N.V. Qoqolun "Evlənmə"

tamaşası tələbələrin ifasında

 

Böyütmək üçün seçinFevralın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında  dram teatrı və kino aktyoru kafedrasının  müdiri, professor, əməkdar artist Gülşad Baxşiyevanın rəhbərlik etdiyi IV kurs tələbələrinin ifasında N.V.Qoqolun "Evlənmə" tamaşası nümayiş olunub. Universitetin müəllim və tələbə heyəti ilə yanaşı, 53 nömrəli tam orta məktəbin şagirdləri də tamaşanı böyük maraqla izləyiblər. İki saat davam edən tamaşa uğurla başa çatıb.

 

Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2015.- 21 fevral.- S.15.