"Kembric Universitetində

təhsil almaq istəyirəm"

 

Beynəlxalq olimpiadaların 11 yaşlı qalibi danışır

 

 Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır (M.K.Atatürk). Yazıma bu sitatla başlamağımın səbəbi var. 11 yaşlı müsahibim Turqay Qaybalıyev Baku Oxford School-un VI sinif şagirdidir. Onu yaşıdlarının bir çoxundan fərqli edən cəhət bu yaşında riyaziyyata olan sevgisi bir çox beynəlxalq olimpiadaların qalibi  olmasıdır. Turqay redaksiyamıza anası ilə birlikdə gəlib. Üzündə təbəssüm olan utancaq oğlanın kubok medalları ilə tanış oluram. Diqqətimi çəkir ki, Turqay nəinki riyaziyyat, hətta ingilis dilindən beynəlxalq olimpiadada uğur qazanıb. "Görəsən, bu oğlanın başqa hansı uğurları var", - deyərək onu danışdırıram:

 

- 26 dekabr 2003-cü ildə Bakı şəhərində doğulmuşam. 2010-cu ildə 160 nömrəli klassik gimnaziyada I sinfə qəbul olmuşam. III sinfi bitirəndən sonra Baku Oxford School-da təhsilimi davam etdirirəm.

- Riyaziyyatı nədən bu qədər sevirsən?

- İngilis dilini sevirəm, amma mənim üçün birinci yerdə riyaziyyatdır. Çünki riyaziyyat konkret elmdir orada hər məsələnin bir cavabı var. Çətin məsələnin cavabını tapanda adam qürur hissi keçirir.

- Necə hiss etdin ki, riyaziyyatı yaxşı bilirsən?

- I sinfdə oxuyanda riyaziyyatdan verilən tapşırıqları hamıdan tez qurtarırdım beş alırdım. Onda başa düşdüm ki, riyaziyyat mənim fənnimdir. Həm də riyaziyyat məntiq tələb edir. Mən uşaqlıqdan pazl qurmağı sevirdim. Atam mənə pazl alanda onu tez bir zamanda və səliqə ilə qururdum. Müxtəlif konstruksiyalardan yeni fiqurlar yaratmağı xoşlayırdım. İndi də onların hamısı evimizdədir. Kürdəmirdə mənim Tammella nənəm (atamın anası) yaşayır. Nənəm özü təhsil ala bilməsə də övladlarına yaxşı təhsil verib. Bizim ailədə atam da, əmilərim də riyaziyyatı yaxşı bilir. Nənəm həmişə mənə deyir ki, oxu, ən əsası ağıllı ol. Elmsavad həmişə başucalığı gətirir.

- Olimpiadalara gedən yolda kimlər sənə kömək etdi?

- Məni olimpiadaya atam hazırlayır. Bir də müəllimlərim kömək edir. Atam mənim ən yaxın dostumdur. Atam mənə deyir ki, vətənə layiqli övlad ol, vətənpərvər ol. Azərbaycanın adını hər yerdə uca tut. Atam Xaqani Qaybalıyev də 1990-cı ildə respublika fənn olimpiadasında fizika üzrə I yeri tutub.

4 yaşımda anam məni rus dili müəlliminin yanına apardı. O mənə rus dilini öyrətdi. Artıq I sinifdə oxuyanda məktəbdaxili olimpiadalarda qalib olurdum. II sinifdə riyaziyyat üzrə sinif olimpiadasında II yeri tutaraq  tərifnaməyə layiq görüldüm. İkinci siniflər arasında riyaziyyat üzrə keçirilən olimpiadada  da fərqləndim (III yer)  tərifnamə aldım. III sinifdə oxuyanda isə "Kosmos" intellektual oyununda I yeri tutdum.

- Riyaziyyatdan ilk böyük uğuru zaman qazandın?

- 2013-cü ildə IV sinifdə oxuyanda, o vaxt Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Olimpiadada riyaziyyat fənni üzrə bütün rəqiblərimi arxada qoyaraq qalib oldum.

- Sənin ingilis dilindən qalibiyyətin var?

- Bəli, 2014-cü ilin noyabr ayında Antalyada keçirilən VI Beynəlxalq Olimpiadaya riyaziyyat ingilis dili fənləri üzrə qatıldım hər ikisindən II yerin medalını qazandım. Özümü başqa olimpiadalarda da sınamaq qərarına gəldim Bolqarıstanda keçiriləcək II Beynəlxalq Sərhədsiz Riyaziyyat Turnirinin (Mathematics without Borders International Tournament) turlarına qatıldım. Qış turunda III yeri qazandım. Yaz turunda həm V, həm VI sinif üzrə II yeri tutdum (riyaziyyat fənnindən). Bu turların nəticələrinə görə finala düşdüm. İyul ayının 1 2-də Bolqarıstanın Nesebır şəhərində final olimpiadasında iştirak etdim. Həm V, həm də VI siniflərlə qatıldığım yarışda II yerin medalını və kubokunu qazandım.

- Riyaziyyatdan ən çox hansı bölməyə marağın var?

- Tənlik qurmaqla məsələ həllini sevirəm. Məchulu axtarmaqtapmaq xoşuma gəlir. V sinfi bitirmişəm, amma artıq VI sinfin də proqramını bilirəm.

- Necə hiss keçirirsən qalib olanda?

- Qürur hissi keçirirəm. İlk dəfə beynalxalq olimpiadada qalib olanda atamın qucağına qaçdım. Sevinc hissimi onunla bölüşdüm.

- Dərsdən əlavə nə ilə məşğul olmağı xoşlayırsan?

- Velosiped skidboard sürməyi xoşlayıram. Boş vaxtlarımda televizora baxıram. Ən çox Discovery Channeli izləməyi sevirəm. Orada maşınlar haqqında hazırlanan verilişləri çox bəyənirəm. Mühəndislərin müxtəlif layihələrini göstərirlər, onları izləyirəm. Raketin, təyyarənin quruluşu mənə maraqlı gəlir.

- Evdə neçə uşaqsınız?

- Məndən böyük bir bacım var. Ali məktəbə hazırlaşır. Dərslərimi hazırlamağımda mənə çox kömək edir. Əgər məni olimpiadaya hazırlaşdıran müəllim tapşırıq veribsə, bacımı çağırıram mənə kömək edir.

- Turqayın gələcək planları nədir?

- Məni qarşıda beynəlxalq olimpiadalar gözləyir. İngilis dilindən də olimpiadalara qatılmaq istəyirəm. Onlardan qalibiyyətlə qayıtmalıyam. Kembric Universitetində təhsil almaq istəyirəm. Mühəndis olmaq ən böyük arzumdur. Fizika sahəsində Nobel almaq istəyirəm.

- Sonda bir olimpiada qalibi kimi yaşıdlarına nə demək istərdin?

- Demək istəyirəm ki, oxumaq çox yaxşı şeydir. Oxusaq, vətənimizi qoruya bilərik. Oxusaq, Azərbaycanın adını dünyada səsləndirə bilərik. Azərbaycanı irəli apara bilərik. Hər medal alanda, vətəndən kənarda adım səslənəndə çox xoşbəxt oluram.

Turqaya təşəkkür edirəm, bayaqdan övladı ilə söhbətimizi dinləyən anası deyir ki, onun riyaziyyata olan marağı uşaqlıqdan bəlli idi:

- Çoxlu müxtəlif oyuncağı var idi, amma 7 aylığında qələmlə, kağızla maraqlanırdı. Turqayın ibtidai sinif müəllimi Svetlana Proxorovna riyaziyyata olan marağını görüb onunla xüsusi məşğul olur, bu fənn üzrə yarışlara həvəsləndirdi. 2010-2011-ci tədris ilində təhsildəki uğurlarına görə gimnaziyanın rəhbərliyi tərəfindən  təşəkkürnamə ilə mükafatlandırıldı.

2014-cü il mayın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən "Azərbaycanın gələcəyi" mükafatına layiq görüldü. Övladımızla fəxr edirik. Onun daha yaxşı uğurlara imza atması üçün əlimizdən gələni edirik. Bironun üzərində əməyi olan bütün müəllimlərinə təşəkkür edirik.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 17 iyul.- S.8.