Azərbaycan təhsili yeni

dərs ili ərəfəsində

 

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. 2015-2016-cı dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir  sıra  mühüm  hadisələr,  islahatyönümlü  tədbirlərlə  əlamətdar  olub.  Təhsil  islahatlarının  daha  da  dərinləşdirilməsi,  təhsilin  keyfiyyətinin  yüksəldilməsi istiqamətində  son  illər  başlanan  işlər daha qətiyyətlə davam etdirilib,  bir  sıra  yeni  layihələrə  start  verilib,  təhsil  sistemimizin Avropa təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.  Aşağıda  bütün  bunları  əks etdirən,  qazanılan  uğurlardan  bəhs  edən  bəzi  statistik məlumatları oxucuların diqqətinə çatdırırıq.

Təhsilimizin inkişafına yönəlmiş fərman, sərəncam və qərarlar

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni dərs ili ərəfəsində bir sıra tədris müəssisələrində olub. Dövlətimizin başçısı sentyabrın 3-də Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə, Yasamal rayonundakı Fizika, Riyaziyyatİnformatika Təmayüllü liseydə, sentyabrın 7-də Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə, sentyabrın 10-da Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə aparılan təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.  

* Azərbaycan Respublikası Prezidentinin  3 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. 

* Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Salyan, Mingəçevir və Sumqayıt filialları ləğv olunub.

* Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli sərəncamları ilə 60 nəfər təhsil işçisi "Əməkdar müəllim", 4 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları, 60 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

* Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il və 21 iyul 2015-ci il tarixli sərəncamları  ilə 4 nəfər gənc istedad xüsusi aylıq təqaüdə layiq görülüb.

* Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamları ilə 2013-2014-cü dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri olan 50 məktəb və 100 müəllim mükafatlandırılıb.

 * Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Turizm İnstitutunun bazasında Azərbaycan TurizmMenecment Universiteti yaradılıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

* Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq olunub.

* Azərbaycan Respublikası Prezidentinin  15 may 2015-ci il tarixli  sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb.

* Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə  Mingəçevir Politexnik İnstitutunun  bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb.

* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları" təsdiq edilib.

* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2015-ci il tarixli qərarı ilə  xaricdə təhsil alan gənclərin təhsil haqlarının verilməsi qaydalarında dəyişiklik edilib.

* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci isə Azərbaycan Texniki Universitetinin nəzdinə verilib.

 

Məktəbəqədər təhsil

 

* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib.

* Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. 

 

Ümumi təhsil

 

* Bu ildən I siniflərə qəbulun yeni sistemi tətbiq olunub. Belə ki, Təhsil Nazirliyinin 27 fevral 2015-ci il tarixli əmri ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinə, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki liseygimnaziyalara 2015-2016-cı tədris ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə  həyata keçirilib.

* Son üç ildə 9-cu sinifdə  buraxılış  imtahanında hər iki fəndən müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb ki, bu  da kifayət qədər yüksək göstəricidir.

 *  2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanılacaq.

*  Bərdə rayonunda istifadəyə verilən regional "ASAN xidmət" mərkəzində "ASAN məktəb" bölməsi fəaliyyətə başlayıb. Bölmə əsasən I siniflərə yeni qaydada qəbulu həyata keçirəcək.

* Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinə başlanılıb.

* 2014-2015-ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi" fəaliyyət göstərib.

* Fizika-riyaziyyatinformatika təmayüllü liseydə şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasını təşkil etmək məqsədilə informatika üzrə Olimpiada Mərkəzi açılıb.

* Bu il ölkəmizdə 141 adda 4095370 nüsxə dərslik çap olunub.

* "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları"na müvafiq olaraq 2015-ci ildə işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. Müsabiqə nəticəsində 175 nəfər  yerini dəyişmək imkanı qazanıb.

* 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2445 nəfər işə qəbul olunub ki, onlardan da 1888 nəfərinə (77,2%) həvəsləndirmə tədbirləri tətbiq edilib.

* Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq istəyənlər üçün müsabiqələr keçirilib.

* 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.

* Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin ibtidai sinif müəllimlərinin əməyini stimullaşdırmaq və peşəkarlığını yüksəltmək üçün "Təməl" təqaüd proqramına start verib.

* Bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfər XI sinif məzunu qızıl, 21 nəfər isə gümüş medal alıb.

* 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində "Qarabağın tarixi" adlı fakültativ kursun tədrisinə başlanılıb.

* Ölkənin ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslər tədris olunur.

* 50 pilot ümumi təhsil müəssisəsinin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

* Təhsil Nazirliyinin "Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsinə start verilib.

* Bu il ilk dəfə olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.  Olimpiadada iki məktəblimiz  bürünc medal alıb.

* Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 8 medal qazanıblar.

* Təhsil Nazirliyi tərəfindən Elektron Tədris Resursları Portalı (www.e-resurs.edu.az) istifadəyə verilib. Portalda böyük həcmdə tədris və təlim materialları (www.e-derslik.edu.az; www.e-test.edu.az; www.video.edu.az; www.e-telim.edu.az; www.e-sinif.edu.az) bir mənbədə cəmləşdirilib. Təhsil Nazirliyinin dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradılması işinə böyük təkan verib.

* 2015-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə 14 dövlət təhsil müəssisəsi tikilib, 10 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb.

* 2014-cü ildə təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd notebook, 1377 ədəd elektron lövhə, 700 ədəd proyektor verilib, 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, 2000 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin edilib.

 

İlk peşə orta ixtisas təhsili

 

* Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani texniki vasitələrin alınması prosesinə start verilib.

* Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd "Renault Logan" markalı nəqliyyat vasitəsi verilib.

* İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş dövlət-biznes partnyorluğuna əsaslanan "Müasir Azərbaycan Peşəkarları" layihəsi həyata keçirilir.

* İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək onların bacarıqlarını təkmilləşdirmək məqsədilə "Liderlik idarəetmə" təliminə başlanılıb.

* "Müasir Azərbaycan Peşəkarları" layihəsi ilə əhatə olunmuş peşə təhsili müəssisələrinə şagird axını dəfələrlə artıb.    

* "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci yaradılıb. 

 

Ali təhsil

 

* "Ali təhsil müəssisələrinin bakalavriat magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" qəbul edilib.

* Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq ali məktəblərdə təhsil alan xüsusi istedadı təlim uğurları ilə fərqlənən tələbələrdən ibarət SABAH qruplarının yaradılması layihəsi reallaşdırılmağa başlayıb. Ötən tədris ilində 7 ali məktəbdə 34 ixtisas üzrə bu qruplarda 755 tələbə təhsil alıb. Ehtiyacı olan 200-ə yaxın tələbə yataqxana ilə təmin edilib. Yeni dərs ilində 7 baza ali təhsil müəssisəsinin  sırasına daha 4-ü daxil olub, ixtisas qruplarının sayı 5-dən 6-ya, kadr hazırlığı aparılan ixtisasların sayı isə  39-dan 45-ə çatdırılıb. Bu il  SABAH qruplarına 881 tələbə yeni qəbul olunub. Beləliklə, bu qruplarda təhsil alan tələbələrin  sayı 1636 nəfər olub.

* Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib.

* 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb.

* Təhsil Nazirliyi tərəfindən "Gələcəyin müəllimi təqaüdü" təsis edilib. Təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 daha yüksək bal toplayan, ixtisas seçimində birinci ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbəyə şamil olunur. Ötən tədris ilində 300 tələbə bu təqaüdü alıb. Bu il isə ikinci dəfə 300 nəfər I kurs tələbəsinə "Gələcəyin müəllimi təqaüdü" verilib. Beləliklə, bu təqaüdü alanların sayı 600 nəfər olub.

 * Ali məktəblərə qəbul balı bu il ilk dəfə Təhsil Nazirliyinin təşəbbüsü ilə qaldırılıb. Ali məktəblərə qəbulun orta bal göstəricisi yüksəlib.

* Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın qabaqcıl universiteti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə Universitet Hazırlıq Proqramı (University Foundation Program) Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.

* Ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədilə "Universitet qrantı" müsabiqəsinə start verilib.

* Universitet təhsilinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən kadr  potensialını gücləndirmək məqsədilə dekanlar üçün "Tədrisin təşkili" mövzusunda  təlim  təşkil olunub.

* Ali məktəblərə builki qəbul imtahanlarında 15 abituriyent  maksimum-700 bal toplayıb.

* 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Müsahibələr nəticəsində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

* Dövlət Proqramı çərçivəsində indiyədək 3185 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Onlardan 1360 nəfəri son 2 il ərzində dünyanın nüfuzlu ali məktəblərinə göndərilib.

* Dünyanın 25  mindən artıq ali təhsil müəssisəsini  əhatə edən   reytinqə görə Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb.

 

Məktəbdənkənar fəaliyyət

 

* Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı hazırlanıb.

* Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqələri keçirilib.

* Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq yaradılacaq  "Təhsil" onlayn televiziyası layihəsi çərçivəsində "61" oyun-viktorinanın nümayişinə başlanıb.

* Təhsil Nazirliyinin  nəzdində fəaliyyət göstərən idman məktəblərinin 3 nəfər yetirməsi  Bakı-2015 Birinci Avropa Oyunlarında bürünc medala layiq görülüb.

* İlk Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib.

 

 Azərbaycan müəllimi.- 2015.- 12 sentyabr.- S.4.