Dünya universitetlərinin 2015-ci

il üzrə yeni reytinq cədvəli

 

Qəzetimizin 19 sentyabr 2015-ci  il tarixli sayında Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkətinin dünyanın ən nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS World University Rankings) dərc olunub. Oktyabrın 1-də isə Britaniyanın Times Higher Education jurnalı 2015-2016-cı illər üzrə dünyanın  ən yaxşı 800 universitetinin növbəti reytinq cədvəlini açıqlayıb.  Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan Times Higher Education-un sayca 12-ci araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır.  Cədvələ  Amerikanın Kaliforniya Texnologiya İnstitutu  başçılıq edir. İkinci yerdə Böyük Britaniyanın Oksford, üçüncü yerdə isə ABŞ-ın Stenford Universiteti qərarlaşıb. İlk ən yaxşı 10-luqda Kembric Universiteti (4-cü yer), Massaçusets Texnologiya İnstitutu (5-ci yer), Harvard Universiteti (6-cı yer), Prinston Universiteti (7-ci yer), London İmperial Kolleci (8-ci yer), İsveçrə Federal Texnologiya İnstitutu (9-cu yer), Çikaqo Universiteti (10-cu yer) yerləşiblər.            

Reytinq cədvəlində əsasən ABŞ Böyük Britaniya universitetləri dominantlıq təşkil edir.  Siyahıda 800 universitet arasında ABŞ 147, Böyük Britaniya 78,  Yaponiya 41, Almaniya Çin hərəsi 37, İtaliya 34, Avstraliya 31, Fransa 27, İspaniya Kanada hərəsi 25 ali məktəblə təmsil olunur. Reytinqin direktori Fill Beytin sözlərinə görə, kontinental Avropada daha yaxşı dinamikanı İsveçrə, Almaniya Niderland, eləcə builki reytinqdə ilk dəfə yer almış digər 12 ölkədən olan universitetlər nümayiş etdiriblər. Onlar getdikcə ABŞ-Böyük Britaniya universitetlərinin üstünlüyünü zəiflətməkdədir. Rusiyanı reytinqdə 13 universitet təmsil edir. Onların arasında ən yüksək mövqeni 161-ci yerlə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nümayiş etdirir. MDU ötənilki reytinqlə müqayisədə 35 yer qabağa keçib. Yaponiya Cənubi Koreya universitetləri orta hesabla öz mövqelərini itiriblər. Çin universitetləri öz vəziyyətlərini yaxşılaşdıra bilməyiblər.

Qeyd edək ki, reytinq ali məktəblərin fəaliyyətini  13 əsas kriteriya - elmi-tədqiqatlar, biliklərin ötürülməsi, beynəlxalq perspektivlər dünya reytinqləri üçün unikal hesab olunan - tədris mühiti  s. üzrə qiymətləndirib. Reytinqlə daha ətraflı  www.timeshighereducation.com/world-university-rankings/2016/world-ranking səhifəsindən tanış olmaq olar.

 

Dünya universitetlərinin 2015-ci il üzrə yeni reytinq cədvəli

 

1 California İnstitute of Technology ABŞ

2 University of Oxford Böyük Britaniya

3 Stanford University ABŞ

4 University of Cambridge Böyük Britaniya

5 Massachusetts Institute of Technology ABŞ

6 Harvard University ABŞ

7 Princeton University ABŞ

8 Imperial College London Böyük Britaniya

9 ETH Zürich – Swiss Federal Institute of Technology Zurich İsveçrə

10 University of Chicago ABŞ

11 Johns Hopkins University ABŞ

12 Yale University ABŞ

13 University of California, Berkeley ABŞ

14 University College London Böyük Britaniya

15 Columbia University ABŞ

16 University of California, Los Angeles ABŞ

17 University of Pennsylvania ABŞ

18 Cornell University ABŞ

19 University of Toronto Kanada

20 Duke University ABŞ

21 University of Michigan ABŞ

22 Carnegie Mellon University ABŞ

23 London School of Economics and Political Science Böyük Britaniya

24 University of Edinburgh Böyük Britaniya

25 Northwestern University ABŞ

26 National University of Singapore Sinqapur

27 Kings College London Böyük Britaniya

28 Karolinska Institute İsveç

29 LMU Munich Almaniya

30 New York University ABŞ

31 École Polytechnique Fédérale de Lausanne İsveçrə

32 University of Washington ABŞ

33 University of Melbourne Avstraliya

34 University of British Columbia Kanada

35 KU Leuven Belçika

36 University of Illinois at Urbana-Champaign ABŞ

37 Heidelberg University Almaniya

38 McGill University Kanada

=39 University of California, San Diego ABŞ

=39 University of California, Santa Barbara ABŞ

41 Georgia Institute of Technology ABŞ

42 Peking University Çin

43 University of Tokyo Yaponiya

=44 University of California, Davis ABŞ

=44 University of Hong Kong Honkonq

46 University of Texas at Austin ABŞ

=47 Tsinghua University Çin

=47 Wageningen University and Research Center Niderland

49 Humboldt University of Berlin Almaniya

50 University of Wisconsin-Madison ABŞ

51 Brown University ABŞ

52 Australian National University Avstraliya

53 Technical University of Munich Almaniya

54 École Normale Supérieure Fransa

55 Nanyang Technological University Sinqapur

=56 University of Manchester Böyük Britaniya

=56 University of Sydney Avstraliya

58 University of Amsterdam Niderland

59 Hong Kong University of Science and Technology Honkonq

=60 University of Queensland Avstraliya

=60 Washington University in St Louis ABŞ

62 Utrecht University Niderland

63 University of North Carolina at Chapel Hill ABŞ

64 Boston University ABŞ

=65 Delft University of Technology Niderland

=65 University of Minnesota ABŞ

67 Leiden University Niderland

68 University of Southern California ABŞ

69 University of Bristol Böyük Britaniya

70 Durham University Böyük Britaniya

71 Erasmus University Rotterdam Niderland

72 Free University of Berlin Almaniya

73 Monash University Avstraliya

74 University of Groningen Niderland

75 Pennsylvania State University ABŞ

=76 University of Glasgow Böyük Britaniya

=76 University of Helsinki Finlandiya

78 University of Tübingen Almaniya

79 University of Pittsburgh ABŞ

80 University of Warwick Böyük Britaniya

81 Uppsala University İsveç

=82 University of Copenhagen Danimarka

=82 University of New South Wales Avstraliya

84 University of Freiburg Almaniya

85 Seoul National University Cənubi Koreya

86 University of St Andrews Böyük Britaniya

87 Vanderbilt University ABŞ

=88 Kyoto University Yaponiya

=88 Maastricht University Niderland

=90 Emory University ABŞ

=90 Lund University İsveç

=90 Ohio State University ABŞ

93 University of Exeter Böyük Britaniya

=94 University of Bonn Almaniya

=94 Georgetown University ABŞ

=94 McMaster University Kanada

97 University of Sheffield Böyük Britaniya

98 Queen Mary University of London Böyük Britaniya

=99 University of Göttingen Almaniya

=99 Michigan State Universit

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2015.- 3 oktyabr.- S.11.