Azərbaycan dilindən dərs nümunəsi

 

Mövzu: “O, anasının köməkçisidir” mətni.

Standart:

2.1.4. Deyəcəyi  əsas fikri müəyyənləşdirir.

3.1.1. Mətndə tanış olmadığı sözlərin mənasını lüğətdən istifadə etməklə müəyyənləşdirir.

4.1.2. Topladığı fakt məlumatlara əsasən plan tərtib edir.

Məqsəd:

- mətndəki əsas fikri müəyyənləşdirir;

- mətndə tanış olmayan sözlərin mənasını lüğətdən istifadə etməklə müəyyənləşdirir;

- mətnin məzmununa əsasən plan tərtib edir.

Forma:

Qruplarla .

Üsul:

Beyin həmləsi, müzakirə.

İnteqrasiya:

Ədəbiyyat, musiqi.

Resurslar:

Dərslik, slaydlar.

Motivasiya:

Dərsdə motivasiya yaratmaq üçün ananın övladına, müəllimin şagirdinə, cavan oğlanın əlil arabasında olan adama s. kimi kömək nümunələrini əks etdirən  slaydlar nümayiş olunur.

Şagirdlər həmin slaydlara baxaraq  insanlara çətin məqamlarında kömək göstərməyin vacib yaxşı hərəkət olduğunu qeyd edirlər.

Tədqiqat sualı:

Sonra aşağıdakı kimi tədqiqat sualı qoyulur:

“Ana-bala məhəbbətini sən nədə görürsən?”

Tədqiqatın aparılması:

-  Tədqiqat qruplarda aparılır. Bu məqsədlə sinif 3 qrupa bölünür. Hər qrupa aşağıdakı kimi vərəqləri paylanır.

I qrup

Tapşırıq 1 - “Ana evin dirəyidir”. Bu atalar sözünün mənasını müəyyənləşdirin.

Tapşırıq 2 - Mətndəki çətin sözlərin lüğətdən tərcüməsini tapın: yada düşmək, pilləkan, yatırmaq. Həmin sözlərə cümlə qurun.

Tapşırıq 3 - Mətnə plan tərtib edin.

II qrup

Tapşırıq 1 - Sən anana kömək edirsənmi?

Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin lüğətdən tərcüməsini tapın: tərtəmiz, fərəhlənmək, əlavə etmək, süpürmək. Bu sözlərdən üçünü cümlə içərisində işlədin.

Tapşırıq 3 - Mətnə plan tərtib edin.

III qrup

Tapşırıq 1 - Anana olan məhəbbətini necə göstərərdin?

Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin tərcüməsini tapın: səliqəli, aynabənd, qadınlar günü, mətbəx. Bu sözlərdən üçünü cümlə içərisində işlədin.

Tapşırıq 3 - Mətnə plan tərtib edin.

Tədqiqat təqdimatın hazırlanması ilə yekunlaşır. Sonra qrup liderləri həmin təqdimatları edirlər.

Müzakirə aparılır. Mübadilə müzakirə mətnin ideyasının düzgün qavranılmasını aşkara çıxarmağa imkan verir.

Müzakirənin sonunda aşağıdakı kimi nəticə çıxarılır.

Ana müqəddəsdir. Onu sevmək, hər zaman ona kömək etmək bizim borcumuzdur.

Qiymətləndirmə.

Qiymətləndirmə aşağıdakı cədvəl üzrə aparılır:

 

Göyçək PİRİYEVA,

Bakı şəhəri, 6 nömrəli məktəb-liseyin

Azərbaycan dili müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.12.