarının
qalibi olub. Ali məktəblərə
keçirilən qəbul
imtahanlarında II qrup
üzrə 660 bal toplayıb. 2011-2014-cü illər ərzində Böyük Britaniyanın
Mançester Universitetində
kompüter elmləri üzrə bakalavr təhsili alıb. Ali təhsilin
ilk pilləsini yüksək
nailiyyətlərlə başa
vurub. Hazırda isə "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində
Böyük Britaniyanın
Oksford Universitetində
kompüter elmləri ixtisası üzrə magistr təhsili alır.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Xaricdə təhsil almaq uşaqlıq arzum idi. Ailəm və
müəllimlərim hər
zaman məndən yüksək nəticələr,
gözəl tərbiyə
və yoldaşlarıma
örnək olmağımı
tələb edirdilər.
Qərarımı demək olar
ki, uşaqlıq illərimdən onlar formalaşdırıblar. Bu yolda
addımlamağımda əməyi
keçən hər kəsə, ən əsası da valideynlərimə
və müəllimlərimə
dərin minnətdarlığımı
bildirirəm.
Mən ikinci dəfə idi ki, Dövlət Proqramına sənəd verirdim. Budəfəki seçim prosesi
əvvəlkindən bir
çox amillərə
görə fərqlənirdi.
Çünki bütün bu prosesdə iştirak edən mütəxəssislərin
peşəkarlığı göz qabağında
idi. Dövlətin gənclər
siyasəti haqqında
sadəcə olaraq onu demək istərdim ki, Azərbaycanın inkişafında
düzgün strategiyanı
tətbiq etdiyinə və biz gənclərə
böyük diqqət
və qayğı göstərdiyinə görə cənab Prezidentimizə
dərin minnətdarlığımı bildirirəm.
- Mütaliə edirsinizmi? Kitablara münasibətiniz?
- Təəssüf
ki, mütaliə etməyə çox vaxtım olmur. Adətən
dünyada baş verən iqtisadi-siyasi proseslərlə bağlı
məqalələri oxumağı
xoşlayıram. Kitablara münasibətim çox yaxşıdır. Bu müsahibəni
oxuyacaq dostlarıma
onu məsləhət
görərdim ki, daha çox düşündürücü kitablar, dərin fəlsəfəsi olan əsərlər oxusunlar.
- Niyə məhz
Oksfordu seçdiniz?
- Oksford, Kembric, Harvard və
bu qəbildən olan digər universitetlərin
fərqi ondan ibarətdir ki, burada sadəcə
elm öyrədilmir. Bu mühit insana fərqlilik, özünü
vacib hiss etmək, insanlarla münasibət, adət-ənənə, liderlik
və mədəniyyət
öyrədir. Buraya gəldikdən
sonra bir daha belə qənaətə gəldim ki, Oksford digərlərindən
fərqlidir və fərqli insanların toplaşdığı bir
mühitdir.
- Tələbələrin
elmi tədqiqatçılıq
fəaliyyətinə cəlb
olunması barədə
nə deyə bilərsiniz?
- Oksford Universitetinin
təxminən 22 min tələbəsi
var, onlardan 10 mini magistratura və doktorantura pilləsində
təhsil alır. Bu da universitetin daha çox elmi-tədqiqat institutlarından
təşkil olunduğunun
göstəricisidir.
Oksfordda oxuyan hər bir tələbə tədqiqatla məşğul
olur. Universitet tələbələrinə
elm öyrətməkdən daha çox elmi necə öyrənməyi öyrədir.
Bu da tələbələrdə
oxuduqları hər şeyi araşdırmağa
maraq yaradır.
Universitet və biznes əməkdaşlığı barədə onu deyə bilərəm ki, bu çoxtərəfli tərəfdaşlığa soykənir. Əgər kəşf olunan yeni elmi məhsul real həyatda, yəni biznesdə tətbiq oluna bilərsə, amma tətbiq olunmursa, o zaman, ya bu yenilik dövrün tələbindən daha irəlidədir ya da kifayət qədər lazımsızdır. Ona görə də universitetlərin hər zaman biznes tərəfdaşlığına ehtiyacı var. Məsələn, bir çox məşhur və uğurlu şirkətlər Oksforda investisiya yatırır ki, öz biznesləri üçün yeniliklər araşdırılsın. Onlar həmin bu yenilikləri bizneslərinə tətbiq edib qoyduqlarından daha çoxunu götürə bilirlər.
- Universitetin bunda xeyiri nədir?
- Birincisi, bu, universitetin əsas maliyyə qaynaqlarından biridir. İkincisi, universitetdə bir çox doktorant üçün əlavə yerlər açılır. Üçüncüsü, kəşf universitetin kəşfi sayılır, şirkətin yox. Dördüncüsü, universitetin reytinqi daha da artır. Universiteti nüfuzlu edən onun elmi tədqiqatlarıdır. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycan universitetləri daha çox tədqiqatla məşğul olsunlar.
- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız?
- Şübhəsiz ki, xaricdə oxuyan gənclərimiz bir az fərqli düşüncəyə malik olmalıdırlar. Çoxlu pul qazanmaq, yaxşı maşın, ev sahibi olmaq üçün oxumaq prinsipi onlardan uzaq olmalıdır. Onlar Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə, proqramın məram və amalına uyğun təhsil alaraq yaxşı mütəxəssis kimi ölkəmizin davamlı inkişafına töhfə verməyi ən müqəddəs vəzifə hesab etməlidirlər. Fikrimcə, xaricdə təhsil proqramı cənab Prezident tərəfindən Azərbaycan xalqı üçün edilmiş ən böyük yaxşılıqdır. Dövlət başçısının və xalqın etimadını doğrultmaq lazımdır.
- Azərbaycan universitetlərinin dünyanın reytinqli ali məktəbləri arasında yer alması hamımız üçün sevindirici olardı.
- Yaxşı sualdır. Bunun üçün biz dünyanın top 10 və ya top 20 ölkəsi arasında yer almalıyıq. Məlum olduğu kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının ən başlıca prioritet hədəflərindən biri Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması, elm və innovasiyalara əsaslanan, yüksək keyfiyyətli təhsil sisteminə malik yeni cəmiyyət quruculuğudur. Ölkəmizin və təhsil sistemimizin inkişafı və beynəlxalq rəqabətqabiliyyətinin artması sayəsində milli universitetlərimiz də dünya reytinqlərində yüksək yer ala bilər.
- Bir neçə kəlmə seçdiyiniz ixtisas barədə.
- Seçdiyim ixtisas elə bir ixtisasdır ki, hər cəhətdən Azərbaycana xeyir verə bilər. Çünki nəinki öz sənayesi var, hətta digər sənayelərin də əsas aparatı mühəndisliyin bu qolu ilə bağlıdır. Bu elmsiz nə bir müəssisə, nə bir sistem və ya nə bir gündəlik həyat fəaliyyətini təsəvvür etmək olmaz. O hər yerdədir və sənayenin inkişafı böyük miqyasda ondan asılıdır.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 14 fevral.- S.7.