Birincilərin məktəbə hazırlığı və fərdi

inkişafının qiymətləndirilməsi təcrübəsindən

 

Bir sıra ölkələrdə birincilərin məktəbə hazırlığı məsələsi  aktual  mövzu kimi təhsil sistemi qarşısında durur. Dünya təcrübəsində  uşaqların məktəbə  hazırlığı və təhsilin birinci ili ərzində onların fərdi inkişafının qiymətləndirilməsi  (iPIPS - The International Performance Indicators in Primary Schools) həyata keçirilir.  Adıçəkilən beynəlxalq metod uşaqların məktəb təhsilinə hazırlığının qiymətləndirilməsinə hədəflənib.   Bu metodun mühüm xüsusiyyəti ondan ibarətdir ki,  tədqiqatın  obyekti kimi uşaqların vərdiş və bacarıqlarının bütün spektri  (həm koqnitiv,  həm də şəxsiyyətlərarası) çıxış edir. 

 

iPIPS metodu  20 il əvvəl Böyük Britaniyanın Darem Universitetinin monitorinq və qiymətləndirmə mərkəzi tərəfindən dünya testoloji elminin son nailiyyətləri  əsasında  kompüter adaptasiya testi formatında yaradılıb.  Məhz sonuncu aspekt  metodun əsas özəlliyi hesab oluna bilər.   Çünki söhbət, ilk növbədə,  kiçikyaşlı uşaqlardan gedir. Buna görə də qiymətləndirmənin çox sadə, oyun formasında keçirilməsi xüsusilə vacibdir. Uşaqların məktəb həyatına  nə dərəcədə  hazır olmasını çox düzgün qiymətləndirməyə imkan verən xüsusi metod təhsilin birinci ilində  birincilərin öz bacarıqlarının inkişaf etdirilməsində nə qədər tərəqqi əldə etdiyini  də göstərir.

iPIPS metodu  milli və beynəlxalq səviyyələrdə tədqiqatların aparılması üçün uyğunlaşdırılıb, hazırda dünyanın müxtəlif ölkələrində tətbiq olunurçox etibarlıdır. Darem Universiteti ilə əldə olunmuş razılığa əsasən, iPIPS metodu Rusiyanın Novqorod vilayətində pilot layihə kimi sınaqdan keçirilib. Rusiya Elmi Tədqiqat Təhsil İnstitutunun təhsilin keyfiyyəti monitorinq Mərkəzində layihənin təqdimatı olub. Təqdimatda qeyd olunub ki, Rusiya ilk dəfədir ki, bu cür beynəlxalq müqayisəli tədqiqatlarda iştirak edir. Layihə  üzərində pedaqoqlarpsixoloqlardan ibarət bütöv bir komanda işləyib. Metodik vəsait rus dilinə tərcümə olunub. Onun Rusiya şəraitinə uyğunlaşdırılması həyata keçirilib və üzərində tamamlanma işləri aparılıb. Pilot layihədə  6 min birinci iştirak edib.  Tədqiqat obyekti olaraq müxtəlif tipli məktəblərdə (şəhər və kənd)  oxuyan birinci sinif şagirdləri seçilib. Yaxın vaxtlarda birincilərin testdən keçirilməsi başa çatdırılacaq, onların birinci sinfə necə gəlməsi, il ərzində inkişaf səviyyəsini qiymətləndirmək və hansı tədris proqramının daha uğurlu olduğunu söyləmək  mümkün olacaq.  Bu tədqiqatın əsas obyekti ibtidai təhsil sisteminin ilk iştirakçıları olan "zərif yaşlı" uşaqlardır.  Metodun digər bir unikallığı ondadır ki, ölkələrarası digər belə bir tədqiqat metodu mövcud deyil.  Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatlardakı  çoxillik iştirakına baxmayaraq bu metod Rusiya üçünyenidir. Bununla əlaqədar layihənin məqsədlərindən birimilli pedaqoqların ümumi testoloji mədəniyyətinin yüksəldilməsi və daha geniş mənada isə Rusiya pedaqoji elminin statusunun dünya elmi birliyində möhkəmləndirilməsidir. 

 

iPIPS metodu nədir?

 

Mərkəzin direktoru Elena Kardanovanın sözlərinə görə, ibtidai məktəbin birinci ili uşaqların təhsili üçün kritik əhəmiyyət daşıyır. Çünki bu dövrdə uşaqlar çox sürətlə inkişaf edirlər.    iPIPS metodu təhsilin birinci ilində uşaqların əldə etdiyi nailiyyətləri qiymətləndirməyə imkan verir.  Bu metodla   qiymətləndirmə  dərs ili ərzində 2 dəfə - tədrisin əvvəlində və birinci sinfin sonunda keçirilir.  Başlanğıc diaqnostika sentyabr-oktyabr aylarında aparılır. Qeyd edilməlidir ki, metodun məqsədi uşaqların təlimə  başladığı  start nöqtənin müəyyən olunmasıdır. Bu məlumatlar sonradan  birincilərin nailiyyətlərini  qiymətləndirmək üçün vacibdir. Tədris ilinin sonunda keçirilən ikinci qiymətləndirmə isə hər bir uşağın dərs ili ərzində nə qədər öyrəndiyini müəyyənləşdirməyə şərait yaradır. Bu məqsədlə xüsusi metodikalardan, hazırlanmış testlərdən  istifadə olunur ki, onlar şagirdin uğurlarını  ölçməyə imkan verir. Bu gün Rusiyada bu cür alətlər yoxdur. Hazırda Böyük Britaniyada bir milyondan artıq  uşaq  iPIPS metodu ilə qiymətləndirmədən keçib. Bu metod Avstraliya, Şotlandiya, Honkonq, Birləşmiş Ərəb Əmirliyi, Yeni Zelandiyabir sıra digər ölkələrdə geniş tətbiq olunur. Yaxın vaxtlarda  bu mövzuda irimiqyaslı beynəlxalq tədqiqatın aparılması nəzərdə tutulub, buna görə də bu metodun digər ölkələrdə  də tətbiq olunması məqsədilə onun milli təhsil sistemlərinə adaptasiyası məsələsi qarşıda durur.    

 

iPIPS birincilər haqqında hansı məlumatları verir?

 

Bu metod kompleks diaqnostikanı təklif edir. Birincisi, metod  koqnitiv testləri özündə cəmləşdirir. Gözəl tərtibatlı kitabça oxu, fonologiya riyaziyyata dair tapşırıqlardan ibarətdir.  İkincisi, komplektə  valideyn müəllimlər üçün anket daxildir. Pedaqoq uşağın sosial emosional inkişafını, onun məktəbdə təhsilə uyğunlaşmasını, sosiallaşmasını  qiymətləndirir. Valideynlərin anketindən isə biz ailənin sosial-iqtisadi statusu tərkibini, valideynlərinin təhsili peşəsi, eləcə öz uşaqlarını  məktəbə necə hazırlaşdırması onlarla necə məşğul olması barədə məlumatları əldə edirik. Biz uşağın bağçaya gedib-getməməsi, müxtəlif dərnək bölmələrdə məşğul olması, məktəb nəzdində hazırlıq kurslarında iştirakı s. məlumatları öyrənirik.  Bütün bu məlumatların kompleks analizi hər bir uşağın müfəssəl portretini yaratmağa kömək edir.  Ölçmənin ikinci mərhələsi uşaqların fərdi inkişafını qiymətləndirməyə imkan verir.

Tədqiqat istər müəllimlər, istərsə təhsili idarəetmə orqanları qarşısında duran bir sıra məsələlərə cavab tapmağa  imkan verəcək. Bu məsələlərdən bəzilərini sadalamaq olar: müxtəlif məktəbəqədər tədris proqramlarının effektivliyi hansılardır? İlk məktəb ili ərzində birincilər  qədər bilik əldə edir tədris dərəcədə effektivdir?  Uşaqların təliminə hansı müxtəlif faktorlar təsir edir? Məktəb müəllimin işini necə yaxşılaşdırmaq olar? Böyük Britaniyada adıçəkilən metoddan təhsil sahəsində aparılan islahatların effektivliyini yoxlamaq üçün istifadə olunur. Metod ibtidai məktəbdə tədris olunan müxtəlif proqramların effektivliyi üzrə tədqiqatların aparılmasına imkan verə, erkən təhsilin effektivliyini qiymətləndirmək üçün tətbiq oluna bilər. Bu gün dünyada  "uşaqların hansı yaşda (4, 5, 6 ya 7) ibtidai məktəbə getməsi daha yaxşıdır"  sualına  yekdil cavab  yoxdur.  Bu özü çox maraqlı bir problemdir. Bundan əlavə, bu  metodu həyata keçirməklə biz müxtəlif müəllim yanaşmalarının təcrübələrin effektivliyi  barədə nəticələr çıxara bilərik.

Metoddan təhsil sisteminin fəaliyyətinin təhlili fərdi diaqnostika vasitəsi kimi istifadə oluna bilər. Hər iki üsul məqsədlərinə yerinə yetirilmə prosedurlarına, eləcə nəticələrin tətbiqinə görə fərqlənir.  Fərdi diaqnostika zamanı qiymətləndirmə bütün şagirdləri əhatə edir. Bu zaman müəllimə hər bir şagirdə dair məlumat verilir, bu isə  təhsilverənlərə onların sinfində oxuyan hər bir  uşağın  fərdi xüsusiyyətlərini nəzərə almaqla tədris prosesini korrektə etməyə imkan verir.   Valideynlərə isə onların uşaqlarının psixoemosional portreti təqdim oluna, onların riyaziyyat oxu üzrə başlanğıc  diaqnostikasına dair məlumatlar verilə, şagirdin sinif fonunda hansı səviyyədə olması söylənilə  bilər.  Digər tərəfdən, qiymətləndirmə gedişində əldə olunmuş son nəticələrə əsasən müəllimin işinin keyfiyyəti barədə rəy söyləmək olar. İngiltərədə müəllimlərə tədrisin keyfiyyətini artırmaq məqsədilə tövsiyələr verilir. Müəllimlər üçün mövcud olan xüsusi  anketlərin köməyi ilə müxtəlif pedaqoji yanaşmaları təcrübələri qiymətləndirmək, onların tədrisin  nəticələrinə necə təsir göstərməsinə baxmaq  mümkündür.  Daha sonra isə bu təcrübədən müəllimlərin ixtisasartırmasında istifadə oluna bilər.

 

Oruc MUSTAFAYEV, 

"Azərbaycan müəllimi"

 

"Uçitelskaya qazeta"dan

 

Azərbaycan müəllimi.- 2015.- 5 sentyabr.- S.4.