Əsl müəllim necə olmalıdır?

 

Avstraliyada müəllimlərin peşə standartı

 

Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"

"Uçitelskaya qazeta"dan

 

 Böyütmək üçün seçinSon illər dünyanın  bir çox ölkələri  müəllimin peşə standartlarını qəbul ediblər. Bu cür standartlar  İngiltərədə, Avstraliyada,  eləcə də ABŞ və Kanadanın  ayrı-ayrı ştatlarında və vilayətlərində də mövcuddur.  2004-cü ildə Almaniyada müəllimlərin hazırlanması standartları təsdiq edilib.  Bir qayda olaraq, bu cür sənədlər müəllimlərin  peşəkar bilik və bacarıqlarını  - təhsilin məzmunu və üsulları, qiymətləndirmə bacarığı, müxtəlif  tələbata və imkanlara malik uşaqlarla iş, tədris prosesinin planlaşdırılmasını əhatə edir.   Digər ölkələrdən fərqli olaraq müəllimlərin peşə standartı Avstraliyada daha ətraflı hazırlanıb. Standartda müəllimin  karyerasının dörd səviyyəsi təqdim olunub: ali məktəbin məzunu, ixtisaslı müəllimlər, yüksəkixtisaslı pedaqoqlar və lider müəllimlər.  Sənədə yeddi standart daxildir ki,  onlar  üç sahə üzrə bölünüb - peşəkar bilik və bacarıq, peşəkar təcrübə, peşəkar inkişaf.  Standart  2011-ci ildə hazırlanıb və 2013-2014-cü tədris ilində tətbiqinə başlanılıb.

Qeyd etmək maraqlı olardı ki, Avstraliyada hazırlanmış  standart  Yeni Zelandiyada da istifadə üçün bəyənilib və bu ölkədə  müəllimlərin ixtisas səviyyəsinin yüksəldilməsi, eləcə də "İlin müəllimi" milli müsabiqəsində ən yaxşı müəllimlərin aşkara çıxarılması kimi istifadə olunur.  Bir fakt da qeyd olunmalıdır ki, Avstraliya standartı dünyada yeganə sənəddir ki, buradakı hər bir bənddə karyeranın  üç səviyyəsi üzrə onun yerinə yetirilməsinə dair nümunələr göstərilir.  Sənəddə "təlim strategiyaları" terminindən istifadə olunur ki, bu da təlim metodları və priyomlarını  nəzərdə tutur.

           

I.Peşəkar biliklər

Standart 1. Şagirdlərə və materialın onlar tərəfindən mənimsənilməsinə bələd olmalı Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim

1.1. Şagirdlərin fiziki,

sosial və intellektual

inkişafı və onların

intellektual xüsusiyyətləri

Şagirdlərin fiziki, sosial və

intellektual inkişafına, şəxsi

keyfiyyətlərinə bələd olmalı və onların təlim prosesinə necə təsir etməsini anlamalı və bu sahədə bilik nümayiş

etdirməli

Şagirdlər tərəfindən tədris

materialının mənimsənilməsini

yaxşılaşdırmaq məqsədilə onların

fiziki, sosial və intellektual

inkişafına, şəxsiyyət

keyfiyyətlərinə əsaslanan təlim

strategiyalarından isifadə etməli

Şagirdlərin fiziki, sosial və

intellektual inkişafına, şəxsi

keyfiyyətlərinə daha çox uyğun olan

effektiv və çevik təlim

strategiyalarını seçməli

Şagirdlərin fiziki, sosial və intellektual

inkişafı, şəxsiyyət keyfiyyətləri barədə

biliklərə əsaslanmaqla tədris olunan

materialın onlar tərəfindən mənimsənilməsi

prosesini yaxşılaşdıran təlim strategi- yalarının seçilməsi və mənimsənilməsində

həmkarlarına kömək göstərməli

1.2. Şagirdlər tərəfindən

tədris materialının mənimsənilməsi prosesini

anlamalı

Təlim prosesinin tədqiqatı və onun tədris üçün əhəmiy- yətini anlamalı və biliklərini

nümayiş etdirməli

Tədqiqatların nəticələrinə və

həmkarlarının təcrübəsinə

əsaslanaraq özünün tədris

proqramını tərtib etməli

Pedaqoji tədqiqatlara və praktik

təcrübəyə əsaslanaraq materialın

şagirdlər tərəfindən mənimsənilməsi

prosesini anladığını dərinləşdirməli

Pedaqoji tədqiqatlara və praktik təcrübəyə

əsalanaraq tədris proqramlarının effektivliyinin

qiymətləndirilməsində rəhbər olmalı 1.3. Müxtəlif linqvistik, mədəni, dini təcrübəyə və

sosial-iqtisadi duruma malik

şagirdlər Müxtəlif linqvistik, mədəni,

dini təcrübəyə və sosialiqtisadi

duruma malik

şagirdlər tərəfindən materialın

mənimsənilməsi qabiliy- yəti nəzərə alınmaqla təhsil

strategiyasına yiyələndiyini

nümayiş etdirməli

Müxtəlif sosial-iqtisadi, linqvistik, mədəni, dini qruplardan olan

şagirdlərin tələbat və imkanlarına

müvafiq olan təlim priyomlarını

işləyib hazırlamalı və tətbiq etməli

Müxtəlif sosial-iqtisadi, linqvistik, mədəni, dini qruplardan olan

şagirdlərin tələbatlarına müvafiq olan

effektiv təlim strategiyalarının

hazırlanmasında həmkarlarına kömək göstərməli

Həmkarlarınn təcrübəsinə və ekspert

qiymətləndirməsinə əsaslanaraq müxtəlif

sosial-iqtisadi, linqvistik, mədəni, dini

qruplardan olan şagirdlərin tələbatlarının

nəzərə alınması məqsədilə təlim

proqramlarını daim qiymətləndirməli və korrektə etməli

1.4.Yerli ailələrdən olan

uşaqların təlimi strategiyası Ana dili və mədəni

identivliyin yerli alilələrdən

olan uşaqların təhsilinə

təsirinə dair dərin biliklər və

anlayış nümayiş etdirməli

Yerli əhalinin ənənələrinə, doğma

dilinə, tələbat və mədəniyyətinə

cavab verən effektiv təlim

strategiyalarını işləyib hazırlamalı və tətbiq etməli

İcma nümayəndələrinin dəstəyindən

yerli şəraitlə tanışlığından istifadə edərək yerli ailələrdən olan uşaqlar

üçün effektiv təlim strategiyalarının

həyata keçirilməsində həmkarlarına dəstək göstərməli

Yerli ailələrdən olan məktəblilərin tədris

prosesində fəal iştirakını nəzərdə tutan tədris

proqramlarını işləyib hazırlamalı, valideynlər və yerli icma nümayəndələri ilə

əməkdaşlıq şəraitini yaratmalı

1.5.Şagirdlərin müxtəlif

tələbatlarının ödənilməsi məqsədilə tədris prosesinin

diferensiallaşdırılması

Şagirdlərin tədris prosesində

müxtəlif tələbatlarının ödənil- məsinə imkan verən diferen- siallaşmış təlim strategiyaları

barədə biliklərini və anlayışlarınl

nümayiş etdirməli

Şagirdlərin tədris prosesində

müxtəlif tələbatlarının

ödənilməsinə imkan verən

diferensiallaşmış təlim

strategiyalarına əsaslanan məşğələlər işləyib hazırlamalı

Müxtəlif qabiliyyət və tələbatlara

malik olan şagirflərin müvəffəqiyyət

dərəcələrinin təhlili əsasında təlim

proqramlarının effektivliyini

qiymətləndirməli

Qanunvericiliyin tələbləri və metodik

göstərişlər nəzərə alınmaqla sağlamlıq

imkanları məhdud şagirdlərin təhsil

prosesinə cəlb olunmasına yönəlik

proqramların işlənib hazırlanmasında

təşəbbüs göstərməli

1.6. Məhdud imkanlı şagirdlərin təhsil prosesində

fəal iştirakını təmin edən

pedaqoji strategiyalar

Məhdud imkanlı şagirdlərin

təhsilinə dəstək

göstərilməsinə yönəldilmiş

təhsil strategiyaları və qanunvericiliyin tələblərini

anladığını və biliklərə malik

olduğunu nümayiş etdirməli

Qanunvericiliyin tələblərinə və

metodik tövsiyələrə əsaslanaraq məhdud imkanlı şagirdlərin

təhsilinə dəstək göstərən təlim

formalarını işləyib hazırlamalı və

tətbiq etməli

Məhdud imkanlı şagirdlərin təhsili

prosesində tətbiq olunan təlim

proqramlarının işlənib hazırlan- masında, qanunvericilik və metodik

tövsiyələrin mənimsənilməsində,

xüsusi biliklərə yiyələnmələrində

həmkarlarına kömək göstərməli

Qanunvericiliyin tələbləri və metodik

göstərişlər nəzərə alinmaqla sağlamlıq

imkanları məhdud olan şagirdlərin təhsil

prosesinə cəlb olunmasına yönəlik

proqramların işlənib hazırlanmasında

təşəbbüs göstərməli

Standart 2. Tədris materiallarının məzmununu və təlim metodlarını bilməli

Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim

2.1.Bilik sahəsində təlim

metodları və onların məzmunu Tədris materiallarının məzmunu

strukturunun əsas anlayış-

larını, eləcə də müvafiq tədris

fənninin öyrədilməsi strategi- yasını (metodlar) anladığını və biliklərini nümayiş etdirməli

Məşğələlərin planlaşdırılması

zamanı müvafiq fənnin tədrisi

strategiyası və onun məzmununa dair bilik və anlayışlarını nümayiş

etdirməli

İnteraktiv tədris proqramlarının

yaradılması və tətbiqində təhsilin

strategiyası və onun məzmununa bələd olması təcrübəsinə əsaslanaraq

həmkarlarına kömək göstərməli

Məktəbdə təlim metodları və onların məzmununun yaxşılaşdırılması və təhlilinin

aparılmasına dair təşəbbüsləri dəstəkləməli,

eləcə də fənlər üzrə nümunəvi dərslər (ustad

dərslər) keçməli

2.2.Təhsilin məzmununu

seçməli və təşkil etməli

Təlim materiallarını effektiv

tədris ardıcıllığı ilə qurmalı Təhsilin məzmununu təlim

proqramlarının əlaqəli bölmələri

ilə ardıcıllığını qurmalı

Tədris materiallarının seçilməsi və

təşkilində innovativ yanaşmalar

tətbiq etməli

Tədris proqramlarına bələd olmasından

istifadə edərək materialların seçimi və onların tədris prosesində təqdim olunmasını yaxşılaşdırmaq üçün təşəbbüs göstərməli

2.3.Tədris proqramları,

qiymətləndirmə

hesabatlılıq

Tədris proqramları, hesa- batlılıq və qiymətləndirmə üsulları barədə bilikləri əsa- sında tədris proqramları və dərs planlarının davamlılığını

işləyib hazırlamalı

Tədris proqramları,

qiymətləndirmə tələbləri və

hesabatlılıq əsasında tədris

materialları yaratmalı və həyata

keçirməli

Praktik təcrübə və tədris proqramları,

qiymətləndirmə tələbləri və

hesabatlılıq əsasında tədris

materiallarının planlaşdırılması və həyata keçirilməsində həmkarlarına kömək göstərməli

Tədris proqramları, qiymətləndirmə

tələbləri və hesabatlılıq əsasında tədris

materiallarının hazırlanması üzərində

işləyən həmkarlarına rəhbərlik etməli

2.4.Yerli əhaliyə hörmətlə

yanaşmalı, yerli və gəlmə

əhali arasında qarşılıqlı anlaşma

mühitinin yaradıl- masına kömək göstərməli

Yerli əhalinin mədəniyyəti,

dili və ənənələrinə bələd

olduğunu və hörmət

bəslədiyini nümayiş

etdirməli

Şagirdlərinin yerli əhalinin mədəniyyəti, dili və ənənələrinə

hörmət və anlayış göstərmələrini

inkişaf etdirmələrinə imkan

yaratmalı

Şagirdlərdə yerli əhalinin mədəniy- yəti, dili və ənənələrinə hörmət və

anlayış göstərilməsini inkişaf etdir- mək üçün şəraitin yaradılmasında

həmkarlarına kömək göstərməli

Şagirdlərdə yerli əhalinin mədəniyyəti, dili və ənənələrinə hörmət və anlayışın inkişaf

etdirilməsi üçün şərait yaradan

həmkarlarına kömək göstərilməsində

təşəbbüs nümayiş etdirməli

2.5.Oxu, yazı və hesablama

təlim strategiyası (savadlılığın inkişaf

etdirilməsi)

Oxu, yazı və hesablama

təlim strategiyalarına və onların müəllimlik

praktikasında tətbiqini

anlamalı və bilməli

Oxu, yazı və hesablama vərdişlərinin yaxşılaşdırılmasına

imkan verən effektiv təlim

strategiyalarını bilməli və tətbiq

etməli

Şagirdlərin oxu, yazı və hesablama

sahəsində vərdişlərinin

yaxşılaşdırılması məqsədilə effektiv

təlim strategiyalarının tətbiqində

həmkarlarına kömək göstərməli

Tədqiqatlar və şagirdlərin müvəffəqiyyət səviyyəsinə dair məlumatlar əsasında

şagirdlərdə oxu, yazı və hesablama vərdişlə-

rini yaxşılaşdırmağa imkan verən strategi- yaların məktəbdə tətbiqi prosesini izləməli

2.6.

İnformasiya- kommunikasiya

texnologiyaları (İKT)

Tədris proqramlarının şagirdlər

tərəfindən mənimsənilməsi

imkanlarının genişləndirilməsi məqsədi ilə İKT sahəsində təlim

strategiyalarını tətbiq etməli

Tədris proqramlarının müvafiq

bölmələrində İKT-nin tətbiqi

üçün effektiv təlim strategiyaları tətbiq etməli

Öz həmkarlarına onların fəaliyyətinin

təkmilləşdirilməsi üçün İKT

vasitələrindən istifadə etməkdə

kömək etməli, yüksək səviyyəli bilik

bacarıqlarını göstərməli

Bütün şagirdlər tərəfindən biliklərin mənimsənilməsi imkanlarının

genişləndirilməsi məqsədilə effektiv təlim

strategiyaları çərçivəsində İKT vasitələrinin

seçilməsi və istifadəsində lider olmalı

II. Peşə praktikası Standart 3. Tədris və təlimin effektiv metodlarını hazırlamalı və tətbiq etməli

Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun Təcrübəli/ixtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim, rəhbər

3.1.Təlimin stimullaşdırıcı məqsədlərinin müəyyən

edilməsi

Müxtəlif qabiliyyət və

imkanlara malik şagirdləri

stimullaşdıran təlim məqsədlərini müəyyən

etməli

Bütün şagirdlər üçün mümkün və

dəqiq ifadə olunmuş təlim məqsədlərini müəyyən etməli

Stimullaşdırıcı təlim məqsədlərinin modelləşdirilməsi və qurulması yolu

ilə bütün şagirdlər üçün yüksək gözləntilər

mühitinin yaradılmasına

kömək göstərməli

Nümunəvi pedaqoji iş nümayiş etdirməli və

bütün təlim prosesi müddətində

həmkarlarına öz şagirdlərinin yüksək

hədəflərə nail olmasında kömək etməli

3.2 Tədris proqramlarının

bölmələrinin məntiqi

ardıcıllıqla planlaşdırılması

Təlim metodlarının məzmunu və effektivliyinə

əsaslanarq dərslərin

ardıcıllığını planlaşdırmalı

Strukturlaşdırılmış təlim proqramlarını

ya şagirdlərdə fənnə maraq

oyadan dərslərin ardıcıllığını

planlaşdırmalı və həyata keçirməli

Təlim proqramlarının hazırlanmasında və qiymətləndirilməsində həmkarlarına kömək

göstərməli, bütün şagirdlər üçün münbit

təhsil mühitinin yaradılmasına çalışmalı

Nümunəvi pedaqoji iş nümayiş etdirməli və

təlim proqramının hazırlanması, həyata ke- çirilməsi və effektivliyinin qiymətləndiril- məsində həmkarlarına köməklik göstərməli

3.3. Təlim

strategiyalarının

( metodlar) tətbiqi

Təlim strategiyalarının geniş

spektrindən istifadə etməli

Bilik və vərdişlərini, problemləri

həll etmək bacarıqlarını, analitik

yaradıcı təfəkkürü inkişaf

etdirən uyğun təlim strategi- yalarını seçməli və istifadə etməli

Bilik və vərdişlərini, problemləri həll

etmək bacarıqlarını, analitik və yaradıcı təfəkkürü inkişaf etdirən effektiv təlim

strategiyalarının seçilməsi və tətbiqində

həmkarlarına kömək etməli

Həmkarları ilə birlikdə şagirdlərin bilik və vərdişlərini, problemləri həll etmək bacarıqlarını,

analitik və yaradıcı təfəkkürü inkişaf etdirməyə

imkan verən təlim strategiyaları seçiminin

genişləndirilməsində iştirak etməli

3.4 Təhsil resurslarının

seçilməsi və istifadə

İKT daxil olmaqla

resursların geniş

diapazonuna sahib olduğunu

nümayiş etdirməli

İKT daxil olmaqla uyğun resursları

seçməli və ya yaratmalı İKT daxil olmaqla

müxtəlif resursların yaradılması və

tətbiqi üzərində işlərdə həmkarlarına kömək etməli

Nümunəvi pedaqoji priyomlar nümayiş etdir- məli, məktəbdə və məktəbdən kənarda istifadə üçün İKT də daxil olmaqla effektiv resursların

seçilməsi, yaradılması və qiymətləndiril- məsində həmkarlarına kömək etməli

3.5. Sinifdə kommunikasiya

vasitələrindən səmərəli

istifadə

Şagirdlərin tədris prosesinə cəlb olunmasına yönəlmiş

müxtəlif verbal və qeyri- verbal kommunikasiya va- sitələrini nümayiş etdirməli

Şagirdlərin yüksək nailiyyətlər

əldə etməsinə kömək edən effektiv

verbal və qeyri- verbal

kommunikasiya strategiyalarını

tətbiq etməli

Şagirdlərin yüksək nailiyyətlər əldə

etməsinə kömək edən verbal və

qeyri- verbal kommunikasiya

strategiyalarının seçimində həmkarlarına kömək göstərməli

Şagirdlərin yüksək nəticələr qazanmasına kömək edən əməkdaşlıq və kontekstual

əlaqə strategiyasından istifadə etməklə verbal və qeyri-verbal kommunikasiyaların

nümunəvi tətbiqini nümayiş etdirməli

3.6. Təlim proqramlarının

təkmilləşdirilməsi

qiymətləndirmə

Öz işində təlim proqramları- nın qiymətləndirilməsində

istifadə olunan strategiyaların

geniş spektrinə dair biliklərini

nümayiş etdirməli

Şagird nailiyyətlərinin

qiymətləndirilməsi üzrə məlumatlar və əks-əlaqə əsasında

özünün hazırladığı təlim

strategiyalarını qiymətləndirməli

Şagird nailiyyətlərinin qiymətləndirilməsi

üzrə məlumatlardan və

əks-əlaqədən istifadə etməklə təlim

strategiyalarının qiymətləndiril- məsində həmkarlarına kömək etməli

Müxtəlif informasiya mənbələrindən - şagird

nailiyyətlərinin qiymətləndirilməsi, tədris proqramları, pedaqoji təcrübə və valideynlər,

şagirdlər, həmkarları ilə əks-əlaqədən istifadə

etməklə müntəzəm surətdə təlim

proqramlarının qiymətləndirilməsini aparmalı 3.7 Valideynlərin təhsil

prosesinə cəlb olunması Valideynlərin təhsil

prosesinə cəlb olunması üzrə geniş, əhatəli

strategiyaları bilməli

Uşaqların təhsili prosesinə onların

valideynlərinin cəlb olunması istiqamətində tədbirlər

planlaşdırmalı

Uşaqların təhsili prosesinə onların

valideynlərinin cəlb olunması istiqa- mətində tədbirlərin planlaşdırılma- sında həmkarlarına kömək göstərməli

Məktəbin həll olunası vəzifələrinin dairəsini

genişləndirmək üçün uşaqların təhsili pro- sesinə onların valideynlərinin cəlb olunması istiqamətində tədbirlər həyata keçirməli

Standart 4. Təhlükəsiz və münbit təhsil mühiti yaratmalı və qorumalı Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim

4.1. Bütün şagirdlərin tədris

prosesində iştirakının

dəstəklənməsi

Bütün şagirdlərin təlim

prosesində iştirakına xidmət edən təlim

strategiyalarını tapmalı

Bütün şagirdlərin tədris prosesinə cəlb olunması üçün pozitiv

əməkdaşlıq mühiti yaratmalı

Effektiv pedaqoji priyomlar

modelləşdirməli və bütün şagirdlərin

tədris prosesinə cəlb olunması üçün

onların tətbiqində həmkarlarına kömək göstərməli

Bütün şagirdlərin təlim prosesinə cəlb olunması üzrə yeni yanaşmaları praktikada yoxlamaqla və müvafiq strategiyaları seçməklə məktəbdə məhsuldar mühitin yaradılmasında

həmkarlarına öz işi ilə nümunə göstərməli

4.2. Sinifdə tədris prosesinin

təşkili

Tədris prosesinə dəqiq və

inamla rəhbərlik etməli,

sinifdə işin təşkili

qabiliyyətini nümayiş

etdirməli

Sinifdə şagirdlərin əsas vaxtlarını dərs tapşırıqlarının həllinə həsr

edəcəkləri işgüzar mühit və qayda- qanun yaratmalı

Bütün uşaqların dərs tapşırıqlarının yerinə

yetirilməsində məşğulluğunu təmin

etməklə sinifdə işin idarə olunması strategiyalarının çevik dəstini yaratmalı və onları həmkarları ilə bölüşməli

Şagirdlərdə yerinə yetirilən tapşırıqlara,

tədris işlərinə görə məsuliyyət hissini

inkişaf etdirməklə sinifdə effektiv idarəetmə

metodlarının tətbiqində təşəbbüs göstərməli və həmkarlarına kömək göstərməli

4.3.Şagirdlərin davranışlarının

idarə olunması Sinifdə davranışların idarə olunması üzrə praktik

priyomlara dair biliklərini

nümayiş etdirməli

Nizam-intizamın pozulmasına vaxtında

reaksiya bildirməklə, şagirdlərə

ədalət və hörmətlə yanaşmaqla,

onlara dəqiq tələblər müyyən

etməklə davranışlarını idarə etməli

Özünün praktik təcrübəsinə və elmi

işləmələrə əsaslanaraq şagirdlərin

davranışlarının çevik idarə olunması dəstini yaratmalı və həmkarları ilə bölüşməli

Sinifdə şagirdlərin davranışlarının idarə olunması proqramlarının həyata keçirilməsi

üzrə təşəbbüs göstərməli, bu sahədə öz həmkarlarında pedaqoji priyomlar dəstini

genişləndirməli

4.4. Şagirdlərin

təhlükəsizliyinin təmin

olunması

Tədris proqramı və qa- nunvericiliyin tələbləri nəzərə alınmaqla məktəb- də şagirdlərin təhlükə- sizliyinin və sağlamlığının

qorunmasına yönəlmiş

strategiyaları bilməli

Tədris proqramı və qanunvericiliyin tələbləri əsasında

şagirdlər üçün təhlükəsiz və

sağlam mühiti təmin etməli

Şagirdlərin təhlükəsizliyi və

sağlamlığını təmin edən tələblərin

yerinə yetirilməsində təşəbbüs

göstərməli

Məktəbdə tədris proqramı və qanunvericiliyin tələblərini yerinə

yetirməklə uşaqların sağlamlığının

mühafizəsi və şagirdlər üçün təhlükəsiz

mühitin yaradılması üzrə tədbirlərin

effektivliyini qiymətləndirməli; bu məsələdə həmkarlarına kömək etməli

4.5. İKT vasitələrindən

təhlükəsiz, məsuliyyətli və

etik istifadə Tədris prosesində İKT- dən təhlükəsiz, məsuliy- yətli və etik istifadə olun- ması strategiyalarına və problemlərinə bələd oldu- ğunu nümayiş etdirməli

Tədris prosesində İKT-dən

təhlükəsiz, məsuliyyətli və etik

istifadəni təmin edən strategiyaları tətbiq etməli

Tədris prosesində İKT-nin

təhlükəsiz, məsuliyyətli və etik

istifadəsinə yönəlik strategiyaları yaratmalı və həmkarları ilə bölüşməli

Tədris prosesində İKT-dən təhlükəsiz, məsuliyyətli və etik istifadəni təmin edən

yeni strategiyaları yaymalı

Standart 5. Şagirdlərin müvəffəqiyyət səviyyəsinin, hesabatlılığın, təhsilalanlarla əks-əlaqənin qiymətləndirilməsini həyata keçirməli

Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim

5.1 Şagirdlərin müvəfəqiyyət səviyyəsinin

qiymətləndirilməsi

Formal və qeyri-formal

qiymətləndirməni, qiy- mətləndirməyə diaqnostik,

kəmiyyət və keyfiyyət

yanaşmalarını özündə birləşdirən qiymətlən- dirmə strategiyalarından

anlayışlı olduğunu

nümayiş etdirməli

Formal və qeyri -formal

qiymətləndirməni,

qiymətləndirməyə diaqnostik,

kəmiyyət və keyfiyyət

yanaşmalarını özündə birləşdirən

qiymətləndirmə strategiyalarını yaratmalı, seçməli və istifadə

etməli

Tədris proqramlarının tələbləri çərçi- vəsində şagirdlərin təhsil ehtiyaclarının

müəyyən edilməsi məqsədilə

ümumiləşdirici qiymətləndirmə

strategiyaları yaratmalı və tətbiq

etməli; şagirdlərin müvəffəqiyyət

dərəcəsinin qiymətləndirilməsi

metodlarının effektivliyinin təhlilində

həmkarlarına kömək göstərməli

Tədris proqramları çərçivəsində şagirdlərin

təhsil ehtiyaclarının müəyyən edilməsi məqsədilə qiymətləndirmə nəticələrinin

isifadə olunmasında həmkarlarına kömək

etməli, məktəbdə tətbiq olunan

müvəffəqiyyət dərəcəsinin qiymətləndirmə

sistemini təhlil etməli

5.2. Tədris prosesində

şagirdlərlə əks-əlaqə

Tədris prosesində şagirdlərlə vaxtında aparılan və əsaslandırılmış

əks-əlaqənin məqsədlərindən anlayışlı

olduğunu nümayiş etdirməli

Şagird nailiyyətlərinin müəyyən

edilməsi üçün onlarla vaxtında və

əsaslandırılmış əks-əlaqəni həyat

keçirməli

Məqsədli əks-əlaqəni təmin edən və

şagirdlərin təhsil ehtiyacları haq- qında əsaslandırılmış mülahizələrin

çıxarılmasına imkan verən səmərəli

təhsil strategiyası seçməli

Nümunəvi pedaqoji təcrübə nümayiş

etdirməli və şagirdlərlə vaxtında səmərəli

əks-əlaqə strategiyaları dəstindən istifadə

olunmasında həmkarlarına yardım

proqramlarına başlamalı

5.3 Əsaslandırılmış və

informativ qiymətləndirmə

Qiymətləndirmə proseduru- nun əhəmiyyəti və onun

nəticələrinin şagirdlərin

müvəffəqiyyət dərəcəsi

barədə mülahizələrin çı- xarılmasında tətbiq oluna bilməsinə dair anlayışlı

olduğunu nümayiş etdirməli

Qiymətləndirmə prosedurunu

həyata keçirməli, şagirdlərin

müvəffəqiyyət dərəcəsi haqqında

əsaslandırılmış mülahizələr irəli

sürməli

Şagirdlərin müvəffəqiyyət dərəcəsi

barədə əsaslandırılmış mülahizələr

çıxarmalı, qiymətləndirmə

prosedurunu təşkil etməli

Tədris proqramının yerinə yetirilməsi məqsədilə şagirdlərin müvəffəqiyyət

dərəcəsi barədə əsaslandırılmış

mülahizələrin çıxarılmasını təmin edən

qiymətləndirmə prosedurunda lider olmalı

5.4. Şagirdlərin

qiymətləndirmə nəticələrinin

şərhi

Tədris prosesinin tək- milləşdirilməsi məqsədilə

şagirdlərin müvəffəqiyyət

dərəcəsinin qiymətləndirilməsi

nəticələrini

şərhetmə qabiliyyətini

nümayiş etdirməli

Şagird nailiyyətlərinin

qiymətləndirilməsi nəticələri əsasında zəif yerləri müəyyən

etməklə və tədris prosesini

yaxşılaşdırmaqla tədris fənninin məzmununun onlar tərəfindən necə mənimsənilməsini təhlil etməli

Tədris prosesinin effektivliyinin və

materialın mənimsənilməsinin

qiymətləndirilməsi üçün şagirdlərin

müvəffəqiyyət dərəcəsinin daxili və

xarici test imtahanlarının

nəticələrindən istifadə olunmasında

həmkarlarına kömək göstərməli

Şagirdlərin müvəffəqiyyət dərəcəsinin

daxili və xarici test imtahanlarının

nəticələrinə əsasən tədris prosesini

təkmilləşdirməli

5.5. Şagirdlərin müvəffəqiyyət

dərəcəsinin qiymətləndirilməsi nəticələri üzrə hesabatlılıq

Şagirdlərin müvəffəqiyyət

dərəcəsinin qiymətləndirilməsi

barədə təhsilalanlar

onların valideynlə-

rinin məlumatlandırılması

strategiyasından, eləcə də

nailiyyətlərin dəqiq və eti- barlı qeyd olunma prosesi

barədə anlayışlı olduğunu

nümayiş etdirməli

Etibarlı qiymətləndirmə

prosedurları əsasında şagirdlər və onların valideynləri üçün

təhsilalanların müvəffəqiyyət

dərəcəsi barədə aydın, dəqiq və

şagirdə münasibətdə onu üzməyən

hesabatlar hazırlamalı

Şagirdlər və onların valideynləri

üçün təhsilalanların müvəffəqiyyət

dərəcəsinə dair aydın, informativ və vaxtında olan hesabatların tərtib

olunmasında həmkarlarına kömək

etməli

Şagirdlər, onların valideynləri və öz

həmkarlarının tələbatlarının təmin olunması məqsədilə hesabatların keyfiyyətini

qiymətləndirməli, məktəb çərçivəsində

təhsilalanların müvəffəqiyyət dərəcəsinin

qiymətləndirilməsi prosedurunu

yaxşılaşdırmalı

III. Peşə inkişafı Standart 6. Öz ixtisasını artırmalı

Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim, rəhbər

6.1.İxtisasartırmaya tələbatın müəyyən olunması və peşə

inkişafının planlaşdırılması

Özünün peşəkar pedaqoji

tələbatlarının müəyyən

olunması üçün Avstraliya- da müəllimlərin peşə stan- dartının əhəmiyyətini anladığını

nümayiş etdirməli

Özünün peşəkar pedaqoji

tələbatlarının müəyyən olunması üçün müəllimin peşə standartından

həmkarlarının məsləhətlərindən

istifadə etməli

Müəllimin peşə standartının təhlili əsasında özünün peşəkar inkişafını planlaşdırmalı, həmkarlarına peşəkar

inkişafın məqsədlərini müəyyən

etməkdə kömək etməli

Müəllimin peşə standartına dərindən bələd

olmasına əsaslanaraq məktəbdə peşəkar

inkişaf proqramını planlaşdırmalı

6.2. Özünün peşə səviyyəsini

yüksəltməli və öz işini

təkmilləşdirməli

Peşə inkişafının

formalarını bilməli və zəruriliyini anlamalı Məktəbin prioritetlərinə əməl

etməklə öz işlərini təkmilləşdirməli,

biliklərini

dərinləşdirməli

Pedaqoji tədqiqatlara əsaslanaraq

özünün peşəkar inkişafını planlaşdırmalı,

öz ixtisasını artırmaq

üçün müxtəlif imkanlardan istifadə

etməli

Həmkarlarının peşə inkişafına xidmət edən

əməkdaşlıq mühiti yaratmalı, məktəbdə

tədris prosesinin keyfiyyətinin artırılması

üçün tədqiqatlar aparmalı, təcrübəçilərə kömək göstərməli

6.3 Kollektivlə əməkdaşlıq və pedaqoji işin keyfiyyətinin

yaxşılaşdırılması

Öz işlərini

yaxşılaşdırmaq məqsədi

ilə müəllimlər və

təlimatçılarla əks- əlaqədən istifadə

Peşə bilikləri və bacarıqlarının

artırılması yollarını həmkarları ilə müzakirə etməli

Şagirdlərin müvəffəqiyyət dərəcəsini

artırmaq məqsədilə öz bilik və

bacarıqlarını inkişaf etdirmək üçün

müxtəlif forumlarda, peşəkar

diskussiyalarda iştirak etməli

Şagird nailiyyətlərinin səviyyəsini

artırmaq məqsədilə məktəbdə və ya internet

forumlarda pedaqoji tədqiqatlar və

həmkarlarla təcrübənin peşəkar

müzakirəsini aparmalı 6.4.Peşəkar biliklərin tətbiqi və şagirdlərin mənimsəmə

səviyyəsinin yüksəldilməsi

Tədris prosesinin təkmilləşdirilməsi

məqsədi ilə

özünün ixtisassəviyyəsinin

artırılması üçün peşəkar

biliklərdən anlayışlı ol- duğunu nümayiş etdirməli

Şagirdlərin tələbatlarını həll

etməyə imkan verən innovativ

pedaqoji proqramlarda iştirak

etməli

Tədris prosesinin təkmilləşdirilməsi

üçün ixtisasartırma proqramlarının

effektivliyinin qiymətləndirilməsində

həmkarları ilə əməkdaşlıq etməli

Pedaqoji işin keyfiyyətini və şagirdlərin mənimsəmə səviyyəsini artırmağa imkan

verən innovativ pedaqoji strategiyaları həmkarları arasında təbliğ etməli və həyata

keçirməli

Standart 7. Yerli icma, valideynlər və həmkarlarla peşəkar əməkdaşlıq

Bilik sahəsi

Səviyyələr/karyera mərhələləri

Məzun İxtisaslı müəllim Yüksəkixtisaslı müəllim Lider müəllim

7.1. Peşə etik normalarına və bu sahədə vəzifələrə əməl

olunması

Öz fəaliyyətində

pedaqoqun peşəkar

davranış və etik

kodeksinin əsas prinsiplərini bilməli və

tətbiq etməli

Təhsil sistemi və məktəb

tərəfindən müəyyən olunmuş

peşəkar davranış və etik kodeksin

tələblərinə əməl etməli

Yüksək etik normaları əsas tutmalı,

bu kodeksin normalarına əməl

olunmasında həmkarlarına kömək

etməli, məktəbdə və yerli icmada üzə

çıxan bütün problemlərlə bağlı

əsaslandırılmış mülahizələr söyləməli

Şagirdlər, həmkarlar və yerli icma ilə

əlaqədə üzə çıxan problemlərlə bağlı

əsaslandırılmış mülahizələr söyləməli,etik

davranış nümunəsi göstərməli

7.2. Qanunvericilik və administrativ tələblərə əməl

etməli

Pedaqoqun məktəbdə fəaliyyəti

ilə bağlı əsas qa- nunvericilik və adminis- Pedaqoqun məktəbdə fəaliyyəti ilə

bağlı əsas qanunvericilik və

administrativ aktları və qərarların Pedaqoqun məktəbdə fəaliyyəti ilə

bağlı əsas qanunvericilik və

administrativ aktlar, qərarlarla

Həmkarlarının pedaqoqun məktəbdə

fəaliyyəti ilə bağlı mövcud, yeni qanunvericilik

administrativ aktlar və qərarlara

trativ aktları və qərarların mənasını anlamalı

əhəmiyyətini anlamalı və onlara

əməl etməli

həmkarlarını tanış etməli və onların mənasını izah etməli

uyğun işləməsinə imkan verən prosedurlar

yaratmalı və onları həyata keçirməli

7.3. Valideynlərlə qarşılıqlı

əlaqə

Valideynlərlə işin

effektiv, etibarlı və konfidensial

strategiyalarını bilməli

Uşaqların dərsə davamiyyəti və onların

sağlamlığı məsələləri ilə bağlı vali- deynlərlə iş gedişində qarşılıqlı etimad

mühitini yaratmalı və dəstəkləməli

Uşaqların dərsə davamiyyəti və

onların sağlamlığı məsələlərində

valideynlərlə münasibətlərdə ehtiram

qayğıkeşlik nümayiş etdirməli

Valideynlərin məktəbin işi və onların

uşaqlarının davamiyyəti ilə bağlı

müzakirələrə cəlb olunması imkanlarını

tapmalı və istifadə etməli

7.4. İnternetdə peşəkar

şəbəkələrin işində iştirak

etməli və özünün peşəkar

əlaqələrinin dairəsini

genişləndirməli

Peşəkar biliklərinin

genişləndirilməsi üçün

xarici peşəkar və ictimai

əlaqələrin əhəmiyyətini

anlamalı

Özünün peşəkar biliklərinin

genişləndirilməsi üçün peşəkar və

sosial şəbəkələrin iştirakçısı olmalı

Şagird nailiyyətlərinin və təhsilin

keyfiyyətinin artırılması məqsədilə

ictimaiyyətlə işgüzar əlaqələr qurmalı,

peşəkar şəbəkə və assosiasiyalarda öz

təcrübəsini bölüşməli

Peşəkar və sosial şəbəkələrdə lider olmalı,

həmkarlarının məktəbdənkənar ünsiyyət

dairəsinin genişləndirilməsində onlara

kömək göstərməli

 

Azərbaycan müəllimi.- 2015.- 30 may.- S.10.