Vətənpərvərlik tərbiyəsinə
xidmət edən bilik
yarışı
Tarixini
bilməyən
xalqın gələcəyi olmaz - deyiblər.
Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər
birimiz
tariximizi
bilməli, onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş
biz müəllimlərin üzərinə daha çox düşür.
Çalışırıq ki, dilimizi, tariximizi, maddi-mənəvi
dəyərlərimizi şagirdlərə tanıdaq, sevdirək
və təhrif etmədən olduğu kimi gələcək
nəslə çatdıraq.
Kurikulumun tələbi olaraq dərslərimizi məqsəd və nəticə üzərində qurduğumuz kimi ilin sonunda da illik proqramın şagirdlər tərəfindən necə mənimsənildiyini yoxlamaq məqsədilə tədris etdiyim beşinci siniflərdə bilik yarışları və təqdimat xarakterli tədbirlər keçirirəm. Təcrübəmin digər həmkarlarım üçün də maraqlı olacağını nəzərə alıb onu paylaşmağı qət etdim.
Ənənəyə uyğun olaraq ötən dərs ilinin sonunda da dərs dediyim beşinci siniflər arasında "Tariximiz beşincilərin gözü ilə" adlı bilik yarışması keçirdim.
Yarışmanın keçirilməsində əsas məqsədim şagirdlərin vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək, soykökünü tanıtmaq, tarixi olduğu kimi qiymətləndirmək bacarığını aşılamaqla yanaşı, onların bu tədris ilində aldıqları bilikləri ortaya çıxartmaq və nümayiş etdirmək idi. Çünki beşinci sinif tarix fənninin tədrisinin ilk pilləsidir. Onlar təzə-təzə tarixin nə demək olduğunu öyrənirlər. Mən də bu işdə onlara yardımçı olaraq çalışıram ki, şagirdlərimdə fənnimə qarşı maraq oyadım. İl boyu keçilən dərslərdə, eləcə də fevral ayında təqdim etdiyim "açıq dərs"də də şagirdlərin apardığı araşdırmalar, etdikləri təqdimatlar və mövzulara aid yazdıqları esselər məqsədimə nail ola bildiyimin sübutudur. Bu da məni bir müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çox sevindirir.
Təşəbbüsüm və təşkilatçılığımla 3 beşinci sinif arasında keçirilmiş yarış şagirdlərimin bilik və bacarıqlarını nümayiş etdirdi. Yarışmada valideynlərlə yanaşı, münsiflər heyəti də iştirak edirdi. Münsif qismində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri, ixtisasca tarixçi Ramil Süleymanov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin məsləhətçisi Elza Qəniyeva, metodkabinetin müdiri Günel Yunusova, məktəbin direktoru Tünzalə Seyidova və tarix müəllimi Çinarə Rzayeva iştirak edirdilər.
Şagirdlərin sevincinin hədd-hüdudu yox idi.
Komandaların yarışmada göstərdikləri
açılış təqdimatları
onların vətənimizə
və bu il öyrənməyə başladıqları Azərbaycan
tarixi fənninə olan sevgisinin təzahürü
idi. Komandalar özlərinə
seçdikləri "Babək",
"Şah İsmail Xətai", "Tomris" kimi adların təqdimatını göstərərkən
onların Azərbaycan uğrunda mübarizəsindən səhnələr nümayiş etdirdilər və vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Bununla yanaşı, hər
komanda öz adı ilə bağlı divar qəzeti də hazırlamışdı. Divar qəzetlərində hökmdarların şəkilləri və onların Azərbaycan tarixindəki rolundan bəhs edən məqalələr yerləşdirilmişdi.
Təqdimatdan sonra bilik yarışına
start verildi. Bir-birindən
maraqlı suallar, cavablar, mülahizələr və
fikirlər söyləndi. Şagirdlərin
simalarını gah
sevinc, gah həyəcan, gah da təəssüf hissi bürüyürdü.
Onlar suallara düzgün və ətraflı cavab verməyə çalışırdılar. Komanda kapitanları F.İsayeva, Ş.Əhmədov,
Y.Məmmədov 2-ci mərhələdə
1 dəqiqə ərzində
15-18 sualı cavablandırdılar. 3-cü mərhələdə
isə komandalar verilən suallara cavab axtararaq yarışdılar.
Şagirdlərin sərbəst
fikir yürütmələri,
çətin suallara verdikləri dolğun cavablar
hər kəsi təəccübləndirmişdi. Bu da onun sübutu idi ki, şagirdlərimiz yeni təlimin tələbinə uyğun
olaraq sadəcə
5-ci sinif dərsliyi ilə kifayətlənməmiş,
daha geniş biliklər əldə etməyə səy göstərmişdilər.
Yarış çox maraqlı keçdi. 1-ci yerə
"Tomris" komandası, 2-ci yerə
"Xətai", 3-cü yerə
isə "Babək"
komandası çıxdı.
Yarış göstərdi ki,
şagirdlər tariximizi
yaxşı öyrənmişlər.
Belə ki, onlar 1-ci mərhələdə
bir dəqiqə ərzində 15 sualı cavablandıra bildilər.
Həm də nəzərə alsaq ki, sualların əksəriyyəti
dərslikdən kənar
vəsaitlərdən salınmışdı, onda şagirdlərin aldıqları
bilik və göstərdikləri bacarığın
səviyyəsini xüsusilə
yüksək dəyərləndirmək
olardı.
Yeni kurikulumun şagirdin yeni biliyi müstəqil
əldə etməsində, araşdırma
apararaq onu daha yaxşı mənimsəməsindəki böyük
rolunu qeyd edərək bildirirəm ki, bugünkü şagirdlər
kurikulumun tələblərinə
uyğun yetişdirilmiş bəhrələrdir.
Nəticə onların inkişafında
və bugünkü cavablarında öz əksini tapmışdı.
Bu nəticəyə görə
qalib şagirdlərə tərifnamə
və hədiyyələr
təqdim olundu. Sonda münsiflər,
valideynlər və məktəbin
direktoru Tünzalə
Seyidova çıxış
edib yarışı təşkil etdiyimə, tariximizi şagirdlərə
sevdirə bildiyimə
və şagirdlərə
isə sevə-sevə
öyrəndiklərinə görə təşəkkür etdilər.
Belə yarışmaların şagirdlərin
bilik əldə etməsi baxımından önəmli olduğu üçün
tez-tez
keçirilməsini arzuladılar.
Bu yarışmanın
arxasınca
məktəbin direktoru Tünzalə Seyidovanın
təklifi ilə
"Yurdumuzu
tanıyaq" başlığı
altında işğal
olmuş rayonlarımızı təqdim edən silsilə tədbirlər təşkil
etməyə
başladıq. Hər sinif bir rayonun təqdimatını
hazırladı. VIII sinifdə
Qarabağ tarixi fənnini tədris etdiyim üçün ümumi Qarabağın təqdimatını hazırlamağı özümə borc bildim.
Siyasi - bədii kompozisiya olan bu tədbirdə şagirdlərimiz Qarabağın etimologiyasından, XIX əsrin əvvəllərindən başlayaraq böyük Azərbaycanın necə parçalanmasından, ermənilərin ora qəsdən köçürülməsindən və s. ilə bağlı xəritələr üzərində məlumat verdilər. Bununla yanaşı, Qarakənd faciəsini yada salaraq görüntülər təqdim etdilər. "Ağ atlı oğlan" bədii filminin ssenarisi əsasında hazırlanmış səhnə hamı tərəfindən bəyənildi. Şagirdlərin Qarabağ haqqında ifa etdikləri şeirlər, mahnılar, Qarabağın şəkillərindən hazırlanan slaydlar zalda əyləşənləri bir anlıq elə bil o torpaqlara səyahətə apardı, heç vaxt unutmadığımız o ağrı-acını təkrar yaşatmış oldu.
Şagirdlərin ümidlə parıldayan göz yaşları, onların "Qarabağımızı qaytaracağıq! Qarabağa qayıdacağıq!" kəlmələri ilə üst-üstə düşdü. Şagirdlərin hazırladığı divar qəzetı, şəkillərdən ibarət guşə və ən əsası Qarabağın tarixini əks etdirən və işğal olunmuş rayonların şəkillərindən ibarət hazırlanmış albom hamı tərəfindən bəyənildi.
Yeganə
KƏRİMOVA,
Mingəçevir şəhər N. Ahəngari adına 13 nömrəli tam
orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini
Azərbaycan müəllimi.- 2015.-
5 sentyabr.- S.5.