Təkrar mətn yaradan

sintaktik üslubi vasitə kimi

 

Mürəkkəb sintaktik bütövün spesifik struktur-semantik birlik kimi formalaşmasında əsas mətndaxili əlaqələrdən biri olan təkrarların rolu xüsusi maraq kəsb edir. Təkrar fikri daha qabarıq nəzərə çatdırmaq, vurğulamaqla yanaşı, həm də mətnin formalaşmasını təmin edir, mənanın açılması üçün gərəkli vasitəyə çevrilir, məna bu yolla  şaxələnir, genişlənir. Təkrarın rolunu  yalnız hər hansı bir ideyanı vurğulayan, fikri qüvvətləndirən vasitə kimi məhdudlaşdırmaq  olmaz, təkrar  həm də mətn yaradan vasitədir.

 

Now these three saw well enough that Wang Lung was afraid of them and they grew haughty and demanded this and that and complained of what they ate and drunk . And especially did the woman complain, for she missed the delicacies she had eaten in the inner courts and she complained to her husband and the three of them complained to Wang Lung.

Göründüyü kimi bu sintaktik bütövdə "complain" feli təkrar olunaraq mətnin komponentləri arasında əlaqə yaradır, fikri aydınlaşdırır.

Təkrarlar leksik sintaktik olaraq iki yerə bölünür. Bu məqalədə leksik təkrarların mətn yaratma rolundan bəhs olunacaqdır. Leksik təkrarlar leksik vahid səviyyəsində olan təkrarlardır. Təkrar zamanı mətn sanki eyni sözün, söz birləşməsinin yaxud cümlənin əhatəsində qalır. Bu o deməkdir ki, leksik təkrarlar məna müxtəlifliyinə imkan vermir, mənanın həmin təkrarlanan vahid ətrafında formalaşması üçün şərait yaradır.

And what will we do with a pretty woman ? We must have a woman who will tend the house and bear children as she works in the fields, and will a pretty woman do these things? No, not a pretty woman in our house.

Bu mətndə" a pretty woman" birləşməsi təkrarlanaraq mətndəki cümlələri  bir- birinə bağlayır, məzmunun açılmasının əsası kimi diqqəti cəlb edir .

Leksik təkrarlar cümlədəki mövqeyinə əsasən müəyyən edilir buraya anafora, epifora, çərçivələmə, anadiplosis, adi, ardıcıl, zəncirvari təkrarlar kimi sintaktik üslubi vasitələri aid etmək olar .

Təkrarın bədii əsərlərdə rast gəlinən növlərindən biri anaforadır . Anafora ( eyni başlanğıc)  - eyni dil vahidinin ardıcıl ya bir - birinə yaxın yerləşən misraların,  bəndlərin, yaxud da cümlələrin ( ya onun hissələrinin) əvvəlində təkrarıdır.

Anafora başqa bir sözə, başqa bir ifadəyə istinad edən hər hansı bir dil  vahididir. Məsələn ,  A small soft wind blew gently from the east, a wind mild and murmurous and full of rain. It was a good omen.

Bu nümunədə "it" leksemi "wind" sözünə istinad bildirir onu əvəz edir.

Daha bir nümunəni nəzərdən keçirək:

He had not yet told his father he had asked friends to sup that night. He had asked his male cousin, the young son of his uncle, and his uncle for his fatherTs sake, and three neighbouring farmers who lived in the village with him. He had planned to bring back from the town that morning pork, a small pond fish, and handful of chestnuts.

Bu nümunədə "he had" birləşməsi hər cümlənin əvvəlində təkrar olunaraq mətnin elementlərini bir-birinə bağlayır.

Anafora bütöv bir mətnin strukturunu eləcə xarakterini müəyyən etmək imkanına malikdir. Belə ki, anaforanın əsas üslubi funksiyası sadəcə olaraq təkrar olunan vahidi deyil, daha çox təkrar edilməyən vahidi vurğulamaqdır.

Ümumiyyətlə, anafora mətn çərçivəsində firkin açılmasına, cümlələr arasında əlaqənin yaranmasına, mətnin formalaşmasına xidmət edən sintaktik üsubi vasitədir.

Mətnin yaranmasında təkrarların digər bir növü olan epiforanın da özünəməxsus rolu vardır. Epifora ardıcıl mətn vahidlərində son mövqedə eyni sözün ya sintaktik tamın təkrarıdır. Epifora elə bir dayaq əmələ gətirir ki, bütün mətn orqanizmi bu dayağa əsaslanır.  Epifora cümlənin ifadə etdiyi fikri daha qabarıq nəzərə çatdıraraq, sözlərin məntiqi vurğusunu ifadəliliyini gücləndirir. Nümunəyə nəzər salaq:

This land Wang Lung did not begrudge, even though it was high land and good for wheat , because it was a sign of the establishment of his family upon their own land. Dead and alive they would rest upon their own land.

Yuxarıdakı mətndə "upon their own land"  ifadəsi cümlənin sonunda təkrar olunmaqla, oxucunun diqqətini cümlədəki fikrə yönəltmək üçün vacib olan məntiqi vurğunu yaratmaq funksiyasını yerinə yetirir.

They can not take the land from me. The labour of my body and the fruit of the fields I have put into that which cannot be taken away. If I had the silver, they would have taken it. If I had bought with the silver to store it, they would have taken it all. I have the land still, and it is mine.

Bu nümunədə  "they would have taken it" birləşməsi ayrı-ayrı cümlələri bir-birinə bağlayaraq epiforik təkrar yaratmışdır. "They would have taken it" ifadəsi cümlələrin sonunda təkrar olunaraq həm emosionallığı artırır, həm mətndə əsas fikrin çatdırılmasına xidmət edir beləliklə mətn birləşdirici vasitəyə çevrilir.

He went and sat down at the table, how quick it had all been! The food was long cold and the old man was asleep on his bench, but how quick it had all been! He shook the old manTs shoulder.

Bu nümunədə ardıcıl cümlələrin sonunda təkrar olunan "how quick it had all been" ifadəsinin köməyilə yazıçı yalnız nida cümləsi işlətməklə fikri emosional şəkildə nəzərə çatdıra bilərdi, lakin o, fikri daha qabarıq nəzərə çatdırmaq, onu yaddaqalan etmək üçün epiforaya da müraciət etmişdir, bu təkrar həm mətnin bütövləşməsinə xidmət edir. Həmçinin burada epiforanın rolu ondan ibarətdir ki, o, bir növ növbəti cümləyə siqnaldır, yəni növbəti cümlədə həmin baş vermiş hadisə haqqında məlumat veriləcəyinə işarə edir.

Təkrarlara yalnız bir-birini izləyən iki ya üç cümlə daxilində deyil, hətta bir abzas tərkibində belə təsadüf edilir. Bu isə bir üslubi vasitə kimi onların geniş imkanlarından xəbər verir. Təkrarın çərçivələmə adlanan daha bir növünü aşağıdakı nümunədə nəzərdən keçirək .

He was still ashamed to think of this woman of his. Part of the time he thought of his fields and of the grains of the wheat and of what his harvest would be if the rains came and of the white turnip seed he wished to buy from his neighbour Ching if they could agree upon a price... He desired suddenly that she should like him as her husband and then he was ashamed.

Abzasın həm əvvəlində həm sonunda duran "he was ashamed"  ifadəsi bütöv bir abzası çərçivəyə salmaqla, həmin abzas boyunca ötürülməsi nəzərdə tutulan fikri diqqət mərkəzində saxlamağa xidmət edir bununla da epifora anaforadan daha güclü bir məntiqi vurğu effekti yaradır. Bu ifadə mətn daxilindəki cümlələri bir-birinə bağlayır. O, eyni zamanda həm mənanı genişləndirir, həm mətnin bütövləşməsinə xidmət edir, həm mənanı açmaq üçün gərəkli vasitəyə çevrilir.

Təkrarın mətndə rast gəlinən digər bir növü anadiplosisdir. Anadiplosis bir cümlənin sonunda işlənən söz ya söz birləşməsinin növbəti cümlənin əvvəlində təkrar olunması hadisəsidir. Məsələn, s Wang Lung was sweating with his weakness in spite of the cold and bitter wind. This wind never ceased to blow on them and against them,so that the boys cried of its cold.

Bu nümunədə birinci cümlənin  sonunda işlənən "wind" sözü növbəti cümlənin əvvəlində təkrar olunaraq cümlələri  bir- birinə bağlayır, mətnin bütövlüyünü təmin edir. Daha bir nümunəni təhlil edək:

Wang Lung stopped, struck by the thought of children running in and out of their three rooms. Three rooms had always seemed much to them, a house half - empty since his mother died.

Mətnin təşkilində "three rooms" birləşməsinin təkrarlanmasının maraqlı bir əlaməti diqqəti cəlb edir. Bu da ondan ibarətdir ki, mətnin birinci cümləsində işlənən "three rooms" ikinci cümlənin əvvəlində təkrarlanır. Təkrar olunan  söz birləşmələri yan-yana gəlir. Təkrar olunan "three rooms" birləşməsi ilə mətnin semantikası açılır, fikir aydınlaşır.

Adi təkrarlar da mətn yaradan təkrar növünə aiddir. Bu təkrarlar mətndə müxtəlif yerlərdə müşahidə olunur. Bunu nümunələrlə aydınlaşdıraq:

Then on the appointed day  after the priests had finished the night of chanting, Wang Lung dressed himself in a robe of white sack - cloth and he gave a robe like it to his uncle and his uncleTs son, and to his own sons each a robe, and to his wife and to his own daughters. For his uncleTs wife and for his uncleTs son, Wang Lung hired chairs also and for all of them he had robes of sack cloth, and even for the poor fool he made a robe and hired a chair and put her in it.

Yuxarıdakı nümunədə "a robe" sözü müxtəlif məqamlarda təkrarlanır, onun dəqiq işlənmə yeri yoxdur, mətnin müxtəlif yerlərində işlənərək sintaktik bütövün komponentlərini bir- biri ilə əlaqələndirir.

Təkrarların mətndə rast gəlinən digər bir növü zəncirvari təkrardır. Professor Qəzənfər Kazımov qeyd edir ki,  zəncirvari təkrarın əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəlki cümlənin teması sonrakının teması kimi çıxış edir bu proses davam edərək, cümlələri bir-birinə zəncirin həlqələri kimi bağlayır.  Məsələn,

The love of wicked men converts to fear;

That fear to hate; and hate turns one or both

To worty danger and deserved death.

Bu cümlələri zəncir həlqələri kimi bağlayan sözlər - fear - hate  sözləridir. Bu sözlərin hər birinin ortaya çıxması özündən əvvəlkinin tematik gücü ilə bağlıdır.

Zəncirvari təkrarlar zamanı birinci cümlədəki yeni məlumat sonrakı cümlədə təkrar olunaraq köhnəyə çevrilir bu təkrarlanma zəncirvari şəkildə davam edir.

Təkrarın mətndə rast gəlinən digər bir növü ardıcıl təkrardır. Bu növ təkrar zamanı sözlər bir-birinin ardınca, dalbadal təkrar olunur.

Now what, woman? Cannot I say comb out your horseTs tail of hair without this trouble over it?

But she answered nothing except to say: "I have borne you sons, I have borne you sons, I have borne you sons - "

And he was silenced and uneasy and he muttered to himself, for he was ashamed before her and so he let her alone.

Burada  "I have borne you sons" dalbadal təkrar olunaraq mətnin emfatik gücünü artırır. Danışanın emosiyalarını daha güclü şəkildə ifadə etməsinə kömək edir.

Beləliklə, qeyd etmək lazımdır ki, mətnin yaranmasında sintaktik üslubi vasitələrin rolu böyükdür.  Belə ki, bu məqalədə sintaktik üslubi vasitələr kimi nəzərdə keçirdiyimiz leksik  təkrarlar mətnin formalaşmasına, mənanın inkişafına  kömək edir, mətnin elementlərini bir-birinə bağlayır. Bu növ sintaktik üslubi vasitələr mətnin komponentləri üzərində məntiqi vurğu yaradaraq fikrin daha emosinal şəkildə çatdırılması işində vasitəçi olur, oxucuya, dinləyiciyə çatdırılması lazım olan fikri dəfələrlə təkrarlayaraq onun yadda qalmasına xidmət edir.

 

Yeganə SƏFƏRƏLİYEVA,

Quba Dövlət Sosial-İqtisadi

Kollecinin ingilis dili müəllimi

s.yegana@yahoo.com

 

Azərbaycan müəllimi.- 2015.- 5 sentyabr.- S.5.