Ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə

aid tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR  EDİRƏM:  

    

1.  Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün

2015-2016-cı dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:

1.1. Ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);

1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr);

1.3. Ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr);

1.4. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr);

1.5. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr);

1.6. Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə).

2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

 4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.            

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

22 iyun 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 4 iyul.- S.2.