"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na

yeni ixtisasın əlavə edilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın qeydlər bölümünün 2-ci və "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin    13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Əmək bazarının tələbatını, habelə  müəssisə və təşkilatların (işəgötürənlərin) sifarişini nəzərə alaraq,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr    2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın 030210 şifrəli ixtisasın "Bərbərlik" qrupuna "Vizajist" ixtisası əlavə edilsin.

2. İlk peşə və orta ixtisas təhsili şöbəsi (Samir Vəliyev) və Təhsil Problemləri İnstitutu (Qulu Novruzov) əmrin birinci bəndində göstərilmiş ixtisasın müvafiq tədris planının hazırlanmasını təmin etsin.

3. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

18 sentyabr 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 3 oktyabr.- S.2.